21 May 2025 08:15
1333
Təhsil
A- A+
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbirdə 308 tələbəyə "Adlı təqaüd" verilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbirdə 308 tələbəyə "Adlı təqaüd" verilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə "Adlı təqaüd" təqdim edilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksəkixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərindən bəhs edən konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələri diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqları da dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən biri olan "Adlı təqaüd" tələbə gənclərin elmə və təhsilə marağının artmasına, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli töhfə verir. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, gənclərin yüksək səviyyədə təhsil almaları  üçün yaradılan əlverişli şəraitdən bəhs edib, "Adlı təqaüd" layihəsinin önəmini vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan gəncliyinin elmə marağının artması istiqamətində görülən işlərdən, gənclərimizin elmi nailiyyətlərindən danışıb, Bakı Ali Neft Məktəbi tələbələrinin uğurlarını, Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə gələcəyin peşəkar mütəxəssislərinin yetişdiyini vurğulayıblar.   

Qeyd edək ki, təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə verilir. 

ATİAHİ RK-nın "Adlı təqaüd" layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestr üzrə 65 tələbəyə, 2024-2025-ci tədris ilinin birinci semestrinin yekunlarına görə 100, ikinci semestrinin nəticələrinə əsasən isə 308 tələbəyə "Adlı təqaüd" verilib. İndiyədək 3179 tələbə bu təqaüdə layiq görülüb.


N.ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!