11 İyun 2014 12:06
770
Oxucu məktubları
A- A+
Telekanallarımız şənbələri hind kinosu günü elan edib?

Telekanallarımız şənbələri hind kinosu günü elan edib?

 

Hörmətli redaksiya!

Tələbəyəm. Əyani təhsil alıram. Valideynlərim çətinə düşməsin deyə təhsil xərclərimi ödəmək  üçün dərslərdən sonra - günün ikinci yarısı, bəzən isə gecələr müxtəlif işlərdə çalışıram. Evimizdə günün birinci yarısı yalnız şənbə və bazar günləri oluram. Televiziya verilişlərini izləmək və bir növ, mədəni istirahət etmək imkanım da məhz bu zaman yaranır. Amma hər şənbə, demək olar ki, bütün kanallarda gündüz, əsasən, Hindistan filmləri  nümayiş edilir.  Hind kinoları ölkəmizdə sevilsə də, düşünmürəm ki, bu mövzuya istirahət günlərindən birinin az qala bütünlüklə həsr edilməsinə ciddi ehtiyac var. Yalnız şənbə günləri televizora baxdığım üçün, mənə elə gəlir ki, bizim telekanallarda yalnız Hindistan filmləri  göstərilir. Bu filmlər də reklam və anonslarla birlikdə ən azı 4 saat sürdüyündən istirahət günü istədiyim verilişə, filmə baxmaqdan məni məhrum edir. Bundan başqa, kanaldan-kanala keçdikcə seçim imkanı və  tematik rəngarənglik, janr müxtəlifliyi əvəzinə yeknəsəq və bezdirici mövzularla üz-üzə qalıram. Nə üçün istirahət günləri, əsasən, melodram və ya döyüş janrlarında çəkilmiş kinofilmlərə üstünlük verilir? Məgər elmi-fantastik, komediya, dram, vestern, tarixi, bioqrafik, detektiv, hərbi, idman, əyləncə, mistika  janrlarının həvəskarı yoxdur? Görünür,  özəl kanallarda ekran siyasətini müəyyənləşdirən şəxslər bezdirici yeknəsəqlikdən zövq alırlar. Belə hallarda çoxu bildiyi dildəki xarici telekanallara üz tutmaq məcburiyyətində qalır. Mən isə, başqalarından fərqli olaraq, öz ölkəmdə, öz dilimdə yerli mətbuat və teleşirkətlərin yüksək səviyyədə hazırladığı verilişlərə, filmlərə baxmaq istəyirəm. Güman edirəm, mənim kimi minlərlə tamaşaçı da dünyanın fərqli  kinematoqraflarının müxtəlif janrlarda çəkilmiş filmlərinin ən keyfiyyətli, uğurlu nümunələrinə öz dilimizdə, öz televiziya kanallarımızın ekranlarında baxmağı arzulayır.

 

Vüsal ƏLİYEV,

Azərbaycan Neft Akademiyasının III kurs tələbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!