13 Fevral 2025 14:22
353
SİYASƏT
A- A+
Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur 

Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur 

  • Azərbaycanın siyasi və iqtisadi təsir sərhədləri respublikanın coğrafi sərhədlərindən qat-qat genişdir. Bugünkü Azərbaycan Cənubi Qafqazın tanınmış güc mərkəzlərindən biridir, bütün regionda sülh, sabitlik və inkişafa mühüm töhfə verir.
  • Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsini şərh edərkən deyib.
  • Onun sözlərinə görə, müasir Azərbaycanın uğurlarının əsasında Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dayanır.
  • Qlobal beynəlxalq hüququn böhranı fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin təkbaşına ədaləti, ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini xatırladan Kılıç qeyd edib ki, 30 illik işğal ərzində Azərbaycan problemin diplomatik yolla həlli cəhdlərini davam etdirib. O əlavə edib ki, Bakı hələ də İrəvanla uzunmüddətli sülh əldə etmək üçün bütün səyləri göstərir, eyni zamanda, qonşu dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Kılıç Bakının müxtəlif qlobal arenalarda beynəlxalq nüfuzunun artdığını da qeyd edib.
  • Agentliyin həmsöhbəti Azərbaycanın bu dialoq platformasının inkişafına yeni təkan verən Qoşulmama Hərəkatına sədrliyinin nəticələrinə diqqət çəkib və qeyd edib ki, Bakının bu çərçivədə fəaliyyətinin prioritet istiqamətlərindən biri gənclərə dəstək və dövlətlərin ictimai-siyasi həyatında qadınların rolu olub.
  • Sabiq səfir onu da diqqətə çatdırıb ki, Bakı böhranlı bölgələrin sakinlərinə kömək etmək üçün əlindən gələni edir. O, buna misal olaraq, respublikanın koronavirus pandemiyası zamanı müxtəlif ölkələrə göndərdiyi humanitar yardımları göstərib.
  • Kılıç, həmçinin dünyanın onlarla ölkəsinin dövlət və hökumət başçılarını bir araya gətirən COP29 iqlim konfransının Bakıda uğurla keçirildiyini vurğulayıb. “Dünyanın bir çox aparıcı ölkələri bu səviyyədə yüksək peşəkarlıqla qlobal müzakirələr təşkil etmək iqtidarında deyil”, - deyən diplomat Azərbaycanın COP29 çərçivəsində göstərdiyi səylərin kiçik ada dövlətlərinin problemlərini dünya ictimaiyyətinə çatdırmağa imkan verdiyini qeyd edib.
  • Sabiq səfir daha sonra Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) kimi platformalar çərçivəsində uğurlu dialoq apardığını qeyd edib.

Kılıç Bakının Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfəni də vurğulayaraq bildirib ki, Azərbaycan qazı hazırda Avropanın səkkiz ölkəsinə çatdırılır.

Hulusi Kılıç nəqliyyat və logistika sektorunu Azərbaycanın mühüm rol oynadığı beynəlxalq gündəmin digər vacib sahəsi adlandırıb. O əlavə edib: “Azərbaycan Orta Dəhlizdə ən mühüm bəndlərdən biridir. Buna həm də Azərbaycanın avtomobil və dəmir yollarının inkişafına qoyulan sərmayələr kömək edib”.

“Bakı ilə Pekin arasında inkişaf edən dialoq Avrasiyada ticarət əlaqələrinin inkişafı üçün mühüm stimuldur”, - deyən sabiq səfir Azərbaycanın bütün öhdəliklərini yerinə yetirdiyini vurğulayıb.

Kılıç Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın dünya ticarəti üçün əhəmiyyətinin artacağına əminliyini də ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!