24 İyun 2025 08:15
473
İQTİSADİYYAT
A- A+
Qlobal nüfuz və yüksək etimad

Qlobal nüfuz və yüksək etimad


BMT-nin Ümumdünya Şəhərsalma Forumu ölkəmizin iqtisadiyyatına yeni nəfəs vermək üçün imkan yaradacaq


Beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilən Azərbaycan müasir dünyamızı narahat edən məsələlərin müzakirə olunması istiqamətində unikal məkandır. Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisi olaraq mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların, qlobal problemlərin həlli istiqamətində konfransların və digər tədbirlərin təşkili ölkəmizə həvalə olunur. 

Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb.

Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycan ən müxtəlif təmayüllü beynəlxalq tədbirlər keçirməklə bir tərəfdən dünya birliyinə sıx inteqrasiya üçün hər cür imkanlara  malik olduğunu nümayiş etdirir, digər tərəfdən isə sözügedən təmayüllərin hər biri üzrə yüksək inkişaf nailiyyətləri əldə etdiyini göstərir. Buna misal üçün təkcə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına yüksəksəviyyəli evsahibliyini göstərmək yetərlidir. 


Yüksələn nüfuzun, inam və etibarın təcəssümü


Bu gün Azərbaycan daha yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir. Azərbaycan hazırda istənilən formatlı konfransların, forumların, idman yarışlarının keçirilməsi üçün ən əlverişli məkanlardan biridir. Məhz buna görə də beynəlxalq təşkilatlar konfranslarının keçiriləcəyi məkanları, ölkələri seçərkən Azərbaycan hər zaman ön sıralarda yer alır. Keçirilən səsvermələrdə ölkəmiz daha çox səs toplayır. Bu da o deməkdir ki, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici diplomatiya öz uğurlu bəhrəsini verir. 

2026-cı ilin may ayında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi ilə bağlı verilən qərar da bu prosesin tərkib hissəsidir desək, yanılmarıq. Dünyanın ən böyük təşkilatının ən mötəbər toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsi ölkəmizə olan inam və etibarın bariz göstəricisidir. BMT rəhbərliyi əmindir ki, dünyanın ən təhlükəsiz ölkələrindən biri sayılan Azərbaycan bu toplantıya da yüksək səviyyədə evsahibliyi edəcək. Ən azından COP29 nümunəsi yetərlidir...


Urbanizasiyanın şəhərlərin inkişafına təsirini araşdıran ən böyük qlobal platforma


BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. 

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin  25-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi və iyun ayının 5-də isə forumun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının imzaladığı sərəncamda qeyd edilir ki, Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirilmişdir. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaradıb. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək.

Bu qlobal forumun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər - dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər. 

Ümumdünya Şəhərsalma Forumu 2022-ci ildə "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə forum Barselona, Rio-de-Æaneyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Forumun sonuncu toplantısı 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçirilib.  Bu önəmli tədbirin 2026-cı ildə paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir.


Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə verəcək?


Ümumdünya Şəhərsalma Forumu Azərbaycana mühüm faydalar gətirə bilər. Beynəlxalq tanınma və prestij istiqamətində forum Azərbaycanda keçirilən ölkə beynəlxalq miqyasda şəhərsalma, urbanizasiya və dayanıqlı inkişaf sahəsində aparıcı mərkəz kimi dünyanın diqqətini çəkəcək. Bu, ölkənin nüfuzunun daha da artırmasını şərtləndirəcək.

Dünyanın müxtəlif ölkələrindən mütəxəssislər, şəhərsalma üzrə ekspertlər, akademiklər və siyasətçilər Bakıda toplaşaraq təcrübə və biliklərini paylaşacaqlar.

Bunun sayəsində investisiya və turizm potensialının artması da müşahidə olunacaq.  Çünki forum 182-dən çox ölkədən çoxsaylı iştirakçıları Bakıya cəlb edəcək. Bu isə turizm sektoruna böyük töhfə verəcək, Bakının beynəlxalq turizm xəritəsindəki mövqeyini daha da gücləndirəcək, öz növbəsində qeyri-neft sektorunun inkişafına mühüm töhfə olacaq. Forum zamanı ölkəyə gələn qonaqlar, jurnalistlər və biznes nümayəndələri Azərbaycanın turizm və investisiya potensialını yaxından tanımaq imkanı qazanacaq. Bu isə yeni layihələrə və investisiyaların axınına səbəb ola bilər. Yəni forum ölkənin turizm potensialını daha da yüksəltmək və xarici investorları cəlb etmək üçün əlverişli platformadır. 

Ümumilikdə, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın investisiya və turizm sektorunu beynəlxalq səviyyədə inkişaf etdirmək və ölkənin iqtisadiyyatına yeni nəfəs vermək üçün əla fürsətdir. Forum Azərbaycana uzunmüddətli faydalar gətirəcək. Azərbaycan üçün forumun bir çox istiqamətlərdə əhəmiyyəti var. Belə ki, Bakının WUF 2026-ya evsahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək. Bu, ölkənin qlobal şəhər inkişafı məsələsində aparıcı rol oynamaq qabiliyyətini nümayiş etdirir. Forum Azərbaycana dünya şəhərsalma təcrübəsindən faydalanmaq imkanı verəcək. Eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ən müasir şəhərsalma standartlarını tətbiq etməsi təcrübəsinin də paylaşılması dünya üçün maraqlı olacaq.

Azərbaycanda, xüsusilə, paytaxt Bakı və digər böyük şəhərlərimizdə urban infrastrukturu sürətlə inkişaf edir. Forum bu sahədə beynəlxalq təcrübənin tətbiqinə, müasir şəhərsalma prinsiplərinin öyrənilməsinə kömək edəcək.

Bir sözlə, Ümumdünya Şəhərsalma Forumu Azərbaycana təkcə iqtisadi deyil, həm də sosial, mədəni və ekoloji baxımdan çoxşaxəli faydalar verəcək. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

20:17
18 İyul

Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüş olub  

20:15
18 İyul

ƏƏSMN-də kollegiya iclası keçirilib  

20:14
18 İyul

Türkiyə və Rusiya prezidentləri bölgədəki son vəziyyəti müzakirə ediblər

20:12
18 İyul

Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı keçirilib - YENİLƏNİB

20:11
18 İyul

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib  

19:09
18 İyul

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub 

19:07
18 İyul

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  

19:01
18 İyul

Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verilib  

19:00
18 İyul

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib  

18:52
18 İyul

İsti hava şəraiti davam edəcək

18:51
18 İyul

Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib  

18:16
18 İyul

Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankı yaradılıb  

17:43
18 İyul

Hulusi Kılıç: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı tanınmış və nüfuzlu tərəfdaşa çevirib  

17:21
18 İyul

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb  

17:06
18 İyul

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb YENİLƏNİB

16:53
18 İyul

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  

16:31
18 İyul

Azərbaycan XİN: Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir  

16:30
18 İyul

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

16:27
18 İyul

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündə III dövrənin püşkü atılıb  

16:26
18 İyul

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  

16:25
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!