08 Noyabr 2025 08:25
461
SİYASƏT
A- A+
Tariximizin ən parlaq səhifəsi

Tariximizin ən parlaq səhifəsi


"Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq".


İlham ƏLİYEV,

Azərbaycan Prezidenti


XIX əsrin 20-ci illərindən başlayaraq, tarixi torpaqlarımızın erməniləşdirilməsi siyasətinin nəticəsi olaraq, ötən əsrin ikinci dekadasında doğma diyarımızda süni şəkildə Ermənistan adlı dövlət yaradıldı. Sovet hakimiyyəti qurulduqdan sonra isə bolşevik rejiminin dəstəyi ilə Zəngəzurun və digər bölgələrin də Ermənistana birləşdirilməsi Azərbaycana qarşı növbəti ərazi iddialarına gətirib çıxardı. Ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayan Qarabağın ilhaqı prosesi sonrakı mərhələdə aktiv fazaya keçdi və nəticəsi hamımıza məlumdur. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü pozuldu, 20 faiz torpağı 30 ildən çox işğal altında qaldı.

Vandalizmlə müşayiət edilən erməni işğalı Azərbaycanın zəngin tarixini özündə yaşadan milli memarlıq abidələrinin, dini-mədəni irsinin, sənət nümunələrinin, kəndlərin, şəhərlərin dağıdılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi və ölkəmizin iqtisadiyyatına ağır zərbələrin vurulması ilə nəticələndi. Azərbaycana 10 milyardlarla dollar dəyərində maddi ziyan vuruldu, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsini ən ali məqsədi hesab edən Ulu Öndər Heydər Əliyev bütün həyatını bu məqsədyönlü prinsipial məsələyə həsr etdi. Onun bu missiyasını üzərinə götürən Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, münaqişənin sülh yolu ilə həlli üçün inanılmaz qətiyyət göstərməklə yanaşı, güclü ordu quruculuğunu xüsusi diqqətdə saxladı.

Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalmasına baxmayaraq, bütöv və ahəngdar iqtisadi sistem qurmaqla öz inkişaf qabiliyyətini və dünya dövlətləri ilə investisiya, iqtisadi inteqrasiya potensiallarını möhkəmləndirdi, bölgədə nəhəng layihələrin təşəbbüskarı kimi Ermənistanı regional layihələrdən təcrid etdi. 

Qlobal iqtisadi mühitə çoxşaxəli inteqrasiya kursu ilə yanaşı, beynəlxalq səviyyədə səmərəli əməkdaşlıq və məharətlə yürüdülən siyasi-hüquqi-diplomatik siyasət dövlətimizin ərazi bütövlüyünün dəstəklənməsində həlledici rol oynadı.

Azərbaycanın iqtisadi gücə əsaslanan dayanıqlı maliyyə resursları, ilk növbədə keçmiş məcburi köçkünlərin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına və dövlətimizin hərbi qüdrətinin yüksəlişinə yönəldildi. 2003-2020-ci illərdə dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin məbləği 15 dəfədən çox artdı və müdafiə sektoru ciddi şəkildə modernləşdirildi. Ordu quruculuğu ilə paralel şəkildə müdafiə sənayesi kompleksinin formalaşması Silahlı Qüvvələrimizin zəruri silah, sursat və texnika ilə təchizatında mühüm rol oynadı. Davamlı hərbi büdcə strategiyası Zəfərə gedən məsafəsini daha da yaxınlaşdırdı.

Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn ali prinsiplərinə sadiqliyini nümayiş etdirmiş, təcavüzkar dövləti BMT-nin və digər təsisatların qəbul etdiyi qətnamələri icra etməyə çağırmışdır. Ancaq münaqişənin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışaraq işğalın daimiliyinə rəvac vermişdir. Eyni zamanda işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirən BMT TŞ qəbul etdiyi dörd qətnamənin kağız üzərində qalmasına dözmüşdür.

Baş verən bu ədalətsizliklərə və beynəlxalq haqsızlıqlara rəğmən, öz sülhpərvər siyasətinə sadiq qalan Azərbaycan Lideri İlham Əliyev münaqişənin növbəti ağır fazasına start verməyə çalışan və digər ərazilərimizi işğal etməyə cəhd göstərən Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi cəbhəboyu təxribatlara cavab olaraq əks-hücum əməliyyatı başlatdı. "İrəli!" əmri ilə başlayan "Dəmir yumruq" əməliyyatı düşmən ordusunun və havadarlarının ağır məğlubiyyəti və Azərbaycanın tarixi qələbəsi ilə tamamlandı. 44 günlük müharibədə 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edən Azərbaycanın qarşısıalınmaz hücum aktı qarşısında diz çökən İrəvan noyabrın 10-da kapitulyasiya sənədini imzaladı, Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verdi. Prezident İlham Əliyev bu çətin, lakin şərəfli günlərdə bütün cəbhələrdə qətiyyətlə döyüşdü. 

İkinci Qarabağ müharibəsi milli həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirdi. Müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandana dəstək ifadə edən birgə bəyanat və müraciətləri milli məsələlərdə hər hansı fikir ayrılığının olmadığını göstərdi. Yalnız antimilli ünsürlərin - AXCP, Müsavat Partiyası və "Milli Şura"nın xalq-dövlət həmrəyliyindən kənarda qalması bir daha onların xain xislətini əks etdirdi.

8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsini və böyük sərkərdəlik məharətini, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmini, rəşadətini, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsini dünyaya nümayiş etdirdi. 

Noyabr Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi nailiyyət 2023-cü il aprelin 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Sərhəd postunun qurulmasından sonra Xankəndi və ətraf ərazilərdə yerləşən  qanunsuz silahlı dəstələrin İrəvan və dünya ilə bağlarının kəsilməsi onların sonunu gətirdi, genişmiqyaslı təxribatlar törətməklə qisas almağa cəhd göstərsələr də, bunun qarşısı qətiyyətlə alındı. 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri nəticəsində öz suverenliyini və konstitusiya quruluşunu bərpa edən Azərbaycanın Lideri oktyabrın 15-də Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltmaqla, 200 illik erməni terrorizmi və ekspansionizm ideologiyasını dəfn edən rəmzi tarixi simvollaşdırdı. Zəfərin şanlı tarix kimi Azərbaycanın dövlətçilik salnaməsində müstəsna yeri hədsiz dərəcədə böyükdür. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı da məhz bu qürurlu tarixin əhəmiyyətini dünyaya nümayiş etdirdi. 

Zəfər yolunda canlarını fəda edən şəhidlərimiz xalqımızın əbədi yaddaşında və qəlbində yer alır. Şəhid ailələri, müharibə əlilləri və veteranlar dövlətin ən yüksək qayğısı ilə əhatə olunublar. Bu günə qədər şəhid ailələri və müharibə iştirakçılarına 6900 mənzil və 567 avtomobil verilib, 106 min şəxsə aylıq sosial ödəniş təyin edilib, 27,8 min şəxsin məşğulluğu təmin olunub, 25,5 min şəxsə birdəfəlik ödəniş verilib. 


Ramid NAMAZOV,

Milli Məclisini deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!