29 İyun 2026 13:32
171
DÜNYA
A- A+
ÜST-nin Baş direktoru: 150 milyon insan anomal istilərə məruz qalıb

ÜST-nin Baş direktoru: 150 milyon insan anomal istilərə məruz qalıb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Avropada müşahidə olunan isti hava dalğası ilə bağlı X sosial media hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, o paylaşımda bildirib ki, Avropa qlobal orta göstəricidən iki dəfə sürətlə və dünyanın ən çox isinən qitəsidir. Onun sözlərinə görə, hazırda 150 milyon insan anomal istilərə məruz qalıb, yüzlərlə insan həyatını itirib, məktəblər bağlanıb, elektrik şəbəkələri isə çökməyə başlayıb.

Baş direktor qeyd edib ki, iqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində əvvəllər “bir nəsildə bir dəfə baş verən” isti hava dalğaları artıq demək olar ki, hər il müşahidə edilir. Qebreyesus əlavə edib ki, bu barədə əvvəllər də dəfələrlə xəbərdarlıq edilib: “Avropada iyunun 21-dən bəri yüksək temperaturla əlaqədar 1300-dən çox ölüm hadisəsi qeydə alınıb. İstilik stresi çox vaxt “səssiz qatil” adlandırılır, Avropadakı evlər, iş yerləri və məktəblər bu cür yüksək temperaturlara uyğun inşa edilməyib”.

O qeyd edib ki, ÜST üzv dövlətlərlə və tərəfdaşlarla birlikdə hazırlıq, profilaktika və səhiyyə sistemlərinin cavab imkanlarının gücləndirilməsi istiqamətində çalışaraq, həddindən artıq istilərin yaratdığı sağlamlıq risklərinin aradan qaldırılması üçün fəaliyyət göstərir. “Xüsusilə iqlim dəyişikliyinə qarşı sağlamlığın qorunmasına yönəlmiş daha geniş gündəliyin bir hissəsi olaraq, Avropa ölkələrini istiliklə bağlı sağlamlıq fəaliyyət planlarını həyata keçirməyə təşviq edirik”, - deyə Tedros Adhanom Qebreyesus diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Le Monde”: Fransadan Burkina-Fasodakı səfirliyini bağlamaq tələb olunur

14:41
29 İyun

Rusiya ordusunun Dneprə hücumu nəticəsində həlak olanlar və yaralılar var

14:39
29 İyun

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

14:32
29 İyun

Qırğızıstan naziri: Bakıdan verilən mesaj Türk dünyasının birliyini nümayiş etdirir

14:26
29 İyun

BMTM sədri: Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc statusu qazandırıb

14:21
29 İyun

Rusiyada miqrantlara nəzarət gücləndirilir

14:17
29 İyun

Geosiyasi gərginlik fonunda qızıl ucuzlaşıb, neft bahalaşıb

14:14
29 İyun

TDT-nin Baş katibi: Bakıda keçirilən tədbirlər ortaq tariximizə verilən dəyərin və gələcəyə baxışımızın ifadəsidir

14:09
29 İyun

Filippindəki güclü zəlzələ infrastruktura 23,9 milyon dollar ziyan vurub

14:07
29 İyun

Pezeşkian: Tehran və Doha İranın 6 milyard dollarlıq aktivinin qaytarılması barədə razılığa gəliblər

14:01
29 İyun

“Türk Dünyası Həftəsi”ndə 20-dən artıq ölkədən 120-dən çox alim, tədqiqatçı və araşdırmaçı iştirak edir

13:51
29 İyun

Nazir müavini: Türkoloji Qurultayın yubileyi ilə əlaqədar il ərzində 100-ə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur  

13:46
29 İyun

ÜST-nin Baş direktoru: 150 milyon insan anomal istilərə məruz qalıb

13:32
29 İyun

BDYPİ: Sükan arxasında telefondan istifadə həyatınızın ən ağır səhvinə çevrilə bilər

13:26
29 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

12:53
29 İyun

Ötən həftə 73 mina və 329 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

12:52
29 İyun

Dünya Kubokunun qrup mərhələsinin oyunlarında 999 futbolçu iştirak edib

12:52
29 İyun

Kamboca “ASAN xidmət” təcrübəsindən yararlanacaq

12:51
29 İyun

Hörmüz boğazında yeni dövr: İran və Omandan birgə addım

12:39
29 İyun

Alfonso Devis 2026-cı il Dünya Kubokunda oynayan 1000-ci futbolçudur  

12:37
29 İyun

“Aybın-2026” gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb

12:36
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!