20 Aprel 2025 08:00
1953
İQTİSADİYYAT
A- A+
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol

335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol


İlham Əliyev son 20 ildə Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat qovşağına çevirib


Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət yetirilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb və ortaq, müştərək müəssisələr qurulub. Bir sözlə, Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.

Bir məsələni xüsusi vurğulayaq ki, adətən nəqliyyat mərkəzləri statusuna sahiblənən ölkələrin açıq dənizə, okeana çıxışları olur. Azərbaycan isə dənizə çıxışı olmayan ölkə kimi nəqliyyat qovşağına çevrilməyi bacarıb. 

Bütün bunlar Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi inkişaf konsepsiyasının uğurlarıdır. Məhz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yol infrastrukturu sahəsində böyük irəliləyişlər əldə edilib. Bu gün ölkənin yol şəbəkəsi   yalnız fiziki infrastrukturla məhdudlaşmır, eyni zamanda iqtisadiyyatın inkişafına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və əhalinin sosial rifahına müsbət təsir göstərir. Yollar ölkənin müxtəlif bölgələrini birləşdirir, iqtisadiyyatın inkişafını sürətləndirir, beynəlxalq əlaqələri möhkəmləndirir. 

Sözsüz ki, respublikamızın ötən 20 ilin ən böyük inkişaf göstəricilərindən və mühüm nailiyyətlərindən biri, modern və ən qabaqcıl standartlara cavab verən yol infrastrukturunun formalaşdırılmasıdır. 

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid inşa edilib. Yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində, işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla, I texniki dərəcəli avtomobil yollarının uzunluğu 12 dəfə artıb. Hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 kilometr təşkil edir.

Bu, inkişaf, ticarət və daşınma sistemlərinə birbaşa təsir edir. Yeni və yüksəkkeyfiyyətli yollar, məhsul və xidmətlərin daha sürətli və səmərəli daşınmasına imkan verir. 

Prezident İlham Əliyev bu inkişafın, Azərbaycanın beynəlxalq bazarlara daha yaxın olmasına və iqtisadiyyatın böyüməsinə böyük təsir etdiyini qeyd edib. Göründüyü kimi, Azərbaycan hökuməti nəqliyyat sektorunun inkişafına xüsusi önəm verir. Şəhərdaxili nəqliyyat problemlərindən tutmuş beynəlxalq tranzit layihələrinə qədər genişmiqyaslı işlər aparılır. Bununla belə yeni yanaşmaların və innovativ həllərin tətbiqinə ehtiyac olduğu da aydın görünür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Zəfər Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yenilədi. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını yol layihələri təşkil edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə dünyanın ən modern yol infrastrukturu yaradılır.

2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi aparılır. Bu layihələr çərçivəsində 45 tunel, 447 körpü, 16 viadukun inşası nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi artıq tamamlanıb.

Prezident İlham Əliyev azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni avtomobil yollarının salınmasını və nəqliyyat infrastrukturunun bərpasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu layihələr Azərbaycanın gələcək inkişafına dayanıqlı əsaslar yaradır və ölkəni regionda daha da gücləndirir.

Yeni yollar yalnız iqtisadiyyatı deyil, həm də sosial həyatımızı yaxşılaşdırır. Kənd və dağlıq bölgələrə yeni yolların çəkilməsi, əhalinin təhsil, səhiyyə və digər xidmətlərə asan çıxışını təmin edir. 

Yeni nəqliyyat dəhlizləri həmçinin, Azərbaycanın təbii və tarixi zənginliklərini daha çox insana tanıdaraq turizmin inkişafına kömək edir. Bu, ölkəmizə turist axınını artırır. 

Yol tikintisi layihələrində ətraf mühitə zərər verməmək və ekoloji cəhətdən təmiz nəqliyyat sistemləri yaratmaq ön plandadır. Prezident İlham Əliyev bu yanaşmanın Azərbaycanın gələcək inkişafını dayanıqlı əsaslarla təmin edəcəyini vurğulayır. Yeni yolların tikintisində ekoloji cəhətdən təmiz yanaşmalar tətbiq edilir ki, bu da karbon emissiyalarını azaldaraq daha yaşıl bir gələcək təmin edir.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həyata keçirdiyi layihələr, Azərbaycanın yol infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına və ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verib və proses bu gün də uğurla davam etdirilir. Azərbaycanın yol infrastrukturunda baş verən dəyişikliklər, möhtəşəm uğurlu layihələr Prezident İlham Əliyevin məqsədyönlü strategiyasının nəticəsidir. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır  

18:02
21 May

Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb  

17:53
21 May

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

17:36
21 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

17:08
21 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

17:01
21 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

16:55
21 May

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

16:28
21 May

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb  

16:24
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib  

16:19
21 May

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb  

16:14
21 May

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb  

16:11
21 May

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  

16:07
21 May

XİN Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib  

15:59
21 May

Kasım-Jomart Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

15:53
21 May

Koreyalı tədqiqatçı: Azərbaycan Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır  

15:36
21 May

Kreml: Ukrayna ilə memorandum üzərində iş qapalı rejimdə, amma dinamik şəkildə aparılır  

15:31
21 May

Rusiyanın xarici işlər naziri Bakıda və İrəvanda “3+3” formatında görüşlər keçirməyi təklif edib  

15:30
21 May

Sergey Lavrov: Ermənistan Azərbaycanın rayonlarını uzun müddət işğal etmək üçün Rusiya silahlarından istifadə edib  

15:23
21 May

İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib

15:23
21 May

Fransada taksi sürücüləri etiraz aksiyası keçirir - polislə toqquşma olub  

15:22
21 May

Emin Ağalarov “Dream Fest”də yeniliklər, tədbirin büdcəsi və yeni layihələr barədə danışıb  

15:21
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!