18 May 2025 09:40
741
CƏMİYYƏT
A- A+
Vətən torpağını öpən dodaqlar

Vətən torpağını öpən dodaqlar


Təbiətin yaratdıqlarında, qoynunda yaşatdıqlarında heç nə bir-birini təkrarlamır, əvəz etmir. Deməli, anamız təbiət təkrarı sevmir. Nə yaradırsa, bənzərsiz, qənirsiz yaradır. Yaratdıqları nə qədər bir-birinə bənzəsələr də, eyni deyillər. Hansısa kiçik bir cizgisi, zərif bir incisi, xətti, rəngi, ölçüsü, yerişi, duruşu, baxışı ilə bir-birindən seçilirlər. 

Çox da uzağa getməyək, barmaqlarımız da bir-birinə oxşamır. Biri o birindən bir az kiçik, yaxud böyükdür. Bədən üzvlərimizin hərəsinin, necə deyərlər, öz işi, öz vəzifəsi var. Hərəsi bir işin qulpundan yapışır, biri o birinin işinə qarışmır, yerini tutmur. 

Dodaqlar da elədir. O dodaqlar ki, insanların gül çöhrəsinə işıq salır, yaraşıq verir. Təbii ki, bu cəlbedicilik, bu gözəllik, bu yaraşıq, bu işıq, incədən incə olan qadınlara aiddir. İndiyə qədər qadın dodaqlarının gözəlliyinə, füsunkarlığına, bənzərsizliyinə o qədər şeirlər yazılıb, o qədər mahnılar bəstələnib ki... Bu şeirlərdə, bu nəğmələrdə qadın dodaqları nəyə bənzədilməyib ki... Ayaq saxlamayan zaman hiss olunmadan keçdikcə bu mövzuda qəlbləri riqqətə, arzuları ülfətə gətirən yeni şeirlər yazılır, yeni mahnılar bəstələnir. Çünki sözün itidən iti gözləri yalnız gözəlliyi görür, ona işıq salır, onu təsvir edir. 

Dodaqlar həm də daxili dünyamıza açılan sirli-sehirli qapıdır. Sanki gecə-gündüz iç dünyamıza ayıq-sayıq keşik çəkir, ürəyimizdəki, qəlbimizdəki sirlərimizi göz bəbəyi kimi qoruyur, açıb-ağartmır. Bəzən sirrimizi dilə gətirmək istəyəndə bir-birinə sıxılıb açılmır, onun yayılmasını, dünyayla bir olmasını istəmir. 

Gözəl, bənzərsiz, qənirsiz dodaqlar. Torpağın da, valideynlərimizin də, övladlarımızın da, bütün sevdiklərimizin də ətrini onun vasitəsi ilə duyuruq. Vətənin ətrini, çiçəklərin, güllərin "dadı"nı onları öpəndə daha dərindən hiss edirik. Bizə bilik verən, həyat yolunu göstərən kitabları da dodaqlarımızı astaca tərpədə-tərpədə pıçıltı ilə oxuyuruq. Elə bizi özümüzlə danışdıran da dodaqlarımızdır. Dodaqların sirli-sehirli ahəngindən, zövqümüzü oxşayan rəngindən, bir-birinə bənzəməyən boyasından ilhama gəlib yeni əsərlər toxuyuruq. Nə yaxşı ki dodaqların pıçıltısını hər gün eşidir, onun sirli ahəngini hər gün duyuruq. Nə yaxşı ki yurdumuzun ətrini əyilib dodaqlarımızla onu öpəndə hiss edirik. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 1 milyonu ötüb

11:23
05 Mart

Baş nazirin müavini: Azərbaycan iqtisadi siyasətini qlobal proseslərin real təsirləri nəzərə alınmaqla formalaşdırır  

11:17
05 Mart

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir

11:07
05 Mart

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

10:51
05 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!