13 May 2025 16:38
765
SİYASƏT
A- A+
Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir YENİLƏNİB

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir YENİLƏNİB

Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb


Mayın 13-də İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupunun (BTQ) və Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda “Nazione” Hərəkatının rəhbər və səlahiyyətli nümayəndələri, eyni zamanda, Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev iştirak edib. Tədbir bir il öncə, 2024-cü ilin mayın 13-də Fransanın hüquq-mühafizə orqanları və onların dəstəklədiyi qeyri-qanuni milis dəstələri tərəfindən Kanakidə (Yeni Kaledoniya) qətlə yetirilmiş kanakların xatirəsinin yad edilməsi ilə başlayıb.

BTQ-nin icraçı direktoru Abbas Abbasov çıxışında rəhbərlik etdiyi təşkilatın kanak, Korsika və digər müstəmləkə altında yaşayan xalqların qanuni mübarizəsini dəstəklədiyini bildirib və bu xüsusda görülmüş işlərdən danışıb.

Konfrans çərçivəsində “Nazione” Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - Korsika milli kimliyinin və Korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimilyasiya edilməsi siyasətini kəskin pisləyib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırıblar.

“Nazione” Hərəkatının gənclər bölməsinin rəhbəri Kilianu Beqliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək korsikalı yazıçı Lisandru Bassaninin “Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir” fikrini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulayaraq beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini bildirib.

Hərəkatın üzvləri Terri Kasolasko və Jan-Filip Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq vəziyyətini belə davam edəcəyi təqdirdə minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib.

Çıxış edənlər Fransa hüquq mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barbouzard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğurunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə danışıblar.

“Nazione” Hərəkatının beynəlxalq bölməsinin rəhbəri Fransois Benedetti müstəqil Korsikanın 1755-ci il tarixli Konstitusiyasına istinad edərək “Qanuni əsasda özünün yiyəsi olan Korsika xalqı…” ifadəsini xatırladıb. O, adanın 1769-cu ildə Fransa tərəfindən işğal olunduğunu qeyd edərək Korsika xalqının öz müstəqilliyinə bərpa etmək istəyinin müzakirə obyekti olmadığını bildirib, “Nazione” Hərəkatının bu istiqamətdə mübarizəsini davam edəcəyini deyib. O, hazırda əsas hədəfin Korsikanın BMT-nin dekolonizasiya edilməli olan əraziləri siyahısına daxil edilməsinin olduğunu bildirib və BTQ-dən bu istiqamətdə dəstək göstərilməsini xahiş edib.

Milli Məclisin deputatı Tural Gəncəliyev Korsikanın işğalının tarixi aspektləri, eləcə də adanın dövlətçilik ənənələrindən danışıb və Korsika xalqının müstəqilliyə haqqının olduğunu vurğulayıb. O, korsikalı deputatları Azərbaycana dəvət edərək əməkdaşlığa hazır olduqlarını deyib.

Konfrans zamanı Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, BTQ və “Nazione” koloniliazm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər. Bu məqsədlə tərəflər müştərək təşəbbüslər həyata keçirəcəklər. Bundan əlavə, BTQ və “Nazione” beynəlxalq platformalarda birgə addımlar atacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

17:06
10 İyun

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

17:06
10 İyun

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur  

16:43
10 İyun

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir  

16:41
10 İyun

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir  

16:37
10 İyun

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb  

16:27
10 İyun

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

16:23
10 İyun

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb  

16:16
10 İyun

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir  

16:12
10 İyun

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib  

16:11
10 İyun

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?  

16:09
10 İyun

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

16:07
10 İyun

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

15:41
10 İyun

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

15:40
10 İyun

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

15:37
10 İyun

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

15:36
10 İyun

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

15:14
10 İyun

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

14:48
10 İyun

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir  

14:38
10 İyun

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

14:31
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!