Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Amerika kino tarixində yeni rekord

12 Sentyabr 2017
Amerika prokatında rejissor Andres Muskettinin “O” qorxulu filmi yeni rekord müəyyənləşdirib.

AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, sentyabrın ilk həftəsonu ərzində ABŞ kinoteatrlarında filmin nümayişindən 117,2 milyon dollar əldə olunub. Bu, 2011-ci ildə sentyabrın ilk istirahət günləri 52,6 milyon dollar qazandırmış “Paranormal hadisə 3” filminin gəlirindən iki dəfə çoxdur.

Film, həmçinin sentyabr premyeraları tarixində rekord müəyyənləşdirib. Buna qədər ən çox qazanc gətirən 2015-ci ildə nümayiş olunan “Divlər tətildə” komediya filmi olub.