07 Fevral 2025 02:13
2644
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 29 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 29 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 8/42


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə  bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev İsrafil Ataş oğlu 2025-ci il fevralın 4-də teleqramla Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək dairə seçki komissiyasının 2025-ci il 2 fevral tarixli 07/15 saylı qərarını mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112.1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komisisiyasının iclasında baxılmışdır.

Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək huququ izah olunmuş, lakin o, araşdırmada və Komissiyanın iclasında iştirakdan imtina etmişdir.

72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə  bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İ.A.Nuriyev müraciətində səsvermə günü həmin seçki dairəsi dairə seçki komissiyasının 28 saylı seçki məntəqəsində seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia etmişdir.

İddia edilən pozuntu ilə əlaqədar olaraq qeydə alınmış namizəd İ.A.Nuriyevin şikayəti 72 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 2025-ci il 2 fevral 07/15 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında aparılmış araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqəsi üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqəsində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyasının sədri, katibləri, üzvləri, qeydə alınmış, lakin seçilməmiş namizədlər tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntusu öz təsdiqini tapmamışdır. 

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası qeydə alınmış namizəd İ.A.Nuriyevin şikayətini araşdırarkən düzgün hüquqi nəticəyə gəlmişdir.

Qeyd edilənlər əsas götürülərək, 72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev İsrafil Ataş oğlunun  müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 2025-ci il 2 fevral 07/15 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112.1-ci maddələrinə əsasən qərara alır:

1. 72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev İsrafil Ataş oğlunun  2025-ci il 4 fevral tarixli 29 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 2025-ci il 2 fevral 07/15 saylı qərarı dəyişdirilmədən saxlanılsın. 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


06.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!