22 May 2026 13:59
71
CƏMİYYƏT
A- A+
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzurda “ağıllı” yaşayış məntəqələrinin qurulması təcrübəsi beynəlxalq tərəfdaşlarla paylaşılır

Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzurda “ağıllı” yaşayış məntəqələrinin qurulması təcrübəsi beynəlxalq tərəfdaşlarla paylaşılır


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycan üçün mühüm hadisədir və ölkənin dayanıqlı şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq platformada təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.

O qeyd edib ki, Azərbaycanda şəhərsalma gündəliyi üzrə aparılan müzakirələr ardıcıl xarakter daşıyır: “Milli Şəhərsalma Forumunun əvvəlcə Zəngilanda, daha sonra Ağdamda keçirilməsi, hazırda isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda təşkil olunması ölkəmizin bu sahədə artan rolunu göstərir”, - deyə xüsusi nümayəndə söyləyib.

V.Hacıyev vurğulayıb ki, işğal dövründə tamamilə dağıdılmış ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir: “Şəhər və kəndlər yenidən inşa olunur, bu proses isə müasir və innovativ yanaşmalar əsasında aparılır. Qarşıya qoyulan məqsədə uyğun olaraq yaşayış məntəqələri “ağıllı” konsepsiya əsasında formalaşdırılır”.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, Zəngilanın Ağalı kəndi artıq “ağıllı kənd” modeli kimi istifadəyə verilib, digər yaşayış məntəqələrində də eyni yanaşma tətbiq edilir.

“Biz bu təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməkdən məmnunuq. Eyni zamanda, onların təcrübəsindən də faydalanırıq. Sıfırdan quruculuq işləri apardığımız və artıq real nəticələr əldə etdiyimiz üçün formalaşan təcrübə beynəlxalq səviyyədə də maraq doğurur”, – deyə Vahid Hacıyev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılıb

16:25
22 May

Əli Əsədov: Humanitar əməkdaşlıq MDB ölkələrinin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır  

16:23
22 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

16:21
22 May

WUF13-də Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu müzakirə olunub 

16:19
22 May

WUF13-də “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində mənzil” mövzusunda panel iclas baş tutub  

16:17
22 May

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

WUF13 çərçivəsində rəqəmsal transformasiya və inklüziv şəhər inkişafı müzakirə olunub

16:01
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

Energetika naziri İstanbul Təbii Sərvətlər Zirvəsində iştirak edib

15:33
22 May

Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib

15:31
22 May

WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub

15:26
22 May

“Azərpambıq” ilə Tacikistan şirkəti arasında müqavilə imzalanıb

15:23
22 May

Şavkat Mirziyoyev: TDT türk birliyinin və tərəqqinin rəmzinə çevrilib

15:18
22 May

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib

15:15
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13 panel sessiya - Belemdən Busana: dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi  

15:07
22 May

Son 24 saat ərzində Hörmüz boğazından 35 ticarət gəmisi keçib

15:06
22 May

WUF13-ün yekun mətbuat konfransı keçirilib

15:01
22 May

Sabah bəzi yerlərdə yağış yağacaq

14:46
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!