20 Sentyabr 2022 01:24
4072
SİYASƏT
A- A+
8,3 milyardlıq Qarabağ büdcəsi

8,3 milyardlıq Qarabağ büdcəsi

 

2023-cü ildə dövlət büdcəsi xərclərinin 16 faizi müdafiə və təhlükəsizlik məsələlərinə, 9 faizi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək

 

2023-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır. Bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9 faiz və ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək. 

 

Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3 milyard manat ayrılacaq

 

İşğaldan azad olunmuş şəhər və rayonlarımızın bərpası, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası, əhalinin dayanıqlı məskunlaşması məqsədilə həmin ərazilərdə nəqliyyat, sosial və biznes infrastrukturlarının yaradılması hazırda dövlət siyasətinin prioritetləri sırasında yer alır. Bunu 2021-ci və 2022-ci illərdə dövlət büdcəsindən bu məsqədlə ayrılan vəsaitlərin həcmi də təsdiq edir.
2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin məlum olduğu kimi, bir neçə ay öncə dövlət büdcəsinin gəlir və xərcləri artırıldı. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldildi. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb. 
Ən vacibi odur ki, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru öz gücü, öz maliyyəsi hesabına bərpa edir. Bu baxımdan 2021-2022-ci illərdə bir sıra layihələrin icrasının başa çatdırılması, o cümlədən Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin bərpası,  azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşası, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsi Azərbaycanın iqtisadi gücünün ifadəsidir.  
Bütün bunlar azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır.
Növbəti il işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması sahəsində görüləcək işlər də dəstəklənəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, digər abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq.

 

Müdafiə və təhlükəsizlik xərcləri 4,6 faiz artırılacaq

 

Qarşıdakı illərdə ölkə sərhədlərinin toxunulmazlığının və davamlı mühafizəsinin təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir. Növbəti ilin dövlət büdcəsinin tərtibi zamanı ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi infrastrukturların tikintisi xərc siyasətinin vacib istiqamətlərindən birini təşkil edəcək.
Müdafiə və milli təhlükəsizlik məqsədilə ayrılacaq vəsaitin konkret həcminə gəldikdə isə gələn il dövlət büdcəsində bu istiqamətdə xərclər üçün 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 235,3 milyon manat və ya 4,6 faiz çoxdur. Gələn ilə müdafiə və milli təhlükəsizlik üçün ayrılması proqnozlaşdırılan büdcə vəsaiti ümumi büdcə xərclərinin 16 faizini təşkil edəcək. Xatırladaq ki, 2022-ci il üçün müdafiə və milli təhlükəsizlik məqsədilə ayrılması nəzərdə tutulan vəsait 5 milyard 84,8 milyon manatdır.
Açıqlanan rəqəmlər göstərir ki, 2023-cü ildə də dövlət büdcəsi dövlətimizin qarşıya qoyduğu məqsədlərin, o cümlədən azad edilmiş ərazilərimizin bərpası və respublikamızın müdaifə qabiliyyətinin daha da gücləndirilməsi kimi prioritet vəzifələrin uğurla yerinə yetirilməsini təmin edəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!