10-nun ayrılığı 10-dan olmadı
Messi kafedə imzasını atdığı salfetlə 21 il sonra göz yaşlarını sildi
“Kafedə Messi, atası və böyük qardaşı ilə oturmuşduq. Həmin vaxt yanımızda kağız yox idi. Ona görə də müqaviləni salfet üzərində bağladıq”. Bu, illər sonra dünya futbolunun birnömrəli ulduz futbolçularından birinə çevriləcək argentinalı Lionel Messi haqqında “Barselona”nın uşaq məktəbinin məşqçisi Karles Reksaçanın xatirəsidir.
Bəli, kim düşünə bilərdi ki, salfet üzərinə atılan imza uzun illər sonra idman hadisəsi olacaq və bu hadisənin qəhrəmanı komandadan ayrılacağı gün elə həmin salfetlə də 21 il sonra göz yaşlarını siləcək.
Amma deyəsən, Paris də “göz yaşlarına inanmır”. Bu günlər uzun illərdir şərəfini qoruduğu İspaniyanın “Barselona” klubundan ayrılan Messi Fransanın PSJ klubu ilə ikiillik müqavilə imzalayıb. O Messi ki, 5 yaşında olarkən atasının məşqçilik etdiyi yerli Qrandoli futbol məktəbində məşqlərə başlamışdı. 1995-ci ildə doğma şəhəri Rosarioda məskunlaşan “Nyuels Old Boyz” klubuna keçmiş və komandanın gənc ulduzuna çevrilmişdi. Və növbəti dörd ildə yalnız bir oyunda meydana çıxmamışdı. Sonra da təvəllüdünə uyğun olaraq “87-ci ilin maşını” ləqəbi ilə məşhurlaşmışdı.
Messinin uşaq vaxtı ciddi xəstəliyi olub. 9 yaşına qədər onun boyu 124 sm idi. “Barselona”ya gələndə onun boyunda bir az artım olsa da,136 sm-lik Messi yaşıdları ilə müqayisədə çox qısa görünürdü. 11 yaşında Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyuldu. O vaxt argentinalının xəstəliyinin müalicəsi üçün 700-1000 avroya ehtiyac vardı. Çoxuşaqlı ailə üçün bu məbləğ olduqca böyük idi. Argentinanın “River Pleyt” klubu isə futbolçunu müalicə etməkdən imtina etmişdi.
“Barselona”nın idman direktoru K.Reksaç Messinin Kataloniyanın qərbində Leyda əyalətində yaşayan qohumları sayəsində onun istedadından xəbərdar idi və bir müddət sonra atası ilə Messini sınamaq üçün baxışa çağırdı. Salfet üzərində imzalanan müqaviləyə görə, Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini “Barselona” öz üzərinə götürəcəkdi. Beləliklə, argentinalı dünya futboluna yeni hekayə yazmaq üçün yola çıxdı. Kataloniya klubunda Messi ilə ayrıca fiziki hazırlıq məşqçisi Xuanxo Brau məşğul olmağa başladı. Göründüyü kimi, “Barsa”nın 10 nömrəsi heç zaman taleyinin qismətinə təslim olmamış və yaranan çətinlikləri məharətlə dəf etmişdi.
Argentinalı bütün qollarını bir vaxtlar onu futbol bölməsinə aparan mərhum nənəsinə həsr edir. Messinin sol çiynində anasının portreti, sol ayağında oğlu Tiaqonun əl izləri var. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona da Messini öz xələfi kimi göstərmişdi.
Uzun illər formasını geydiyi “Barselona”dan ayrılan Lionel bu gün həm yerli, həm də xarici mətbuatın diqqət mərkəzindədir. Bu ayrılığın tərəflərə müsbət və mənfi təsirləri haqda fərqli fikirlər var. Bəziləri Messisiz “Barselona”nın iddiasız, argentinalının isə yeni klubda uğursuz olacağını düşünürlər.
2006-2015-ci illərdə Avropa və dünyanın ən yaxşı klubu olan “Barselona” 4 dəfə Çempionlar Liqası kubokunu qazanıb. Amma 2015-ci ildən sonra Çempionlar Liqasında çempionluğa həsrətdir. Klub bu müddətdə cəmi bir dəfə yarımfinala çıxa bilib. Üstəlik, iki mövsümdür “La Liqa”da çempion titulu da “Barsa” üçün əlçatmazdır. Lionel Messi də son iki mövsümdə klub yarışlarında ümumi məhsuldarlıq baxımından 40 qol səddini keçə bilməyib, Çempionlar Liqasında uyğun olaraq, 3 və 5 qol vurub. Bu isə argentinalı futbolçuya yaraşmayan rəqəmlərdir. Nəticədə onun transfer dəyəri də 80 milyon avroya düşüb ki, bu da hazırda dünyada 16-21-ci göstəricidir.
Digər tərəfdən baxdıqda hər iki tərəf üçün yeniliyin olması vacib idi. Düzdür, Messinin gedişi hələ ötən il gündəmə gəlmişdi. Nəticələrə baxsaq, ötən mövsüm “Barselona” argentinalının oynamadığı 7 oyunda 5 qələbə və 2 heç-heçəyə imza atıb. Ona görə də Messinin yoxluğu “Barsa”nın futboldankənar işlərinə təsir edə biləcəksə də, meydandakı nəticələrin uğursuz olacağı düşünülmür.
Əvəzində Messi son illər inkişafda və maliyyə baxımından daha yaxşı vəziyyətdə olan PSJ-yə keçib. O, Fransa çempionatında, yəqin ki, problem yaşamayacaq. Əsas hədəfi isə Kriştiano Ronaldonun “Yuventus”la hələ əldə edə bilmədiyi, Paris klubunun (elə Messinin özünün də) həsrətini çəkdiyi Çempionlar Liqasını qazanmaq olacaq. Müqayisə üçün deyək ki, Ronaldo 5 dəfə Çempionlar Liqasının qalibi olubsa, Messinin 2005-2006-cı il mövsümündə 1/4 final, yarımfinal və finalda oynamadığını nəzərə alsaq, 3 Çempionlar Liqası çempionluğunda əməyi var. Deməli, rəqabət davam edir.
Dünya futbolunda gündəm olan bu keçidi müxtəlif istiqamətlər üzrə təhlil etmək mümkündür. Ancaq reallıq da qaçılmazdır, baxmayaraq ki, İspaniya futbolunu sevənlər, xüsusilə “Barsa” azarkeşləri bu ayrılığı arzulamazdılar. Çünki onlar üçün Messi “Barselona”dır, Messi “La Liqa”dır.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!