10 Noyabr 2025 18:48
1032
İDMAN
A- A+
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib  

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib  


9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Dövlət Bayrağı Meydanından start götürən veloyürüşdə gənclər və idman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib. 300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən paravelosipedçilər Dənizkənarı Bulvar ərazisindəki velosiped yolları ilə Zəfər Parkına doğru hərəkət ediblər. “Crescent Mall”un yaxınlığından Zəfər Parkınadək iştirakçıları Azərbaycan bayraqlarını daşıyan motosikletçilər müşayiət ediblər.

Finişə çatan veloyürüş iştirakçılarına xatirə medalları təqdim olunub. Daha sonra Zəfər Parkı abidəsinin önünə gül dəstələri qoyulub və 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd Dövlət Bayrağı Gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərimizdə şanlı Zəfər Bayrağımıza hörmət və ehtiram hissləri aşılamaq, elitar idman növü hesab olunan velosiped idmanına yeniyetmə və gəncləri daha çox cəlb etmək, eləcə də ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdən ibarətdir.

Veloyürüş Zəfər Tağı qarşısında vətənpərvərlik ruhunda yazılmış musiqi nömrələri və “Yallı” rəqsi ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı Rusiya turoperatorlarına böyük ziyan dəyib

20:31
10 Mart

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

19:43
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:28
10 Mart

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!