12 Fevral 2025 20:44
436
İQTİSADİYYAT
A- A+
Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək


Ermənistan rəsmilərinin ölkəni Avrasiyanın böyük tranzit-ticarət mərkəzinə çevirmək istəkləri ilə bağlı bəyanatları İrəvanın destruktiv və əməkdaşlıqdan uzaq siyasi kursuna ziddir. Ölkəni demək olar ki, yeni özünütəcrid mərhələsinə sürükləyiblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri türkiyəli analitik Bekir Caner Şafak söyləyib. Ekspert erməni mediasının davamlı olaraq reallıqları, aşkar faktları təhrif etməsinə və Orta Dəhlizin yalnız Ankara və Bakının maraqlarına cavab verən layihə kimi təqdim etməyinə diqqət çəkib. Bununla yanaşı, İrəvanda bütün diqqətləri yalnız Şimal – Cənub layihəsinə yönəltməyə və “Dünya kəsişməsi” də daxil olmaqla, digər marşrutlardan imtina etməyə çağırışlar edilir.

“Ermənistanda Baş nazir Nikol Paşinyanın tənqidçiləri bildirirlər ki, Rusiya və İran kimi “ənənəvi müttəfiqlərdən” uzaqlaşmağa və Qərblə yaxınlaşmağa görə İrəvan heç bir ciddi dividend almır”, - deyə Bekir Caner Şafak qeyd edib. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini də xatırladıb və bildirib ki, Ermənistan tərəfindən təklif olunan regional nəqliyyat kommunikasiyalarının açılması variantı olan “Dünya kəsişməsi” layihəsi rəsmi Bakı ilə razılaşdırılmasa, “sadəcə kağız parçası”dır və həyata keçirilməyəcək.

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiya edilməsi, şübhəsiz regional inkişafa töhfə verəcək. Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə Avropa və Asiya arasında qlobal tədarük zəncirində baş verən dəyişikliklər fonunda Orta Dəhlizin artan strateji əhəmiyyətini dərk edir.

“Əgər 2022-ci ilin əvvəlinə kimi Çindən Avropaya yük daşınmalarının böyük hissəsi Rusiya vasitəsilə həyata keçirilirdisə, son bir neçə ildə tədarükçülər alternativ yollardan, xüsusilə heç bir sanksiyaya məruz qalmayan Orta Dəhlizdən istifadə edirlər”, - deyə ekspert vurğulayıb.

Bekir Caner Şafak Dünya Bankının statistikasına istinad edərək, qlobal ticarətin 2030-cu ilə kimi modelləşdirilməsinə dair məlumatları da bölüşüb: “Bu proqnozlara əsasən, Türkiyə və Azərbaycandan da keçməklə, Orta Dəhliz marşrutu ilə Çindən Avropaya yük daşınmalarının həcmi yaxın illərdə üç dəfə artacaq. Bu marşrut Mərkəzi Asiya və Cənubi Qafqazda qarşılıqlı faydalı tərəfdaşlıq üçün gözəl imkandır”.

O qeyd edib ki, Orta Dəhliz Çin və Avropa İttifaqı da daxil olmaqla, bütün tərəflərin maraqlarına cavab verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!