18 Yanvar 2026 12:39
607
SİYASƏT
A- A+
Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  


Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və onun nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Samir Rzayev, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar, Avropanın müxtəlif ölkələrində, Almaniyanın ayrı-ayrı şəhərlərində yaşayan soydaşlarımız, xaricdəki bir sıra Azərbaycan evlərinin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin sədri Günay Mirzəyeva Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirən mərkəzin və Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. O, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və onun nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.

Bildirilib ki, Azərbaycan evləri, həftəsonu məktəbləri, o cümlədən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Qarabağ” onlayn məktəbləri üçüncü, dördüncü nəsil diasporun ana dilini öyrənməsi baxımından üstünlüklər və yeni imkanlar yaradan ən uğurlu modeldir. Bu modelin azərbaycanlıların kompakt yaşadığı Ştutqart kimi vacib bölgədə tətbiq olunması xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, Alyansın İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar və digər icma üzvləri çıxış edərək, Azərbaycan Evinin açılışını soydaşlarımızın birliyinin rəmzi adlandırıblar.

Mərasim iştirakçıları italyan mədəniyyət xadimi Françesko Macconun əsərlərindən ibarət “Nar” adlı sərgiyə baxıblar.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ştutqart şəhərində açılan Azərbaycan Evi də daxil olmaqla, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Bu məktəblərin bəziləri Azərbaycan evlərində, digərləri isə diaspor təşkilatlarının və mədəniyyət mərkəzlərinin nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizi sevən xaricilər Azərbaycan evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edirlər.

Əlavə edək ki, dövlətimizin başçısının tövsiyəsi əsasında xaricdəki həftəsonu Azərbaycan məktəblərinin sayı artırılır və əhatə dairəsi genişləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

N.Ə.Həsənzadənin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında

02:50
19 Fevral

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "İnklüziv cəmiyyət naminə bərabər hüquqlar və imkanların təşviq edilməsinə dəstək" adlı təkrar müsabiqə keçirir

02:49
19 Fevral

Çempionlar Liqası: “Qarabağ” “Nyukasl”a böyük hesabla məğlub olub 

23:43
18 Fevral

Ağ Ev: Sabah ABŞ Prezidenti Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək  

23:11
18 Fevral

Dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması müzakirə olunub  

22:53
18 Fevral

TÜRKPA-nın Baş katibi Türkiyənin ATƏT yanında daimi nümayəndəsi ilə görüşüb  

22:41
18 Fevral

Zukerberq sosial medianın uşaqlarda asılılıq yaratması ilə bağlı məhkəmədə ifadə verir  

22:40
18 Fevral

Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb 

22:38
18 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib

20:37
18 Fevral

Serbiyalı ekspert: Liderlər arasında şəxsi dialoq Azərbaycan-Serbiya əməkdaşlığını gücləndirir  

20:37
18 Fevral

Azərbaycan-Serbiya əməkdaşlığı regional sabitliyə xidmət edən tərəfdaşlıq modelinə çevrilir ŞƏRH  

20:35
18 Fevral

Hava yağıntılı olacaq, temperatur 4-6 dərəcə enəcək – XƏBƏRDARLIQ

19:55
18 Fevral

Çingiz Hüseynzadə: Azərbaycanın Qış Olimpiya Oyunlarında təmsil olunması çox vacibdir - MÜSAHİBƏ 

19:54
18 Fevral

Səfir: ABŞ ilə imzalanmış Xartiya Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinin daha bir mühüm amilinə çevriləcək  

19:51
18 Fevral

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizə istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib  

19:45
18 Fevral

Parisdə Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentlik prioritetləri müzakirə olunub  

19:23
18 Fevral

Ramazan ayı başlayır: Nələrə diqqət etmək lazımdır? 

19:19
18 Fevral

Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir  

18:49
18 Fevral

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında çıxışını tarixi nəticə ilə başa vurub

18:37
18 Fevral

İcma: “Amnesty International”ın erməniəsilli şəxslər barədə yaydığı açıqlama tamamilə əsassızdır  

18:01
18 Fevral

Nazir: Büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamı əsas prioritetdir  

17:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!