16 Mart 2025 09:15
606
İQTİSADİYYAT
A- A+
Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək


Bu gün  İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq "arxitektura" yenidən qurulur və bu "arxitektura"da hər bir ölkə özünə yer və təhlükəsizliyinə təminat almaq istəyir. Bu baxımdan Azərbaycan da istisna deyil.

Prezident İlham Əliyevin apardığı xarici siyasət ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş obrazını formalaşdırmışdır. İndi ölkəmizin üzərinə götürdüyü bütün öhdəliklərə məsuliyyətlə yanaşaraq onu yerinə yetirdiyini bilməyən, görməyən dövlət yoxdur. Azərbaycan həmçinin siyasi münasibətlərdə milli mənafeyi əsas tutmaqla yanaşı, mövcud beynəlxalq qanunlara da əməl edir. Yəni Azərbaycan öz xarici siyasəti ilə heç bir ölkəyə problem yaratmır, əksinə, uzlaşmağa, qarşılıqlı əməkdaşlığa üstünlük verir.

Azərbaycanı dünya üçün əhəmiyyətli edən digər amil ölkəmizin iştirakı ilə icra edilən qlobal layihələrlə bağlıdır. O layihələrlə ki, onların icrası dünyanın aparıcı ölkələri ilə əməkdaşlığımızı təmin edir. Yəni qarşılıqlı maraqlar eyni zamanda siyasi tərəfdaşlığa çevrilir. Bu transmilli layihələrdən biri də Orta dəhlizdir. Həmin dəhliz ki, hazırda dünyada sanksiyaların tətbiq olunmadığı tək qlobal ticarət marşrutudur.

Coğrafiyasına, üzərində yerləşən dövlətlərin və əhalinin sayına görə alternativsiz beynəlxalq ticarət marşrutu olan Orta dəhlizin açar ölkəsi isə Azərbaycandır. Azərbaycan bu qlobal nəqliyyat dəhlizi ilə yanaşı, həm də "Şimal-Cənub" marşrutunda qovşaq ölkədir. Bu o deməkdir ki, önümüzdəki illərdə Azərbaycan dünya ticarətinə yön verən ölkəyə çevriləcək.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda bir çox beynəlxalq məsələyə toxunaraq Azərbaycanın tranzit ölkə kimi qlobal müstəvidəki rolunu da qeyd etmişdir: "Bağlantı məsələlərinə gəldikdə, mən demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Biz bunun üçün yaxşı hazırıq, çünki biz üzərimizə düşən işi artıq icra etmişik. İndi isə biz, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, əlbəttə ki, bölgəmizin - Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə biz sülhün bərqərar olunması üçün hələ də çalışırıq".

Azərbaycan Orta dəhliz və "Şimal-Cənub" marşrutlarında açar ölkə olduğu üçün əksər tədbirlər də Bakıda keçirilir.  Hazırda yüklərin təhlükəsiz və qısa müddətdə çatdırılmasında Orta dəhlizə alternativ marşrut yoxdur. O üzdən Asiya və Avropa ölkələri bu marşrutla daha çox yüklərin daşınmasına maraq göstərir. Bunun  üçün hüquqi prosedurların sadələşdirilməsi, vahid tariflərin tətbiqi və dəhlizin yükdaşıma qabiliyyətinin artırılması önəmlidir. Hazırda bu istiqamətdə müxtəlif tədbirlər görülür. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun (TBNM, Orta dəhliz) növbəti tədbirinin Bakıda keçirilməsi də təsadüfi deyil. Bununla bağlı TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov bildirib ki, Orta dəhlizin inkişafı çərçivəsində limanlar, dəmir yolları, gəmiçilik və logistika mərkəzləri kimi əsas infrastruktur istiqamətlərini əhatə edən investisiya layihələri paketi formalaşıb. Onun  həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığı, yəni özəl investisiyalar və dövlət vəsaiti daxil olmaqla müxtəlif maliyyələşmə modelləri nəzərdə tutulub. Qurum investorlar üçün cəlbedici və qarşılıqlı faydalı şərtlər yaratmağa çalışır. Bundan başqa, çevik əməkdaşlıq sxemləri, uzunmüddətli zəmanətlər və dəhliz iştirakçısı olan ölkələrin hökumətləri səviyyəsində dəstək verilir. Məqsəd təkcə strateji tərəfdaşları cəlb etmək deyil, həm də əsas nəqliyyat infrastrukturunun inkişafını sürətləndirməklə Orta dəhlizi daha rəqabətqabiliyyətli və səmərəli etməkdir.

