Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

06 May 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 3, maddə 175; 2000, N 8 (III kitab), maddə 615; 2001, N 10, maddə 640, N 12, maddələr 754, 755; 2003, N 10, maddələr 546, 568, 571, 585; 2004, N 12, maddə 1005; 2005, N 2, maddə 69, N 3, maddə 170, N 7, maddə 592, N 8, maddə 720, N 12, maddələr 1104, 1112; 2006, N 9, maddə 743; 2007, N 3, maddə 234, N 8, maddə 766; 2008, N 6, maddə 498, N 9, maddə 798, N 11, maddə 969; 2009, N 2, maddə 70, N 4, maddə 226, N 10, maddələr 776, 779; 2010, N 4, maddə 296, N 5, maddə 389; 2013, N 9, maddə 1056; 2014, N 4, maddə 364, N 5, maddə 477, N 7, maddə 805, N 9, maddə 1027; 2016, N 11, maddə 1817; 2017, N 2, maddə 177, N 8, maddə 1521)  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndində “Vergilər Nazirliyinə,” sözlərindən sonra “Qida Təhlükəsizliyi Agentliyinə,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may  2018-ci il