Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qızını çarmıxa çəkən amerikalı qadın ömürlük həbs cəzası aldı

14 Fevral 2018
Amerikanın Oklahoma ştatının sakini qəsdən qızını çarmıxa çəkməklə öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilmişdir. Bu barədə “New York Post” qəzeti xəbər verir.

Bildirilir ki, Xuanita Qomez ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcək. O, vaxtından əvvəl azadlığa çıxmaq imkanından məhrum edilmişdir.

Keçən ilin avqust ayının axırlarında məlum olmuşdur ki, 50 yaşlı qadın çarmıxı qızının boğazına soxaraq onu içəriyə itələməyə cəhd etmişdir. O, qurbanın ağzından qan gəldikdən sonra dayanmışdır. Polislər hadisə yerinə gələndə Qomezin 33 yaşlı qızı yerdə uzanmışdı. Onun cəsədinin vəziyyəti çarmıxa çəkilmiş adamı imitasiya edirdi.

Qadının dediyinə görə, o, qızının bədəninə cin girdiyini fikirləşərək onu öldürmək qərarı vermişdir.