22 May 2026 13:29
77
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində ANAMA minatəmizləmənin şəhərlərin bərpasında strateji rolunu müzakirə edib

WUF13 çərçivəsində ANAMA minatəmizləmənin şəhərlərin bərpasında strateji rolunu müzakirə edib


Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Postmünaqişə dövründə şəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan pavilyonunda təşkil olunan tədbir ölkəmizin üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsirini vurğulamaq, eləcə də minatəmizləmə sahəsində qlobal əməkdaşlıq və bərpa təcrübələrini müzakirə etmək məqsədilə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Tədbirdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir. Bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır. Böyük Qayıdış çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

O vurğulayıb ki, mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır. Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluq etdiyi panel müzakirələrdə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş səfiri Rodrigo Labardini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov iştirak ediblər.

Şəhərlərin yenidən qurulmasının əsasını təşkil edən minatəmizləmə fəaliyyəti və Azərbaycanın bu sahədə təcrübəsi, münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurmanın dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq, eləcə də minalardan təmizlənmiş ərazilərdə şəhərsalma və yenidənqurma mövzularında panel müzakirələr keçirilib.

Müzakirələrdə münaqişədənsonrakı dövrdə təhlükəsiz və inklüziv şəhərlərin yenidən qurulmasında humanitar minatəmizləmənin strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılıb

16:25
22 May

Əli Əsədov: Humanitar əməkdaşlıq MDB ölkələrinin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır  

16:23
22 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

16:21
22 May

WUF13-də Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu müzakirə olunub 

16:19
22 May

WUF13-də “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində mənzil” mövzusunda panel iclas baş tutub  

16:17
22 May

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

WUF13 çərçivəsində rəqəmsal transformasiya və inklüziv şəhər inkişafı müzakirə olunub

16:01
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

Energetika naziri İstanbul Təbii Sərvətlər Zirvəsində iştirak edib

15:33
22 May

Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib

15:31
22 May

WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub

15:26
22 May

“Azərpambıq” ilə Tacikistan şirkəti arasında müqavilə imzalanıb

15:23
22 May

Şavkat Mirziyoyev: TDT türk birliyinin və tərəqqinin rəmzinə çevrilib

15:18
22 May

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib

15:15
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13 panel sessiya - Belemdən Busana: dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi  

15:07
22 May

Son 24 saat ərzində Hörmüz boğazından 35 ticarət gəmisi keçib

15:06
22 May

WUF13-ün yekun mətbuat konfransı keçirilib

15:01
22 May

Sabah bəzi yerlərdə yağış yağacaq

14:46
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!