11 Fevral 2026 13:05
1397
Qəbullar
A- A+
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd etdi.

Dövlətimizin başçısı ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxundu, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu dedi, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirdi.

Qonaq, ilk növbədə, dövlətimizin başçısına qəbula görə minnətdarlığını ifadə etdi.

Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd etdi və dünyanın dövlətimizin başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirdi.

Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə etdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını dedi, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxundu.

Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirdi.

Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırladı, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu dedi.

Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunuldu. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıdıldığını bildirdi, hazırda onların bərpa olunduğunu qeyd etdi.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

Bəhreyn neft şirkəti fors-major elan edib

13:51
09 Mart

Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb

13:42
09 Mart

Azərbaycanın və Pakistanın parlament sədrləri arasında telefon danışığı olub

13:36
09 Mart

Naxçıvan aeroportunun dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır 

13:23
09 Mart

Gün ərzində 5 nəfər İrandan Azərbaycana təxliyə olunub 

13:15
09 Mart

Sabah Bakıda hava yağmursuz keçəcək, dağlıq ərazilərdə qar yağacaq

12:27
09 Mart

Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib

12:27
09 Mart

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir 

12:10
09 Mart

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb 

11:11
09 Mart

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib 

10:53
09 Mart

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

10:42
09 Mart

Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub  

10:23
09 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub  

10:09
09 Mart

İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək  

09:47
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

23:34
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib

22:34
08 Mart

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!