13 İyun 2025 08:20
353
İQTİSADİYYAT
A- A+
4Sİ Akademiyası və GTR2025 - gələcəyin işçi qüvvəsi üçün strateji platformalar

4Sİ Akademiyası və GTR2025 - gələcəyin işçi qüvvəsi üçün strateji platformalar


Müasir dövrdə texnologiyaların sürətli inkişafı və rəqəmsallaşma prosesləri cəmiyyətin bütün sahələrində yenilənmə və çevik uyğunlaşma tələb edir. Bu dəyişmələrin mərkəzində isə insan kapitalının gücləndirilməsi dayanır. Məhz bu məqsədlə Azərbaycanda innovativ və texnoloji biliklərin genişləndirilməsi, eləcə də gənclərin rəqəmsal bacarıqlarla təchiz olunması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. 

Bu təşəbbüslərdən biri də 4Sİ Akademiyası çərçivəsində reallaşdırılan "Milli Proqram" layihəsidir. Layihə rəqəmsal savadlılıq, qabaqcıl texnologiyalar və innovasiyayönümlü biliklərin geniş kütləyə çatdırılması ilə ölkənin ümumi inkişaf strategiyasına mühüm töhfə verir. "Milli Proqram" layihəsinin əsas məqsədi ölkədə rəqəmsal inkişafı sürətləndirmək və vətəndaşların yeni dövrə uyğun bilik və bacarıqlarla təchiz olunmasına dəstək verməkdir. Bu təşəbbüs İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu və ABŞ-nin "Coursera" şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. "Milli Proqram"   dünyanın aparıcı Stanford, Yale, MIT universitetləri və  "Quql", Meta, IBM kimi şirkətlərin hazırladığı kursları əhatə edir. Kurslar  süni intellekt və maşın öyrənməsi, data analitikası,  proqramlaşdırma və kompüter elmləri, kibertəhlükəsizlik və blokçeyn texnologiyaları, layihə idarəetməsi və liderlik bacarıqları, bulud texnologiyaları və rəqəmsal strategiyalar kimi sahələri əhatə edir. Kursların bir qismi süni intellekt vasitəsilə Azərbaycan dilində altyazı və ya səsli tərcümə ilə təqdim olunur ki, bu da dil baryerini aradan qaldırmaq baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, 4Sİ Akademiyası strateji düşüncə, sosial fəaliyyət, startap və idarəetmə bacarıqlarını əhatə edən dörd əsas istiqamət üzrə gənclərin inkişafını hədəfləyən bir platformadır. Akademiyanın əsas məqsədi gənclərin liderlik, təşəbbüskarlıq və sosial məsuliyyət kimi sahələrdə potensialını üzə çıxarmaq və onları cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirməkdir.  "Milli Proqram" isə bu akademiyanın xüsusi bir layihəsi olaraq milli kimliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması, gənclərin dövlətçilik və idarəçilik sahəsində maarifləndirilməsi məqsədilə həyata keçirilir. Layihə 2024-cü ildə "Coursera" tərəfindən "Süni intellekt innovasiyası" kateqoriyasında "Üstün nailiyyət mükafatı"na layiq görülüb.

Gənclərin şəxsiyyət kimi formalaşması, öz potensiallarını kəşf etməsi və özünəgüvənin artırılması layihənin mahiyyətini təşkil edir. Eləcə də sosial bacarıq, ünsiyyət və əməkdaşlıq qabiliyyətinin inkişafı, intellektual bacarıq və müasir  "biliklərlə silahlanma" da layihədə yer alıb. Bu sadalananlara yenilikçi düşüncə, biznesə maraq və təşəbbüskarlığın dəstəklənməsi kimi sahibkarlıq işini də əlavə etsək, "Milli Proqram"ın məzmunu və mahiyyəti  tam açılmış olacaq. Ötən illərin təcrübəsinə diqqət yetirəndə aydın olur ki, layihənin icrası nəticəsində yüzlərlə gənc müxtəlif sahələrdə uğur qazanmaq üçün zəruri bilik və bacarıqlara yiyələnmiş, şəxsi və ictimai həyatda daha fəal rol almağa başlamışdır. 4Sİ Akademiyası və "Milli Proqram" çərçivəsində formalaşan gənclər cəmiyyətin inkişafında fəal iştirak edən, düşünən və yaradan liderlər kimi yetişiblər.

Layihənin icrasına  faktların dili ilə yanaşsaq, belə mənzərə alınacaq: 2022-2024-cü illərdə bu layihədə  50-dən çox rayon və şəhərdən 1800 gəncin iştirak etdiyi 350 təlim keçirilib. 200 iştirakçı  startap və sosial layihə ideyası təqdim edib, 30 layihə pilot icra mərhələsini keçib. Təlimlərdə iştirak edən gənclərlə söhbətlərdən məlum olur ki, "Milli Proqram" özünəinamı artırır, liderlik qabiliyyəti qazandırır, sosial bacarıqların formalaşmasına və ictimai fəallığın artmasına təkan verir. 4Sİ Akademiyası çərçivəsində həyata keçirilən "Milli Proqram" yalnız gənclərin bir neçə günlük təlim alması ilə bitmir. Bu, onları gələcək lider, təşəbbüskar və vətəndaş kimi yetişdirməyi hədəfləyən dərin təsirli bir prosesdir. Statistika və real təəssüratlar bu proqramın gənclərin həyatında necə dərin izlər buraxdığını aydın şəkildə göstərir. Çünki layihə yalnız bir təlim proqramı deyil, həm də bir yüksəliş platformasıdır. Burada hər bir gənc özünü kəşf edir və gələcəyini qurur. Ona görə də gələcəyin liderlərini, təşəbbüskarlarını və ictimai fəallarını formalaşdırmaq üçün bu cür layihələrin davamlılığı olduqca önəmlidir.

