25 Fevral 2026 16:24
432
SİYASƏT
A- A+
YAP ilə AK Parti arasında aktual çağırışlar fonunda ortaq hədəflərə və yeni perspektivlərə dair ətraflı fikir mübadiləsi aparılıb  

YAP ilə AK Parti arasında aktual çağırışlar fonunda ortaq hədəflərə və yeni perspektivlərə dair ətraflı fikir mübadiləsi aparılıb  

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı bütün dünyaya nümunə olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf edərək keyfiyyətcə yeni mərhələyə - strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla vurğulanıb. Bu gün iki ölkənin bir-birinə qətiyyətli dəstək ifadə etdiyi, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının öz əməli təsdiqini tapdığı qeyd olunub.

Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin ardıcıl olaraq yerinə yetirilməsinin istər ikitərəfli əlaqələrin, istərsə də regionda çoxşaxəli işbirliyinin genişləndirilməsi kontekstində önəmi diqqətə çatdırılıb. Müstəqil, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan siyasət həyata keçirərək dünyada söz və nüfuz sahibinə çevrilən iki müttəfiq dövlətin qlobal miqyasda bir-birini fəal şəkildə dəstəkləməsinin ortaq strateji hədəflərin gerçəkləşdirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasından sonra regionda yeni reallıqların yarandığı, bu tarixi mərhələnin ölkələrimiz və partiyalarımız üçün milli prioritetlərdən irəli gələn mühüm vəzifələr müəyyənləşdirdiyi vurğulanıb.

Azərbaycan ilə Türkiyənin birgə təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, ölkələrimizin birliyinin daha geniş coğrafiyada, o cümlədən Türk dünyasında təhlükəsizlik və əməkdaşlıq faktoru olduğu, eləcə də son illərdə yüksələn güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə mühüm töhfələr verdiyi bildirilib.

Görüşdə Türk dövlətləri, o cümlədən etibarlı strateji müttəfiqlər olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafı xüsusunda partiyalararası əlaqələrin gücləndirilməsinin zəruriliyi də vurğulanıb. 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolunda əksini tapan vəzifələrin uğurla icra olunduğu qeyd edilərək aktual çağırışlar fonunda ortaq hədəflərə və yeni perspektivlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Partiyalar arasında fikir və təcrübə mübadiləsinin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin önəminin vurğulandığı görüş zamanı AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşad Zorlu Yeni Azərbaycan Partiyasının nümayəndələrini bu il Türkiyədə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Birinci Siyasət Forumuna dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski və Tramp arasında telefon danışığı olub  

00:23
26 Fevral

Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb  

23:26
25 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib

22:55
25 Fevral

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb YENİLƏNİB

22:45
25 Fevral

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB 

22:21
25 Fevral

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olunub

22:13
25 Fevral

Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib  

21:33
25 Fevral

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb 

21:08
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

20:57
25 Fevral

Səfir: Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır

20:01
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:50
25 Fevral

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:49
25 Fevral

Somalinin ilk rezident səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  

19:43
25 Fevral

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

18:50
25 Fevral

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlı maarifləndirici aksiya keçirilib

18:49
25 Fevral

TDT: Xocalı soyqırımının günahsız qurbanlarını dərin ehtiramla yad edirik

18:48
25 Fevral

Xocalıya köçürülmüş sakinlərdən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

18:43
25 Fevral

Ərəb mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub

18:42
25 Fevral

Xocalı soyqırımı qurbanları Pakistanda da yad edilib  

18:42
25 Fevral

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə soyqırımı qurbanlarının xatirəsi anılıb  

18:41
25 Fevral

ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib  

18:39
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!