13 İyun 2025 08:15
996
İQTİSADİYYAT
A- A+
SOCAR və BP Xəzərdəki daha iki kəşfiyyat blokunda birgə işləyəcəklər

SOCAR və BP Xəzərdəki daha iki kəşfiyyat blokunda birgə işləyəcəklər


Bu ayın əvvəlində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daha iki sövdələşməni rəsmiləşdirən sazişlərə imza atdılar. Bununla da BP-nin Xəzərin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları alması prosesi başa çatdı. 

Birinci blok Bakıdan 120 kilometr şərqdə, "Günəşli" yatağından 20-25 kilometrlik məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur. 

İkinci blok isə paytaxtımızdan 90-110 kilometr şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) də 2018-ci ildə imzalanıb.

BP iki sazişin - RXS-nin və HPBS-in hər birində SOCAR-dan 35 faizlik iştirak payı alıb. Hər iki sazişdə qalan 65 faizlik iştirak payını SOCAR özündə saxlayacaq. Hər iki müqavilə üzrə operator BP olacaq.

BP-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar. 

SOCAR-ın prezidenti Rövşən Nəcəf bununla bağlı deyib: "Bu yeni sazişlər vasitəsilə BP ilə strateji tərəfdaşlığımızı daha da genişləndirməkdən məmnunuq. "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" sahələri əhəmiyyətli potensiala malikdir və BP-nin operatorluq təcrübəsi bu sahələrin tam dəyərinin açılmasında həlledici rol oynayacaq. Bu əməkdaşlıq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uzaqgörən strategiyaya əsaslanır və etibarlı qlobal enerji tərəfdaşı kimi mövqeyimizi daha da gücləndirir. BP ilə möhkəm əməkdaşlığımızın yeni uğurlar gətirəcəyinə inanırıq".

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell yeni sövdələşmə ilə bağlı fikrini belə ifadə edib: "Bu Azərbaycana yeni bir öhdəliyimiz olmaqla həm də əhəmiyyətli bir potensial artım imkanıdır. Mövcud iri fəaliyyət mövqelərimizə və tərəfdaşlıqlarımıza əsaslanaraq apstrim neft-qaz biznesimizi genişləndirmək strategiyamız üçün çox vacibdir".

Q.Birrell həmçinin xatırladıb ki, BP-nin Azərbaycanda dünya səviyyəli hasilat və ixrac infrastrukturunun idarə edilməsində və ona sərmayə qoyulmasında 30 ildən çox uğurlu təcrübəsi var. SOCAR-la imzalanan müqavilələr kimi yeni imkanlar isə qarşıdakı məqsədlərə çatmaqda mühüm rol oynayacaq: "SOCAR-la uzunmüddətli tərəfdaşlığımıza əsaslanaraq buradakı mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirəcəyik. Operator olaraq isə biz bu layihələrin irəliləyişini sürətləndirmək üçün qlobal təcrübəmizi, texniki və kommersiya biliklərimizi, qabaqcıl texnologiyalarımızı və maliyyə resurslarımızı gətirərək onları təhlükəsiz və səmərəli şəkildə icra edəcəyik".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa Norveçlə Deşamsız oynayacaq

17:39
24 İyun

 Messi 2030-cu il Dünya Kubokunda oynayacaqmı?

17:32
24 İyun

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 

16:07
24 İyun

İdarə Heyətinin sədri: Azərbaycan qaçqın və məcburi köçkün problemini ən ağır şəkildə yaşamış ölkələrdən biridir  

16:06
24 İyun

Tramp İranın ABŞ-yə güzəştə getməyə hazır olduğunu bildirib

16:05
24 İyun

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın hərbi obyektlərinə zərbələr endirib

16:04
24 İyun

Qazaxıstan Orenburq Qaz Emalı Zavodunda baş verən hadisədən sonra qaz təchizatının sabit olduğunu elan edib  

16:03
24 İyun

Nazir müavini: Məqsəd pambıq mahlıcının ölkə daxilində emalını genişləndirmək və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını artırmaqdır  

15:36
24 İyun

Səməd Bəşirli: Pambıqçılığın inkişafı emal sənayesinin və regional sənaye klasterlərinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır  

15:35
24 İyun

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - YENİLƏNİB

14:12
24 İyun

Zəka Mirzəyev: Xidmətlərin keyfiyyəti platformalar üzərindən əldə etdiyimiz məlumatların etibarlılığında özünü göstərir  

13:59
24 İyun

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

13:48
24 İyun

ADSEA sədri: Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

13:46
24 İyun

ADSEA sədri: 2025-ci ildə ölkə üzrə 55 kilometrdən çox kanal beton üzlüyə alınıb

13:41
24 İyun

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib

13:41
24 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

13:37
24 İyun

Zaur Mikayılov: Şirvan suvarma kanalı 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə verəcək

13:31
24 İyun

Pakistanın Baş naziri: ABŞ-İran anlaşma memorandumu sülh və sabitliyə xidmət edir  

13:21
24 İyun

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılışı olub 

13:19
24 İyun

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var  

13:18
24 İyun

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

13:17
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!