Bir müddət əvvəl 4Sİ Akademiyası çərçivəsində keçirilən "Milli Proqram" layihəsinin açılış mərasimində çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov deyib ki, süni intellekt sahəsində bir neçə şirkət, eyni zamanda supermarket şəbəkələri ilə birgə çalışırlar ki, dünyadakı müsbət təcrübəni Azərbaycana gətirsinlər. Eləcə də Azərbaycanda yaranacaq müsbət təcrübəni gələn ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim etsinlər: "İqtisadiyyat Nazirliyi tərəfindən artıq ölkənin ilk superkompüteri əldə edilib. Bu superkompüter ona görə vacibdir ki, böyükhəcmli dataların prosesə cəlb olunması, təhlili və işlənməsinə böyük texnoloji baza lazımdır. Belə bir baza artıq yaradılıb. Dünən biz dövlət qurumları, özəl təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdik. Bu platformadan onların necə istifadə edə bilməsi, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində hansı süni intellekt imkanlarının yaradıla biləcəyi istiqamətində müzakirələr apardıq. Çoxlu təkliflər əldə etmişik və qarşıdakı günlərdə bu istiqamətdə açıqlamalarımız olacaq". 

Dördüncü Sənaye İnqilabı texnologiyaların yayılması, eləcə də gələcəyin əmək bazarı üçün bilik və bacarıqların inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyan yenilikdir. Ən son trendlər, innovativ yanaşmalar  Azərbaycanın rəqəmsal inkişaf strategiyasını mənimsəməkdə hər kəsin əlindən tutur və onları gələcəyin peşələrinə hazır olmağa istiqamətləndirir. Bu günlər Bakıda keçirilmiş Qlobal Texnologiya Forumu - GTR2025 tədbirinin gündəmində də məhz bu inkişaf strategiyası yer alıb. Forumun əsas məqsədi Dördüncü Sənaye İnqilabı texnologiyalarının, o cümlədən süni intellekt, rəqəmsal bacarıqlar, avtomatlaşdırma və innovasiyaların əmək bazarına inteqrasiyasını müzakirə etmək idi.  "Sabahın işçi qüvvəsinin bacarıqlarının artırılması" adlı panel sessiyasında 4SİM-in Təhsilin İnkişafı Fondu və "Coursera" ilə birgə həyata keçirdiyi "Milli Proqram" layihəsi təqdim edilib.

Tədbir çərçivəsində təqdim olunan "Milli Proqram" vasitəsilə ölkədə bu sahələr üzrə ixtisaslı kadrların hazırlanması və beynəlxalq təcrübənin tətbiqi ön planda yer alıb. Forum yalnız yerli mütəxəssisləri deyil, həm də Koreya, Qətər, Malayziya kimi ölkələrin nümayəndələrini bir araya gətirərək, texnologiya sahəsində qlobal əməkdaşlıq imkanlarını araşdırmaq üçün mühüm platforma rolunu oynayıb. Sessiyalar zamanı sabahın işçi qüvvəsinin ehtiyac duyduğu bacarıqlar, rəqəmsal transformasiyanın təhsil sisteminə təsiri və innovasiyanın iqtisadi inkişafdakı rolu kimi aktual məsələlər müzakirə edilib. 4SİM-in icraçı direktoru Fariz Cəfərov "Milli Proqram"ın məqsədinin ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək vermək olduğunu bildirib.

İstər 4Sİ Akademiyası çərçivəsində keçirilən "Milli Proqram" layihəsi, istərsə də  Qlobal Texnologiya Forumu - GTR2025 Azərbaycanın texnoloji inkişafını dəstəkləyən və beynəlxalq əməkdaşlığı gücləndirən bir platformadır.  Bu cür tədbirlər Azərbaycanın rəqəmsal transformasiya prosesində mühüm addımlar atmasına və beynəlxalq aləmdə nüfuzunun artmasına şərait yaradır.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək  

16:16
09 İyul

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil  

16:15
09 İyul

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

16:14
09 İyul

Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb  

16:13
09 İyul

Britaniyada həyati vacib orqan nəqlini gözləyən pasiyentlərin sayı rekord həddə çatıb  

15:40
09 İyul

Ağdərə və Xocalının kəndlərində sürətli tikinti-bərpa işləri görülür  

15:39
09 İyul

3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib  

15:38
09 İyul

Arxeoloqlar 12 min illik sualtı şəhər tapıblar

15:36
09 İyul

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub  

15:01
09 İyul

Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib  

15:00
09 İyul

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib  

14:59
09 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə iqlim böhranının fəsadları getdikcə güclənərək hiss olunur  

14:58
09 İyul

Türkiyə şirkətləri Pakistanın ərazi sularında neft-qaz axtarışı aparacaq  

14:55
09 İyul

Kreml Ukrayna ilə nizamlanma üzrə memorandumların müzakirəsinə başlamağı zəruri hesab edir  

14:53
09 İyul

Sorğu: Ukrayna əhalisi Zelenski və Zalujnıya daha çox etimad göstərir  

14:52
09 İyul

Baş katib: OPEC Beynəlxalq Seminarında COP müzakirələrinin mövcud vəziyyəti qiymətləndiriləcək  

14:50
09 İyul

Ankarada türk dövlətlərinin turizm sahəsində əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub  

14:49
09 İyul

“Politico”: Tramp Rusiyaya qarşı yeni sanksiyaların qəbulu üzrə işin intensivləşdirilməsini dəstəkləyir  

14:47
09 İyul

Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib  

14:46
09 İyul

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib  

14:44
09 İyul

XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir  

13:56
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!