29 İyun 2026 14:21
195
SİYASƏT
A- A+
BMTM sədri: Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc statusu qazandırıb

BMTM sədri: Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc statusu qazandırıb


Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc (“middle power”) statusu qazandırıb, təsir dairəsini Cənubi Qafqaz regionunun hüdudlarından xeyli kənara çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ankarada BMTM və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın orta güc statusu hərbi-siyasi nailiyyətlər və ərazi bütövlüyünün bərpası, regional sülh prosesində aparıcı rol, strateji nəqliyyat və enerji layihələri vasitəsilə regional və beynəlxalq bağlantıların gücləndirilməsi, fəal çoxtərəfli diplomatiya və vasitəçilik təşəbbüsləri, eləcə də multikulturalizm, COP29, WUF13 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi kimi amillərlə şərtlənir. 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi ölkəmiz üçün xüsusi strateji əhəmiyyət daşıyır. Bəyannamə müstəqillik, suverenlik, hər iki dövlətin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraq kəsb edən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı dəstək prinsiplərini bir daha təsdiqlədi.

Fərid Şəfiyevin fikrincə, Azərbaycanın geostrateji mövqeyi və regional bağlantı potensialı beynəlxalq miqyasda getdikcə daha çox əhəmiyyət qazanır. Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Bu kontekstdə, Orta Dəhlizin inkişafında oynadığı rol ölkənin müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici aktor kimi çıxış etməsinə imkan yaradır.

“Postmünaqişə dövründə regional bağlantı gündəliyi Zəngəzur dəhlizinin açılması perspektivi ilə yeni dinamika qazanmış, bu təşəbbüs Vaşinqton Bəyannaməsi çərçivəsində TRIPP adı altında institusionallaşdırılmışdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində ənənəvi nəqliyyat və təchizat zəncirlərində yaranan fasilələr, eləcə də Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Azərbaycanın tranzit və bağlantı mərkəzi kimi strateji əhəmiyyəti daha da yüksəlir. Eyni zamanda, Azərbaycan yaşıl enerji gündəliyini inkişaf etdirib, Günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan enerji mənbələrinin inkişafına sərmayə yatırıb. Qara dəniz sualtı kabel layihəsi kimi təşəbbüslər Azərbaycanın yalnız karbohidrogen ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji və dayanıqlı bağlantı sahəsində formalaşan regional mərkəz kimi mövqeyini gücləndirmək niyyətini nümayiş etdirir.

Həmçinin Azərbaycanın diplomatik təşəbbüsləri və vasitəçilik səyləri onun orta güc kimi formalaşan rolunu daha da gücləndirir. Bu baxımdan ən diqqətəlayiq nümunələrdən biri ölkəmizin İsrail və Türkiyə, eləcə də İsrail və Suriya arasında diplomatik əlaqələrin qurulması üçün platforma və kanallar təqdim etməsidir. Beynəlxalq arenada Azərbaycan xüsusilə mina təhlükəsinin dağıdıcı nəticələri kimi ən aktual problemlərin gündəmə gətirilməsi və bu sahədə məlumatlılığın artırılması istiqamətində fəal mövqe nümayiş etdirir”, - deyə BMTM sədri bildirib.

O əlavə edib ki, Azərbaycan öz xarici siyasət fəaliyyətinin coğrafi əhatəsini genişləndirərək xüsusilə Afrika və Asiya ölkələri, eləcə də qlobal güc mərkəzləri ilə əlaqələrini daha da gücləndirir: “Azərbaycanın müstəqil xarici siyasəti yalnız regional deyil, eyni zamanda, qlobal sülhə və təhlükəsizliyə də töhfə verir. Cənubi Qafqazda sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlmiş səylər, o cümlədən Ermənistanla aparılan sülh danışıqlarında Azərbaycanın praqmatik və gələcəyə yönəlmiş yanaşması ölkənin rasional diplomatik kursunu əks etdirir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sultan Raev: Türk dünyası geniş coğrafiyaya yayılmış böyük bir ailədir

15:51
29 İyun

Birinci Türkoloji Qurultayın yubileyi Türk dünyasının ortaq gələcəyinə xidmət edir

14:53
29 İyun

Ekspert: Türk dünyası gələcəyin qlobal güc mərkəzinə çevrilir

14:51
29 İyun

Qazaxıstan Prezidentinin müşaviri: Bakıdakı beynəlxalq tədbir Türk dünyasının birliyinə mühüm töhfə verəcək  

14:47
29 İyun

“Le Monde”: Fransadan Burkina-Fasodakı səfirliyini bağlamaq tələb olunur

14:41
29 İyun

Rusiya ordusunun Dneprə hücumu nəticəsində həlak olanlar və yaralılar var

14:39
29 İyun

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

14:32
29 İyun

Qırğızıstan naziri: Bakıdan verilən mesaj Türk dünyasının birliyini nümayiş etdirir

14:26
29 İyun

BMTM sədri: Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc statusu qazandırıb

14:21
29 İyun

Rusiyada miqrantlara nəzarət gücləndirilir

14:17
29 İyun

Geosiyasi gərginlik fonunda qızıl ucuzlaşıb, neft bahalaşıb

14:14
29 İyun

TDT-nin Baş katibi: Bakıda keçirilən tədbirlər ortaq tariximizə verilən dəyərin və gələcəyə baxışımızın ifadəsidir

14:09
29 İyun

Filippindəki güclü zəlzələ infrastruktura 23,9 milyon dollar ziyan vurub

14:07
29 İyun

Pezeşkian: Tehran və Doha İranın 6 milyard dollarlıq aktivinin qaytarılması barədə razılığa gəliblər

14:01
29 İyun

“Türk Dünyası Həftəsi”ndə 20-dən artıq ölkədən 120-dən çox alim, tədqiqatçı və araşdırmaçı iştirak edir

13:51
29 İyun

Nazir müavini: Türkoloji Qurultayın yubileyi ilə əlaqədar il ərzində 100-ə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur  

13:46
29 İyun

ÜST-nin Baş direktoru: 150 milyon insan anomal istilərə məruz qalıb

13:32
29 İyun

BDYPİ: Sükan arxasında telefondan istifadə həyatınızın ən ağır səhvinə çevrilə bilər

13:26
29 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

12:53
29 İyun

Ötən həftə 73 mina və 329 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

12:52
29 İyun

Dünya Kubokunun qrup mərhələsinin oyunlarında 999 futbolçu iştirak edib

12:52
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!