03 İyul 2025 12:31
6342
CƏMİYYƏT
A- A+
Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev: COP29 sədrliyi qlobal iqlim fəaliyyətinə uğurla töhfə verməyə davam edəcək

Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev: COP29 sədrliyi qlobal iqlim fəaliyyətinə uğurla töhfə verməyə davam edəcək

İspaniyanın Sevilya şəhərində İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfrans keçirilir.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Samir Şərifov təmsil edir.

Konfrans çərçivəsində iyulun 1 və 2-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən beynəlxalq inkişafa yardım və iqlim maliyyəsi mövzularında yüksəksəviyyəli müzakirələr təşkil olunub.

İyulun 1-i XİN-in Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşəbbüsü, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) birgə təşkilatçılığı, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) tərəfdaşlığı ilə “Yeni İnkişaf Tərəfdaşları: Dayanıqlı İnkişaf Məqsədlərinə Nail Olmaq üçün Cənub-Cənub Əməkdaşlığının Gücləndirilməsi” adlı tədbir keçirilib.

Tədbirdə Yeni İnkişaf Tərəfdaşlarının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması, eləcə də qlobal çağırışlara daha effektiv cavab verilməsi baxımından yeni və inklüziv əməkdaşlıq modellərinin əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdə DİM-lərə nail olunması istiqamətində Azərbaycan kimi yeni inkişaf tərəfdaşlarının beynəlxalq səviyyədə apardığı işin əhəmiyyətindən və həmin fəaliyyətlərin daha sıx əlaqələndirmə və əməkdaşlıq vasitəsilə səmərəliliyinin artırılması imkanlarından bəhs olunub.

Qlobal şimal və qlobal cənub arasında inkişafa yardım sahəsində təcrübə və bilik mübadiləsi prosesində COP29 zamanı ölkəmizin təşəbbüsü ilə yaradılmış beynəlxalq səviyyəli Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (“Baku Hub”) mümkün roluna diqqət yönəlib.

İyulun 2-də isə “COP29-un maliyyə nəticələrinin tətbiqi: dayanıqlı inkişaf üçün iqlim fəaliyyəti” adlı xüsusi tədbir təşkil olunub.

Tədbirin açılış hissəsində çıxış edən COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev iqlim maliyyəsinin və bu xüsusda COP29-da qəbul edilmiş tarixi qərarların əhəmiyyətini vurğulayıb. O, COP29 sədrliyinin qlobal iqlim fəaliyyətinə uğurla töhfə verməyə davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iqlim maliyyəsi təminatının iqlimə həssas və münaqişələrdən əziyyət çəkən ölkələr üçün vacib rol oynadığına diqqət çəkərək, həmin ölkələrə beynəlxalq yardım və iqlim maliyyəsinin artırılması istiqamətində fəaliyyət aparan “Baku Hub” barədə məlumat verib.

Qlobal Konfrans, hər 10 ildən bir keçirilir. Builki tədbir 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirakı ilə təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!