15 Mart 2025 19:36
627
SİYASƏT
A- A+
XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb


“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib. Forumun sonuncu günündə dörd mövzuda panel iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumun “Gənclər danışsın, biz dinləyək” mövzusunda sonuncu panel iclasının ikinci hissəsi “Sigma Squared”in baş katibi Assen Plevnelievin moderatorluğu ilə keçirilib. Panelin ikinci hissəsində gənc liderlər dünyada mövcud iqtisadi vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Latviya Respublikası Ədliyyə Nazirliyinin Dövlət hüquq departamentinin direktor müavini Marts Eduards İvaskis fəaliyyət göstərdiyi sahə ilə bağlı təcrübəsini bölüşüb, həmçinin indiyədək dezinformasiya və yanlış məlumat yayma kampaniyaları, sağ populist partiyalar və Avropa İttifaqı siyasəti ilə əlaqəli mövzularda çıxış etdiyini bildirib.

“Chatham House”da US və Amerika Proqramı üzrə “Schwarzman Academy Fellow” olaraq fəaliyyət göstərən Kanişx Kanodia hazırda tədqiqatlarının Birləşmiş Ştatların təhlükəsizlik və müdafiə siyasəti üzərində cəmləndiyini diqqətə çatdırıb. O, ABŞ-Çin münasibətləri və Hind-Sakit okean hövzəsində rəqabətlə bağlı məsələləri araşdırmaqla maraqlandığını deyib.

Aspen İnstitutu Beynəlxalq Partnyorları təşkilatının direktor müavini Savannah Lane bildirib ki, beynəlxalq münasibətlər sahəsində Vaşinqton, D.C.-də aparıcı proqramlar və siyasət direktoru olaraq fəaliyyət göstərir. O, xüsusən mədəniyyət diplomatiyası və qadın liderliyi sahələrinə yönəlir və beynəlxalq təhlükəsizlik mövzusunda ixtisaslaşır.

Savannah “NATO 2030 Global Fellowship” proqramını başladıb və bu təşəbbüsə NATO-nun İctimai Diplomatiya Bölməsi dəstək verib. Savannah TRT World, ANews və digər media orqanlarında beynəlxalq şərhçi kimi çıxış edib.

Əhmədiyyə Müsəlman İcması Əmirinin müşaviri Eiqan Əhməd Şams bildirib ki, Reyxman Universitetində hüquq üzrə bakalavr (LLB) və hökumət, beynəlxalq münasibətlər və strateji araşdırmalar üzrə bakalavr (BA) təhsili alır. O, Müqəddəs Torpaqda Əhmədiyyə Müsəlman İcmasının rəhbərinin müşaviri kimi bir çox konfransların təşkilində əsas rol oynayır. Bu səylər xüsusilə son müharibədən sonra ərəb və yəhudi icmaları arasında etimad və qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi daşıyır.

logiyanı bombalarla susdurmaq mümkün deyil. Terrorçuluqla mübarizədə müharibə yolunun sonu yoxdur”, - deyə Eiqan Əhməd Shams bildirib.

Panel iclasının digər iştirakçısı - Çipata şəhərinin meri George Mvanza Zambiya tarixində 2021-ci ilin avqustunda ölkənin ən gənc seçilmiş meri kimi yer alıb. Onun şəxsi şüarı belədir: “İnklüziv, inkişaf etmiş və daha yaxşı Çipata şəhəri üçün”.

“Biz 50 min ev təsərrüfatını su ilə təchiz etdik. İqlim böhranının insanların həyatına mənfi təsir göstərdiyi dövrdə biz Afrikada bələdiyyələrin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətə yönləndirilməsini təşviq edirik”, - deyə George Mvanza əlavə edib.

Digər çıxış edənlər öz ölkələrinin təcrübələrini bölüşməklə yanaşı, gənclərin səsinin eşidilməsi, idarəçilikdə və vacib qərarların qəbulunda onlarında mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Gənclər arasında yekun fikir mübadiləsindən sonra XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!