06 Fevral 2026 08:25
587
İQTİSADİYYAT
A- A+
Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi

Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi


Paytaxtda nəqliyyat və sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görülür


Dünyada baş verən şəhərləşmə prosesi son dövrlər daha da sürətlənib.  Bunun sayəsində inkişaf etmiş ölkələrdə əhalinin mütləq əksəriyyəti indi iri şəhərlərdə yaşayır. Urbanizasiya adlanan bu mərhələ ölkəmizdən də yan keçmir.

Urbanizasiya prosesi həmçinin şəhərlərdə bir sıra sosial problemlər də yaradır. Bu, özünü mənzil, nəqliyyat, tibb, təhsil, kommunal infrastruktur  sahələrində daha qabarıq göstərir. Bakıda isə əhalinin qarşılaşdığı problemlərin önündə sərnişin və nəqliyyat sıxlığı dayanır. Amma problem varsa, o həll edilməlidir. 

Ötən il bu məqsədlə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün 2025-2039-cu illəri əhatə edən dövlət proqramı qəbul olunub. Həmin proqramın icrası çərçivəsində artıq bir sıra işlərə başlanılıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu barədə deyib ki, paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək: "Yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, şəhərin mərkəzinin yükü azalsın. İndi metroda mərkəzi stansiyalar rolunu ən çox "28 May" və "Sahil" stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir. İlkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir, yəni şəbəkəni şaxələndirməkdir. "28 May" stansiyasına keçid stansiyası olaraq "Cəfər Cabbarlı" stansiyası mövcuddur. 2030-cu ilədək "Nizami", "Sahil" və "Xətai" stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonrakı mərhələlərdə isə artıq şəhərətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək".

Metro şəbəkəsində aparılan yenidənqurma və xətlərin ayrılması zamanı sərnişin daşınmasında müəyyən dəyişikliklərin yaranması təbii haldır. O üzdən daşımada fasilələrin yaranmaması üçün yeni avtobus marşrutları yaradılacaq. Bu məqsədlə 11 müvəqqəti avtobus xətti fəaliyyət göstərəcək ki, həmin marşrutlar əsasən "Nizami-28 May", eləcə də "Əcəmi-28 May" kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək. Beləliklə, metronun fəaliyyətində yarana biləcək məhdudiyyətləri avtobuslar kompensasiya edəcək.

Məlum olduğu kimi, Bakıda sərnişin daşınmasında metro ən önəmli nəqliyyat vasitəsidir, xüsusən paytaxtda qar yağanda bu nəqliyyat növünün üstünlükləri daha qabarıq görünür. Paytaxtda yeni metro xətləri və stansiyalarının tikilməsi həm də bu zərurətdən yaranır. Bundan əlavə, Bakının ətraf ərazilərində sərnişin daşınmasının səmərəliliyini artırmaq üçün ənənəvi tramvay xətlərinin yenidən çəkilməsi qərara alınıb. Yeni və sürətli tramvaylar əvvəlkilərdən fərqlənərək daha çox sərnişin daşınmasına imkan yaradacaq. Planlaşdırılan "Mehdiabad-28 May" (HUB) tramvay xətti paytaxtın şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək.

Yeni çəkiləcək tramvay xəttinin paytaxtda sərnişin daşınmasına verəcəyi üstünlük barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov demişdir: "Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmir yolu stansiyasında, həmçinin metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında sərnişin mübadiləsi baş tutacaq. Yəni tramvayla gələn sərnişinlər səfərlərini dəmir yolu və ya metro ilə davam etdirə biləcəklər. Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan "28 May"da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobilin gedişinin azalacağı gözlənilir".

R.Hümmətov qeyd etmişdir ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verəcək: "Tramvayın bir çox üstünlüyü var: o, yüksək sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir, uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarla hərəkət etdiyinə görə tıxaca düşmür. Bu da avtobus və trolleybuslarla müqayisədə daha rahat və sürətli hərəkəti təmin edir. Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və rahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilk növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay dayanacaqlarına çata bilirlər. Digər tərəfdən əgər həmin dəhlizlər üzrə metro və ya dəmir yolu stansiyalari mövcuddursa, tramvaylar mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat növləri ilə davam etdirə bilirlər".

Paralel olaraq şəhərətrafı ərazilərdəki dəmir yolu şəbəkəsi də genişləndirilir. Bu məqsədlə 2030-cu ilədək həmin istiqamətdə əlavə 25 dayanacaq və stansiyaların istifadəyə verilməsi proqnozlaşdırılıb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Kristina” qasırğası Portuqaliyaya azı 4 milyard avro ziyan vurub

16:56
06 Fevral

Türkiyədə zəlzələ olub

16:54
06 Fevral

Siyasi şərhçi: Azərbaycan ədaləti təkbaşına bərpa etməyin mümkün olduğunu sübut edərək beynəlxalq presedent yaratdı  

16:49
06 Fevral

Anaklaudia Rosbax: Azərbaycanın WUF13 çərçivəsində zəngin təcrübə paylaşılacağına ümid edirik 

16:48
06 Fevral

Aleksandr Sırski: Cəbhədəki döyüşlərin təxminən dörddəbiri Ukrayna bölmələrinin hücum əməliyyatlarıdır  

16:44
06 Fevral

Süni intellekt sahəsində Azərbaycanda həyata keçirilən layihələr Küveytdə təqdim olunub  

16:36
06 Fevral

MOK Ermənistan idmançılarının addımı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə etirazını bildirib  

16:31
06 Fevral

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur  

15:07
06 Fevral

Kahramanmaraşda 2023-cü il zəlzələlərinin nəticələri ilə bağlı bütün cinayət işlərinin təhqiqatı başa çatıb

15:06
06 Fevral

Sergey Lavrov ATƏT-in dərin böhran içində olduğunu bildirib

14:56
06 Fevral

AFFA İntizam Komitəsi 3 klubu cərimələyib

14:50
06 Fevral

Nazir: Qarşıdakı illərdə "Sağlam məhəllə" layihəsinin miqyasının genişləndirilməsi nəzərdə tutulur 

14:29
06 Fevral

Ukraynalı politoloq: Rusiya müharibəni dayandırmağa hazır deyil 

14:19
06 Fevral

Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 39 nəfər həbs olunub  

14:07
06 Fevral

Türkiyə klubunun yeni baş məşqçisi bəlli olub  

13:49
06 Fevral

Sabah yağmursuz hava gözlənilir  

12:53
06 Fevral

Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb  

12:38
06 Fevral

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə 186 000 nəfər səfər edib  

12:31
06 Fevral

Rusiya ordusunun general-leytenantına sui-qəsd edilib

12:24
06 Fevral

Media: ABŞ-ın Yaxın Şərqdə 450-dən çox “Tomahawk” raketi var  

12:16
06 Fevral

Startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib  

12:12
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!