14 Avqust 2025 19:55
756
SİYASƏT
A- A+
Vaşinqton razılaşmaları Azərbaycanın beynəlxalq siyasətdə fəal oyunçu olduğunu göstərdi

Vaşinqton razılaşmaları Azərbaycanın beynəlxalq siyasətdə fəal oyunçu olduğunu göstərdi

Avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş, - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan mühüm sənədlər, - Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır. Strateji tərəfdaşlıq memorandumu, sülh sazişinin paraflanması və üçtərəfli Birgə Bəyannamə yalnız konkret diplomatik aktlar deyil, həm də bölgədə uzunmüddətli sülh, sabitlik və iqtisadi inkişafın bünövrəsini qoyan tarixi addımlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, bu uğurların təməlində Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər dayanır. İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı. Ermənistanın illərlə davam edən işğal siyasəti iflasa uğradı, onun Rusiyadan asılılığı zəifləməyə başladı və sülh üçün real zəmin formalaşdı. Azərbaycan isə qalib dövlət kimi yalnız hərbi deyil, həm də siyasi gündəliyi müəyyən edən tərəfə çevrildi.

“Vaşinqton sammiti həm də Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini təsdiqlədi. Bayden-Blinken administrasiyası dövründə erməni diasporunun təsiri ilə yürüdülən qərəzli siyasət iki ölkə münasibətlərinə ciddi zərbə vurmuşdu. Lakin Prezident Tramp dövründə bu yanlış kurs dəyişdirildi, Azərbaycanla münasibətlərin bərpası və inkişafı üçün ardıcıl addımlar atıldı. Sammit çərçivəsində imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası”nın hazırlanması barədə Anlaşma Memorandumu iki ölkənin əməkdaşlığını enerji, ticarət, müdafiə, süni intellekt və rəqəmsal infrastruktur kimi prioritet sahələr üzrə daha da dərinləşdirəcək”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin görüş zamanı “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqini dayandırması isə ikitərəfli münasibətlərdə psixoloji baryerlərin aradan qalxmasının simvolu oldu. Uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan bu düzəlişin dayandırılması ölkəmizin diplomatik iradəsinin və müstəqil siyasətinin qələbəsidir.

“Vaşinqton görüşünün ən önəmli nəticələrindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək “Tramp Rifah və Sülh Marşrutu”nun razılaşdırılmasıdır. Adından asılı olmayaraq, bu layihə, əslində, uzun illərdir gündəmdə olan Zəngəzur dəhlizidir. Dəhliz yalnız Azərbaycanın daxili əlaqəsini bərpa etmir, həm də Türkiyəni Cənubi Qafqaz və Mərkəzi Asiya ilə, Avropanı isə Çinlə birləşdirəcək beynəlxalq nəqliyyat xəttinin vacib hissəsinə çevrilir. Bu, həm iqtisadi, həm də siyasi baxımdan regionun güc balansını dəyişdirən layihədir”, - deyə Müşfiq Məmmədli vurğulayıb.

Vaşinqtonda imzalanan sənədlərin Ermənistan qarşısında da konkret öhdəliklər qoyduğunu diqqətə çatdıran deputat əlavə edib: “Ən əsas şərt - Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu addım atılmadan yekun sülh sazişinin imzalanması mümkün deyil. Lakin bu məsələ Ermənistan daxilində, xüsusilə diaspor və radikal müxalifət dairələrində ciddi narazılıq doğurur. Ermənistan bu öhdəlikdən yayınmağa çalışsa, həm ABŞ-la münasibətlərində, həm də beynəlxalq layihələrdə təcrid vəziyyətinə düşəcək”.

M.Məmmədli hesab edir ki, Vaşinqton platformasının uğuru bəzi güc mərkəzlərinin maraqlarına ziddir. Xüsusilə Rusiya və İranın bəzi strukturları Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, bunu bölgədə təsir imkanlarının azalması kimi qiymətləndirirlər. Lakin Azərbaycan diplomatiyası göstərib ki, heç bir xarici təzyiq ölkənin milli maraqlarından geri çəkilməsinə səbəb ola bilməz.

“Azərbaycan Prezidentinin ABŞ səfəri çərçivəsində SOCAR ilə “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu enerji sektorunda münasibətlərin daha da genişlənəcəyini təsdiqləyir. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji, süni intellekt, müdafiə və tranzit sahələrində də əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu, Azərbaycan iqtisadiyyatına yeni sərmayə axınının əsasını qoyur.

Vaşinqton görüşü, əslində, destruktiv qüvvələrin uzun illər davam etdirdiyi təcrid siyasətinin iflası deməkdir. Azərbaycan yalnız müharibədə deyil, sülh masasında da qalib gəldiyini sübut etdi. Prezident İlham Əliyevin strateji baxışı, qətiyyətli mövqeyi və beynəlxalq münasibətlərdə praqmatik yanaşması nəticəsində ölkəmiz həm regional, həm də qlobal miqyasda nüfuzunu möhkəmləndirib. Qalib dövlətin lideri bu dəfə də sülhü qazanaraq tarixə mühüm diplomatik zəfərlə düşdü. Vaşinqtonda imzalanan razılaşmalar göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, beynəlxalq siyasətin fəal oyunçusudur və bu mövqeyini daha da gücləndirməyə davam edəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!