Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Buffon yığma komandanın heyətində keçirdiyi matçların sayına görə dünyada dördüncü yerə çıxıb

07 Oktyabr 2017
Futbol üzrə İtaliya yığmasının qapıçısı Canluici Buffon 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçim turnirində Makedoniyaya qarşı matçda iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Yuventus”un qapıçısı üçün bu oyun milli komandanın geyimində onun 172-ci matçı olub. Beləliklə, 39 yaşlı Buffon yığma komandanın heyətində keçirdiyi matçların sayına görə Səudiyyə Ərəbistanından olan Məhəmməd Al-Deayya ilə bərabərləşərək dünyada dördüncü yerə çıxıb.

Buffon milli yığma komandanın heyətində keçirdiyi matçların sayına görə həm avropalılar arasında, həm də ümumiyyətlə hazırda fəaliyyətdə olan futbolçular arasında rekordçudur.

Öz milli yığma komandalarının heyətində Buffondan çox oynamış cəmi üç futbolçu olub: misirli Əhməd Həsən (184), onun həmyerlisi Hossam Həsən (178) və meksikalı Klaudio Suares (177).