25 Fevral 2026 16:10
477
SİYASƏT
A- A+
Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Xocalı şəhidlərinin qanı yerdə qalmadı


Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal siyasəti etnik təmizləmə, soyqırımı kimi insanlıq əleyhinə cinayətləri özündə ehtiva edir. 34 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. 

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı, qətlə yetirildi və ya əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

Bu soyqırımı nəticəsində uşaq, qadın və yaşlılar da daxil olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirildi. 150 nəfərin taleyindən bu vaxta qədər heç bir məlumat yoxdur. Beynəlxalq hüquqa görə hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə edilən hərəkətlər soyqırımı hesab olunur.  Xocalıda baş verənlərin soyqırım olması faktlarla sübuta yetirilib. Burada mülki əhaliyə qarşı vəhşicəsinə xüsusi qəddarlıq, cinayətlər törədilib. 

Bu illər ərzində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində intensiv işlər aparılıb. Bu prosesdə təşəbbüskarı və müəllifi Leyla xanım Əliyeva olan “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. 2008-ci ildən start götürən kampaniyanın fəaliyyəti yüz minlərlə şəxs və 115 təşkilat tərəfindən dəstəklənir. 20-yə yaxın ölkənin parlamenti, həmçinin ABŞ-nin 20-dən çox ştatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib.

Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət”, cənab Prezident İlham Əliyev isə “200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi” adlandırıb.

Azərbaycan 28 ildən sonra – 2020-ci il 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alındı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Cənab Prezident 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı.

Prezident İlham Əliyevin söylədiyi kimi, İkinci Qarabağ müharibəsi 2020-ci ilin noyabrında dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik.

Xocalının azad edilməsindən sonra şəhərin yenidən qurulması dövlət səviyyəsində prioritet elan olunub. Bərpa prosesi mərhələli və kompleks şəkildə həyata keçirilir. Şəhərin müasir şəhərsalma standartlarına uyğun qurulması üçün yeni baş plan hazırlanıb. Keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı üçün fərdi evlər və çoxmənzilli binalar inşa edilir. Xocalının bərpası bu bölgənin sosial-iqtisadi həyatının dirçəldilməsi deməkdir. Əsas hədəf sakinlərin təhlükəsiz, rahat və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışını təmin etmək və Xocalını inkişaf edən müasir məkana çevirməkdir.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara olaraq qalır. Hər il fevralın 26-da ölkəmizdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və gələcək nəsillərə ötürüləcək.

Dövlət başçımızın da söylədiyi kimi, “biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski və Tramp arasında telefon danışığı olub  

00:23
26 Fevral

Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb  

23:26
25 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib

22:55
25 Fevral

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb YENİLƏNİB

22:45
25 Fevral

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB 

22:21
25 Fevral

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olunub

22:13
25 Fevral

Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib  

21:33
25 Fevral

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb 

21:08
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

20:57
25 Fevral

Səfir: Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır

20:01
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:50
25 Fevral

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:49
25 Fevral

Somalinin ilk rezident səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  

19:43
25 Fevral

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

18:50
25 Fevral

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlı maarifləndirici aksiya keçirilib

18:49
25 Fevral

TDT: Xocalı soyqırımının günahsız qurbanlarını dərin ehtiramla yad edirik

18:48
25 Fevral

Xocalıya köçürülmüş sakinlərdən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

18:43
25 Fevral

Ərəb mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub

18:42
25 Fevral

Xocalı soyqırımı qurbanları Pakistanda da yad edilib  

18:42
25 Fevral

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə soyqırımı qurbanlarının xatirəsi anılıb  

18:41
25 Fevral

ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib  

18:39
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!