14 Yanvar 2024 10:25
3102
Mədəniyyət
A- A+
Unudulmaz mədəniyyət hadisələri

Unudulmaz mədəniyyət hadisələri

 

Yola saldığımız il mədəniyyətimizdə bir sıra xoş hadisələrlə yadda qaldı. Həmin hadisələrdən biri peşəkar milli teatrımızın 150-ci ildönümü idi. Prezident İlham Əliyev 2023-cü il fevralın 3-də Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladı. 
Sərəncamda Azərbaycan teatrının XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapdığı, həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynadığı vurğulanır: "Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etmişlər".
Sərəncama əsasən, 2023-cü ildə 150 illiyi tamam olan Azərbaycan peşəkar milli teatrının yubileyi ilə bağlı tədbirlər planı hazırlandı. Peşəkar milli teatrımızın əsryarımlıq yaşı silsilə tədbirlərlə qeyd olundu. 
İl ərzində teatrlarımızda yeni tamaşaların premyeraları baş tutdu, ənənəvi qastrol səfərləri reallaşdı. Bölgə teatrlarının paytaxtda, paytaxt teatrlarının isə bölgədə silsiləli şəkildə keçirilən səfərləri yubiley ilini daha da əlamətdar etdi.
Teatr xadimlərimiz ötən il Bakıda keçirilən "Azərbaycan teatrı-150: inkişaf perspektivləri" mövzusunda teatr forumunda da bir araya gələrək öz fikirlərini, təkliflərini dilə gətirdilər, müzakirələr apardılar. Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Keçən ilin mədəniyyət sahəsində əlamətdar hadisələrindən biri isə Azərbaycan kinosunun 125 illiyinin qeyd edilməsi oldu. Bu münasibətlə ilboyu düzənlənən tədbirlərdə qeyd edildi ki, Azərbaycan kino sənəti zəngin yol keçərək bu günlərə gəlib çatıb. Tarixi Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də rejissor, ssenarist, naşir Aleksandr Mişonun lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərinin nümayişi ilə başlayan Azərbaycan kino sənəti bir çox sənətkarımızın istedadının və zəhmətinin bəhrəsi olan, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayan, bu gün də maraqla baxılan "Arşın mal alan", "Şərikli çörək", "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi" və başqa klassik filmlərimizlə yoluna davam edib. 125 illiyi ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan kinosunun bu günü qarşısında duran məsələlər də müzakirə mövzusu oldu.
İli kinematoqrafiyamız üçün əlamətdar edən həm də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradılmasının 100-cü ildönümü oldu. 
Ötən il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaranmasının otuzuncu ildönümü ilə bağlı silsilə tədbirlərlə də yadda qaldı. Qeyd edək ki, türkdilli ölkələr arasında qurulan bu ilk beynəlxalq təşkilatın yaradılması ideyası Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) adlı imperiyanın dağıldığı və ittifaqın tərkibində yaşamış xalqların siyasi müstəqilliklərinə nail olduqları, suveren dövlətlərini qurduqları bir vaxtda - 1992-ci ildə irəli sürülüb. Təşkilat həmin il Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında qurulub. Həmin ölkələrin mədəniyyət nazirləri tərəfindən TÜRKSOY-un yaradılması haqqında protokol 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində imzalanıb. Tarixi, dili, mədəniyyəti ilə eyni kökə bağlı olan türk xalqlarını birləşdirən bu beynəlxalq təşkilat fəaliyyətini uğurla davam etdirir.
2023-cü il oktyabrın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Biz birlikdəyik" adlı qala konsert keçirildi. Prezident İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunda ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycanın TÜRKSOY-a hər zaman dəstəyini ifadə etdiyi, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışdığı vurğulandı. 
TÜRKSOY-un 30 illiyi münasibətilə maraqlı bir teatr həftəsi keçirildi. Birinci Bakı TÜRKSOY teatr festivalı baş tutdu. Bu festival çərçivəsində türkdilli ölkələrin teatr nümayəndələri toplaşdılar.
TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində 2016-cı ildə bu adı Şəki şəhəri daşıyıb. 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada bir sıra mədəniyyət tədbirləri keçirilib. Keçən il  mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi olub.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!