30 Aprel 2026 08:05
176
İQTİSADİYYAT
A- A+
Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu


Qlobal səviyyədə baş verən hərbi  münaqişələr, siyasi və iqtisadi qarşıdurmalar dünya iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edir. O üzdən Prezident İlham Əliyevin apardığı xarici siyasətdə mövcud  iqtisadi əlaqələrin qorunması və yeni əlaqələrin yaradılması əsas yer tutur.

Bu baxımdan Prezident İlham Əliyevin Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenski və Çex Respublikasının Baş naziri Andrey Babişlə keçirdiyi görüşlərdə müzakirə edilən əsas məsələlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı olması təbii idi. Bu yerdə qeyd edək ki, beynəlxalq səviyyədə ölkəmizə marağın artması iqtisadi yüksəlişin və sabit siyasi mühitin olması ilə bağlıdır. Bundan əlavə, Avrasiya məkanının əsas nəqliyyat-tranzit qovşağı olan Azərbaycan həm də dünyanın, xüsusilə Avropanın enerji təminatı və təhlükəsizliyində həlledici mövqeyə malikdir. Bu görüşlər həmçinin Azərbaycanın regional diplomatiyada artan rolunu nümayiş etdirir. 

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun fikrincə, Qəbələ bir neçə gün beynəlxalq diplomatik gündəmin diqqət mərkəzində oldu. Qısa zaman intervalında burada Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik, enerji, humanitar əməkdaşlıq və birgə istehsal imkanlarını müzakirə edərək ikitərəfli 6 sənəd imzaladılar. Bu səfər müharibə dövründə Ukrayna Prezidentinin Cənubi Qafqaza ilk rəsmi səfəri kimi məhsuldar qiymətləndirilməlidir. Digər mühüm məqam enerji sahəsində əməkdaşlıqdır. Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallığı fonunda Azərbaycan təbii qaz və logistika imkanları hesabına mühüm tərəfdaş sayılır. Ukrayna ilə bu sahədə koordinasiya həm tədarük marşrutları, həm də enerji infrastrukturu üzrə yeni perspektivlər yarada bilər. Dövlət başçılarının görüşündə də Azərbaycan Prezidentinin vurğuladığı kimi: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda çox gözəl perspektivlər, birgə layihələr var... Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək". Bütün bunlar Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinin gələcəkdə daha da şaxələnəcəyini, ticarət dövriyyəsinin, qarşılıqlı investisiya qoyuluşlarının daha da artacağını deməyə əsas verir.

Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfərinə də münasibət bildirən Aqil Əsədov qeyd edib ki, ikitərəfli siyasi dialoq, iqtisadi əlaqələr, investisiya əməkdaşlığı və biznes-forumu diqqət mərkəzində oldu. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Çexiya da Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün həm texnologiya, həm də sənaye tərəfdaşlığı baxımından əhəmiyyətlidir. Yüksəksəviyyəli ikitərəfli görüşlər göstərir ki, Azərbaycan Avropa ölkələri ilə münasibətlərdə yalnız enerji ixracatçısı kimi deyil, həm də logistika, sənaye kooperasiyası və investisiya platforması kimi çıxış etməyə hazırdır. Qəbələdə biznes-forumunun təşkili, iş adamlarının və əlaqədar qurum rəhbərlərinin iştirakı ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi istər ölkələrarası əlaqələrin inkişafı, istərsə də regionların iqtisadi inkişafının təşviqi baxımından əhəmiyyətlidir.

Çexiya ilə ikitərəfli müzakirələrdə investisiya qoyuluşu, müdafiə sənayesi, energetika və s. sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edilərək müvafiq əməkdaşlıq planı imzalandı. Görüşdə də vurğulandığı kimi, uzun illərdir Azərbaycan nefti Çexiyaya ixrac edilir və ölkəmiz Çexiyanın enerji təminatında önəmli yerə malikdir. Müasir reallıqlar isə daha geniş iqtisadi əməkdaşlığı zəruri edir. Dövlət başçısı İlham Əliyevin "... Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir" fikirləri də ölkəmizin investisiya cəlbediciliyi üçün əlverişli olduğunu, eləcə də bu sahənin qarşılıqlı əməkdaşlıq üçün aktual olduğunu ifadə edir.

İİTKM-in şöbə müdiri bildirir ki, belə müzakirələrin Qəbələdə keçirilməsinin isə başqa bir rəmzi tərəfi var. Qəbələ son illər Azərbaycanın turizm, infrastruktur və təhlükəsizlik baxımından inkişaf etmiş şəhərlərindən biridir. Burada beynəlxalq tədbirlərin təşkili üçün hotellər, nəqliyyat bağlantıları və müasir qəbul imkanları mövcuddur. Paytaxtdan kənarda belə görüşlərin keçirilməsi regionların tanıdılması siyasətinə də xidmət edir. Eyni zamanda Qəbələnin tarixi və coğrafi mövqeyi, şəhərin qədim ticarət yolları üzərində yerləşməsi, çoxmillətli bir şəhər olması və sair ona əlavə simvolik dəyər verir.

Aqil Əsədov əlavə edib ki, Qəbələdə Ukrayna Prezidenti V.Zelenski və Çexiya Baş naziri A.Babiş ilə keçirilən görüşlər Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun praktik təzahürüdür. Bir tərəfdən Ukrayna ilə təhlükəsizlik və humanitar əməkdaşlıq gücləndirilir, digər tərəfdən Avropa ölkələri ilə iqtisadi və investisiya əlaqələri genişləndirilir. Azərbaycan dünyanın aparıcı dövlətləri tərəfindən dünyaya sülh gətirən, barış tərəfdarı, etibarlı və strateji tərəfdaş kimi qəbul edilir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!