12 Yanvar 2024 10:20
2665
SİYASƏT
A- A+
Zəfərə görə şəhidlərə minnətdarıq

Zəfərə görə şəhidlərə minnətdarıq

 

"Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir".

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 

 

Dövlət başçısı İlham Əliyev 20 illik prezidentlik dövründə daim şəhid ailələrinin, müharibə əlillərinin yanında olub. Ümumxalq məhəbbəti qazanan İlham Əliyev hamı tərəfindən sevilir. Prezident İlham Əliyevin şəhid ailələrinə olan diqqət və qayğısı vətənin müdafiəçilərinə necə böyük önəm verdiyini bir daha göstərir.
Tez-tez şəhid ailələri ilə görüşən Prezident İlham Əliyev çıxışlarında Vətənin azadlığı uğrunda canından keçən oğulların döyüşlər zamanı göstərdiyi qəhrəmanlığı yüksək dəyərləndirir. Şəhidlərdən, onların nakam həyatlarından danışarkən Prezident kövrəlir, şəhid ailələrinin ağrı-acılarını bölüşür. Onların kədərlərini yüngülləşdirməyə, dərdlərinə şərik olmağa çalışır. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər görülür. Şəhid ailələrinə sosial qayğı təkcə mənzil və avtomobil təminatı ilə bitmir. Bu kateqoriyadan olan insanların sağlamlıqlarının bərpası, daimi iş yerləri ilə təminatı məsələsi də dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. 
Dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin davam etdiyi günlərdə də şəhid ailələrini,  qaziləri tək qoymadı. Hospitallara, xəstəxanalara gedib yaralılarla görüşdü, onların qayğılarına qalmaq üçün müvafiq tapşırıqlar verdi. Prezidentin şəhid ailələri ilə görüşləri, çıxışları cəmiyyət tərəfindən də böyük sevgi və rəğbətlə qarşılanır. Prezident İlham Əliyev şəhid ailələri ilə görüşərkən yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək canlarından keçmiş oğulların fədakarlığını yüksək dəyərləndirərək demişdir: "Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib".
Prezident İlham Əliyev Vətən üçün cəsur övladlar böyütmüş valideynlərə minnətdarlıq edir, onlara dərin hörmətini bildirir. 
Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da şəhid ailələrinin yanında olacaq, onlara daim diqqət və qayğı göstərəcək. Tam inamla deyə bilərik ki, bu gün cəmiyyətdə böyük nüfuz sahibi olan, xalqın böyük sevgisini qazanmış dövlət başçısı  fevral ayının 7-də keçiriləcək prezident seçkilərində rəqiblərini arxada qoyaraq qalib gələcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!