12 Avqust 2025 17:37
571
CƏMİYYƏT
A- A+
Professor: Xəzər dənizinin səviyyəsinin enməsi biomüxtəlifliyə təsir göstərir  

Professor: Xəzər dənizinin səviyyəsinin enməsi biomüxtəlifliyə təsir göstərir  


Xəzər dənizinin əsas problemi səviyyəsinin dəyişməsidir. Hazırda Xəzərdə dayazlaşma prosesi baş verir. Həmin proses çoxdandır qeydə alınır. Müşahidələr göstərir ki, dənizin suyunun səviyyəsi hər 200 ildən bir kəskin dəyişir. Son 100 ildə Xəzərdə üç dəfə bu cür dəyişmə müşahidə olunub. 1930-cu ildən 1978-ci ilədək suyun səviyyəsi təxminən 3,2 metr enib, 1978-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 metr yüksəlib, 1996-cı ildən bu günə qədər isə səviyyə 2,4 metrə qədər enib. Beləliklə, Xəzər dənizinin səviyyəsinin bu cür tərəddüdləri periodik xarakter daşıyır və təbii proseslərlə əlaqədardır.

Bunu 12 Avqust - Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahilləri və geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev deyib.

Professorun sözlərinə görə, əsas məsələ Xəzər dənizinin su balansının dəyişməsidir. Belə ki, su balansının gəlir hissəsini təşkil edən çaylar, xüsusilə Volqa çayı az su gətirir. Xəzərin çıxar hissəsi isə buxarlanma hesabınadır: “Son illər iqlim dəyişiklikləri, qlobal istiləşmə buxarlanmanı artırıb. Xəzərin səviyyəsi demək olar ki, ildə 15-20 santimetr azalır. Həmin prosesin 2040-2050-ci illərə qədər davam edəcəyi gözlənilir. Bundan sonra Xəzərin səviyyəsində yenidən qalxma müşahidə ediləcək”.

Əmir Əliyev qeyd edib ki, səviyyə tərəddüdləri Xəzər dənizinin biomüxtəlifliyinə də təsir göstərir. "Xüsusilə Xəzərin şimal hissəsində, Volqa çayının deltasında dənizin çəkilməsi daha çoxdur. Həmin hissədə demək olar ki, balıqların yemlənmə əraziləri azalıb. Orada soyuq iqlimə uyğunlaşmış, xüsusilə vaxtilə Şimal Buzlu Okeanından gələn balıqların, həmçinin suitilərin yaşayış mühiti dəyişib. Xəzərin səviyyəsinin enməsi orada balıqların azalmasına, onların inkişafına və digər proseslərə təsir edir. Həm də Xəzərin səviyyəsinin enməsi duzluluğunun da dəyişməsinə səbəb olur. Duzluluq artdıqca şirin sularda - Kürün Volqanın Ural çayının deltasında yaşayan balıqların arealları dəyişir. Dənizin səviyyə tərəddüdləri onun flora aləminə də təsirsiz ötüşmür. Belə ki, Xəzər dənizinin səviyyəsi geri çəkildikcə həmin ərazilərdəki bitki aləmi, yosunlar və başqaları müəyyən təsirlərə məruz qalır. Lakin bu, çox katastrofik hal deyil. Xəzərdə mütəmadi olaraq baş verən belə proseslər əsasən təbii proseslərlə əlaqədardır. Amma burada antropogen amillərin də müəyyən rolu var: Xəzərin çirkləndirilməsi, məişət, sənaye tullantılarının dənizə axıdılması”, - deyə o diqqətə çatdırıb.

Professor vurğulayıb ki, Xəzərdəki dəyişikliklər neft-qaz, balıqçılıq sənayelərinə, gəmiçilik təsərrüfatına böyük təsir göstərir: “Onu da qeyd etmək lazımdır ki, Xəzərin səviyyəsi 1978-ci ildən 1995-ci ilə qədər 2,5 metr yüksələndə Azərbaycanın sahil zonasında təxminən 50 min hektar ərazi suyun altında qalmışdı. Bu da ekoloji biomüxtəlifliyə mənfi təsir demək idi. Hazırda səviyyə endiyindən həmin ərazilərin təxminən 80 faizi suyun altından çıxıb. Proseslərin biomüxtəlifliyə təsiri bizim ərazidə daha çox Qızılağac körfəzində müşahidə olunur. Belə ki, buraya Afrikadan, Amerikadan və şərq ölkələrindən qışlamağa gələn quşların sayında nəzərəçarpacaq dəyişiklik özünü göstərir. Çünki su çəkilib və onların yaşama arealları da azalıb. Çalışmaq lazımdır ki, Xəzərin həmin ritminə uyğun olaraq görüləcək işlər sayəsində onun ətraf mühitinə təsirlər minimuma endirilsin, nəticədə dənizin ekoloji vəziyyətini qorumaq mümkün olsun. Hazırda Xəzəryanı ölkələr çalışır ki, monitorinq sistemi yaradılsın və Xəzərin ekologiyasına təsir edən xarici amillərin azaldılması ilə onun biomüxtəlifliyi mühafizə edilsin".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir  

16:12
10 İyun

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib  

16:11
10 İyun

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?  

16:09
10 İyun

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

15:41
10 İyun

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

15:40
10 İyun

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

15:37
10 İyun

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

15:36
10 İyun

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

15:14
10 İyun

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

14:48
10 İyun

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir  

14:38
10 İyun

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

14:31
10 İyun

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

14:20
10 İyun

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

14:18
10 İyun

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

14:14
10 İyun

Azərbaycanın xarici dövlət borcu 8% azalıb – 2026-cı ilin iyun vəziyyəti açıqlanıb

14:07
10 İyun

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

13:57
10 İyun

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

13:47
10 İyun

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

13:41
10 İyun

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

13:39
10 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

13:35
10 İyun

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər  

13:23
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!