26 Yanvar 2025 09:30
533
CƏMİYYƏT
A- A+
"...Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə"

"...Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə"


Qazaxda "1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə" adlı tədbir keçirilmişdir. Tədbirdə həmçinin "Dünya Vətəndən başlayır" adlı kitab təqdim olunmuşdur.

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov,  "Füyuzat" jurnalının redaktoru Samir Ramizoğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal,  təhsil və mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisad Kollecinin müəllim və tələbələri iştirak etmişlər.

Qeyd edilmişdir ki, 2024-cü ilin ən önəmli hadisələrindən biri də Qazaxın 4 kəndinin bir güllə atılmadan doğma sakinlərinə qaytarılması oldu. Bildirilmişdir ki, bu kəndlərin geri qaytarılmasına gedən yol Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı qazandığımız şanlı qələbələrdən keçdi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün doğma Qarabağda - Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda  Azərbaycan bayrağı dalğalanır. 

Tədbirdə çıxış edən Rəcəb Babaşov bildirmişdir ki, azad olunmuş kəndlərlə bağlı Azərbaycan dövləti heç vaxt öz mövqeyindən bir addım da olsun çəkilmədi: "Bütün məsələləri inamla və ardıcıllıqla həyata keçirdi. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsi, sonra isə işğal altında qalan hissə  antiterror əməliyyatı zamanı işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi.  Qazax rayonunun dörd kəndinin - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin növbəti qələbəsi oldu". 

Sonra Səməd Seyidov çıxış edərək tədbirin əhəmiyyətini vurğulamışdır. "1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə" mövzusunda keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdıran millət vəkili qazandığımız tarixi qələbənin kökündə Müzəffər Ali Baş Komandanın düşünülmüş siyasətinin, qətiyyətinin dayandığını söyləmişdir.

Barat Vüsal isə tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırmış, "Dünya Vətəndən başlayır" adlı kitab haqqında fikirlərini bölüşərək sözügedən kitabın hər cəhətdən dəyərli olduğunu qeyd etmişdir. Sonra kitabin müəllifi İradə Qədirova çıxış edərək təqdimat mərasimində səmimi sözlər söyləyən iştirakçılara minnətdarlığını bildirmişdir. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!