Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ankarada Şəhidlər abidəsi ucaldılıb

16 İyul 2017
Türkiyədə 2016-cı il 15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar tədbirlər davam edir.

Bir il əvvəl dövlətçiliyinin xilası naminə canlarından keçən qəhrəman insanların adını əbədiləşdirmək məqsədilə Ankaranın Beştəpə bölgəsində ucaldılan Şəhidlər abidəsinin açılışı olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan abidənin açılışında iştirak edib.

Xatırladaq ki, dünəndən etibarən Türkiyədə yüz minlərlə sakininin qatıldığı izdihamı mitinq və yürüşlər başlayıb. Ölkənin hər yerində 15 İyul Demokratiya və Milli Birlik Gününə həsr olunmuş tədbirlər keçirilir.

“Demokratiya növbəsi” adlanan mitinq və yürüşlər bu gün saat 24:00-dək davam edəcək.

 

AZƏRTAC