16 Dekabr 2025 08:35
178
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb


Cari ilin yanvar-noyabr aylarında ölkə üzrə qeyri-neft-qaz sənaye məhsullarının istehsalı 4,8 faiz artıb. Ümumilikdə 11 ay ərzində 57,5 milyard manatlıq sənaye məhsulları istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsullarının 60,6 faizi mədənçıxarma, 33 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 94,9, ağacın emalı və ağacdan məmulatların istehsalı 60,9, kompüter, elektron və optik məhsulların istehsalı 49,9, toxuculuq sənayesi məhsullarının istehsalı 27,1, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7, tütün məmulatlarının istehsalı 13,2, qida məhsullarının istehsalı 9,8, neft məhsullarının istehsalı 9,6, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz artıb. Bununla yanaşı, içkilərin istehsalı 1,6, tikinti materiallarının istehsalı 3,4, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,3, metallurgiya sənayesi məhsullarının istehsalı 8,6, maşın və avadanlıqların istehsalı 8,7, hazır metal məmulatlarının istehsalı 9,7, mebel istehsalı 10, elektrik avadanlıqlarının istehsalı 11,2, poliqrafiya məhsullarının istehsalı 18,7, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,9, geyim istehsalı 20, kağız və karton istehsalı 26,2, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz azalıb.

Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 82,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsullarının çəkisi 88,8, sənaye xarakterli xidmətlərin göstərilməsi 11,2 faiz təşkil edib. 

Cari ilin 11 ayında Naxçıvan Muxtar Respublikasında 441 milyon 468 min manatlıq sənaye məhsulları istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəkindən 14,1 faiz çoxdur. Bakıda isə 10 ayda 43 milyard manatlığa yaxın sənaye məhsulları istehsal edilib. Bu dövrdə paytaxtda istehsal olunan sənaye məhsullarının 73 faizi mədənçıxarma, 23,5 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşüb. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

Janna Skot: ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!