13 İyul 2025 08:35
499
SİYASƏT
A- A+
Vasitəçisiz danışıqlar

Vasitəçisiz danışıqlar


Sülhə aparan yol qısalır, kənar təsirlərə yer qalmır


Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladı. Bir-biri ilə ciddi siyasi rəqib olan ölkələrin regionda öz siyasi maraqları olduğundan Minsk qrupunun  vasitəsi ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Danışıqlar uzandıqca məlum oldu ki, "Qarabağ düyünü"nü ancaq Azərbaycan əsgəri aça bilər.

2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı işğalçı Ermənistan ordusunun darmadağın olması ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan bəyanatla işğalçı ölkə təslim olduğunu etiraf etdi.

Bu sənədin imzalanması təkcə regionumuzda deyil, dünyada yeni reallıqlar yaratdı. Birincisi, xarici qüvvələrin ölkəmizə qarşı olan əsas təzyiq aləti əldən çıxdı və Azərbaycan daha inamlı xarici siyasət aparmaq imkanı qazandı. İkincisi, Ermənistanla sülh danışıqlarında şərtləri diktə edən tərəf olduq, təbii ki, ədalətli şərtləri 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra əlimiz-qolumuz daha da gücləndi. İlk növbədə keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan erməni əhalisi ilə bağlı xarici qüvvələrin manipuliyasiya cəhdlərinə yer qalmadı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk dəfə bütün ölkə ərazisində suverenliyini bərpa etdi.

Torpaqlarımızı düşmən işğalından azad etdikdən sonra sülh danışıqlarının aparılması zərurəti yarandı və Ermənistanla danışıqlar başladı. Təcrübəli siyasətçi kimi Prezident İlham Əliyev bildirdi ki, danışıqlarda vasitəçi olsa, yenə məsələ uzanacaq. Buna görə dövlətimizin başçısı Ermənistana vasitəçisiz danışıqlar aparmağı təklif etdi. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə bu təklifdən yayınırdı. Eyni zamanda Avropada və Rusiyada aparılan danışıqlar da heç bir nəticə vermirdi. Nəhayət, bunu görən Ermənistan reallığı qəbul etməyə məcbur oldu - sülh danışıqlarını birbaşa  aparmağa razılıq verdi.

Bunun ilk müsbət nəticələrini biz Qazaxın işğal altında olan kəndlərinin geri qaytarılmasında və sərhədlərin bir hissəsinin delimitasiyası barədə sənədin imzalanmasında gördük. Ermənistanda da başa düşdülər ki, birbaşa danışıqlarda nəticəyə nail olmaq mümkündür.

Hazırda Ermənistan ağır iqtisadi böhran içində yaşayır. Müharibə təhlükəsi qaldıqca daha çox gənc ölkəni tərk edir. Ümumiyyətlə, Ermənistan bu gün tarixində ən ciddi demoqrafik böhran keçirir. Ölkədə orduya çağırmağa gənc yoxdur, üstəlik əmək qabiliyyətli əhali də ölkədən gedir. Elə özlərinin bir neçə ay əvvəl açıqladığı statistik rəqəmlərə görə, Qarabağdan Ermənistana köçən 12 min nəfər ölkəni birdəfəlik tərk edib. Ölkənin gündən-günə fəlakətə doğrü getdiyini görən Ermənistan rəhbərliyi anladı ki, bunun qarşısının alınmasının yeganə yolu Azərbaycanla sülh sazişini imzalamaq və bununla cəmiyyətdəki müharibə xofunu aradan qaldırmaqdır. 

Xəbər verildiyi kimi, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan görüşüblər. Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasından məlum olur ki, danışıqlar konstruktiv keçib. Məlumatda vurğulanır ki, tərəflər arasında keçirilən görüşdə dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri geniş müzakirə edilib: "Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər".

Xarici İşlər Nazirliyinin diplomatik dildə hazırladığı məlumatından da görünür ki, tərəflər danışıqlar barədə sonacan açıq məlumat vermirlər, yəni razılaşmalar əsasında nəyi açıqlamaq lazımdırsa, onu açıqlayırlar. Bunun bir səbəbi Ermənistandakı vəziyyətlə bağlıdır. Azərbaycandan fərqli olaraq qonşu ölkədə daxili ictimai-siyasi vəziyyət çox gərgindir. N.Paşinyana qarşı birləşmiş revanşist qüvvələrin ölkədə kütləyə təzyiq mexanizmi elə də zəif deyil. Bu yaxınlarda məlum oldu ki, həmin qüvvələr N.Paşinyanı hakimiyyətdən devirmək üçün çevriliş planı hazırlayıblarmış.  Bu işə erməni kilsəsinin qarışması məsələni daha da mürəkkəbləşdirir. Unutmayaq ki, müəyyən tarixi səbəblərə görə, Ermənistanda kütləyə təsir göstərməkdə kilsə böyük imkanlara malikdir. Buna görə də erməni baş naziri bu iki birləşmiş qüvvəyə qarşı mübarizə aparmaq məcburiyyətindədir.

Amma Ermənistanın bəlası təkcə daxili qüvvələrdən ibarət deyil. Məlumdur ki, indiyədək bu ölkənin müstəqilliyi formal olub, daxili və xarici siyasətini kənar qüvvələr və dövlətlər müəyyən edib. Bu siyasi xətdən uzaqlaşan Ermənistanı cəzalandırmaq istəyən xarici güclər çoxdur. Xüsusən şimal qonşumuz həmişə itaətkar olmuş qonşumuzu cəzalandırmaq üçün ciddi diplomatik təsirlərlə yanaşı, daxildəki qüvvələrdən də istifadə edir. Ancaq N.Paşinyan hökuməti imkan daxilində buna müqavimət göstərmək, müstəqil siyasət aparmaq istəyir. Əbu-Dabi danışıqları buna nümunədir. Artıq onlar başa düşüblər ki, kənar güclər yalnız öz siyasi maraqlarını təmin etməklə məşğuldur, erməni xalqının düşdüyü acınacaqlı  durum onları maraqlandırmır.

Əbu-Dabi görüşünə dünyada da böyük maraq oldu. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması təkcə regionda deyil, həmçinin beynəlxalq müstəvidə yeni reallıq yaradacaq. Xüsusən  yeni dünya düzəninin qurulması barədə ciddi geosiyasi proseslərin getdiyi indiki dövrdə problemin birdəfəlik həlli böyük əhəmiyyət kəsb edir. Bu əhəmiyyəti  artıran həm də Zəngəzur dəhlizinin açılması məsələsidir. Məlumdur ki, dəhlizin tərəfdarları ilə əleyhdarları arasında ciddi rəqabət var. Çin, Orta Asiyadakı türk dövlətləri, Rusiya və Türkiyə dəhlizin açılmasında maraqlıdırlar. İran və Hindistan isə əleyhinədirlər. Lakin N.Paşiyanın verdiyi son bəyanatlardan görünür ki, artıq qonşu ölkə də bu dəhlizə maraq göstərir.

Əbu-Dabi danışıqları bir daha göstərdi ki, vasitəçisiz danışıqlar hər iki tərəf üçün faydalıdır. Belə yanaşma sülhə aparan yolu qısaldır, kənar təsirlərə yer qoymur. Şübhəsiz ki, bu formatda danışıqların pozulmasına çalışan qüvvələr də olacaq. Azərbaycanın mövqeyi aydın və qətidir. Bəs, Ermənistan həmin təzyiqlərə dözüb mövqeyini qoruya biləcəkmi? Bu suala, türk qardaşlarımız demiş "net" cavab vermək hələlik çətindir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!