100 yaşlı məktəbdə Bilik Günü keçirildi
15 sentyabr - Bilik Günü ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb və ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanıb.
Bu il 100 yaşı qeyd olunan, zəngin tarixə malik Səbail rayonu 20-ci yaşayış sahəsindəki 162 saylı tam orta məktəbdə yeni dərs ilinə həsr olunmuş tədbir Azərbaycanın Dövlət himninin şagirdlər və tədbirin qonaqlarının birgə ifası ilə başlandı. Tədbiri açıq elan edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin tarixi barədə məlumat verərək qeyd etdi ki, 100 yaşı tamam olan məktəb binasında bu ilin yayında əsaslı təmir-yenidənqurma işləri aparılıb, məktəbdə müasir təhsil üçün hər cür şərait yaradılıb. Burada kimya, fizika, biologiya, ədəbiyyat, informatika, çağırışaqədərki hərbi hazırlıq və digər kabinetlərdə şagirdlərin nəzəri biliklərini tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılıb. Bu kabinetlərlə yanaşı, məktəb üçün yeni olan ekoloji kabinet də yaradılıb. Məktəbdə idman və akt zalları da müasir səviyyədə təmir edilib, ləvazimatlarla təchiz olunub, yeni avadanlıqlar quraşdırılıb, məktəbin yeməkxanası tam yenilənib. Bu qayğı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edir.
Qeyd olundu ki, məktəbdə 1400 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 105 nəfərdən ibarət pedaqoji kollektiv üzvlərindən iki nəfər elmlər namizədidir. Bu il məktəbi 90 nəfər bitirmiş, məzunlardan 38-i müxtəlif ali məktəblərə daxil olmuşlar. Sevindirici haldir ki, məzunlardan Mahirə Əsədzadə bu il qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub və Prezident təqaüdünə layiq görülüb.
Tədbirdə iştirak edən Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məktəb kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə rəhbəri cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. 162 nömrəli məktəb dövlət başçısının tapşırığına əsasən Səbail RİH tərəfindən əsaslı şəkildə təmir olunub və sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin məktəbə gələrək burada aparılmiş əsaslı təmir və yenidənqurma işlərinin yekunu ilə şəxsən tanış olmuşdur.
Tədbirdə çıxış edən 700 bal toplamış məzun Mahirə Əsədzadə, valideyn Niyaz Niftiyev və başqaları məktəbdə yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını çatdırmış, şagirdlərin hazırladıqları bədii kompozisiya, müasir və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
Ənənəvi Bilik Günü tədbirləri rayonun digər məktəblərində də keçirilmişdir. Tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!