Xüsusi olaraq vurğulayaq ki, Orta dəhliz üç əsas qlobal təməl üzərində qurulub. Çinin "Bir kəmər, bir yol" (Belt and Road Initiative) proqramı, Avropa İttifaqının infrastrukturun inkişafına yönəlmiş "Global Gateway" proqramı, həmçinin strateji nəqliyyat layihələrinə investisiyaların cəlb edilməsini nəzərdə tutan PGII (Partnership for Global Infrastructure and Investment). Həmin proqramlar çərçivəsində güzəştli şərtlərlə maliyyə dəstəyi və investisiya təqdim edən beynəlxalq maliyyə institutları fəal şəkildə işləyir. Bunlar Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Dünya Bankıdır. Onlar  Orta dəhlizi strateji əhəmiyyətli istiqamət kimi nəzərdən keçirir və dəmir yollarının modernləşdirilməsi, limanların inkişafı və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması, həmçinin infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi üçün sıx əməkdaşlıq edirlər.

Hazırda yüklərin Xəzər dənizi üzərindən aşırılmasında Qazaxıstanın Aktau limanı önəmli rol oynayır. Qarşıdakı illərdə Asiyadan Avropaya daşınan yüklərin  dəfələrlə artması gözlənilir. Bunun üçün də Xəzər dənizi üzərindən yüklərin fasiləsiz daşınması üçün əlavə limana ehtiyac var.

Türkmənistanın Türkmənbaşı limanı bu sahədə böyük imkanlara malikdir. O səbəbdən Avropa İttifaqı (Aİ) limanın fəaliyyətinin genişlənməsinə maraq göstərir.  Aİ-nin beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikelanın Türkmənistana səfəri də bu səbəbdəndir. Komissar səfər zamanı ikitərəfli əməkdaşlıqla bərabər, Türkmənbaşı limanının imkanlarını da müzakirə edib. Bununla bağlı Yozef Sikela deyib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının açılması ilə bağlı böyük fürsət görür və bu, Türkmənbaşını Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirəcək: "Bu dəhliz malların Avropaya çatdırılma müddətini təxminən 15 günə qədər azaldacaq, logistika, nəqliyyat və ticarət sahələrində yeni iş yerləri və investisiya imkanları yaradacaq".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib  

22:57
18 Aprel

Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib  

20:01
18 Aprel

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB

19:59
18 Aprel

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

19:56
18 Aprel

Azad olunmuş ərazilərin tikintisi və minalardan təmizlənməsinə I rübdə 830 milyon manatdan çox vəsait xərclənib  

18:55
18 Aprel

İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb  

18:53
18 Aprel

Azərbaycanın dövlət borcu açıqlanıb

18:52
18 Aprel

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib  

18:52
18 Aprel

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb  

18:50
18 Aprel

Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edib  

18:49
18 Aprel

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların nəticələri aradan qaldırılır  

18:27
18 Aprel

Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib  

18:25
18 Aprel

Baş Prokuror Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub  

18:22
18 Aprel

Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək  

18:21
18 Aprel

Bu ilin ilk rübündə dövlət büdcəsi 1,7 milyard manatlıq profisitlə icra olunub  

18:19
18 Aprel

Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

18:06
18 Aprel

Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb  

18:04
18 Aprel

“ChatGPT” vasitəsilə şəkillərdəki məkanları təyin etmək mümkündür  

17:15
18 Aprel

“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib

17:14
18 Aprel

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar

17:12
18 Aprel

Tacikistan səfiri: İstəyirik ki, yerli əhali və əcnəbilər Qarabağın yeni simasını görə bilsin

17:11
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!