13 Avqust 2024 08:42
431
İQTİSADİYYAT
A- A+
 Prezident İlham  ƏLİYEV:  "Azərbaycan nefti insan kapitalına çevirə bildi" İndi isə yurdumuzu  başdan-başa "yaşıl ölkə"yə çeviririk

 Prezident İlham  ƏLİYEV:  "Azərbaycan nefti insan kapitalına çevirə bildi" İndi isə yurdumuzu  başdan-başa "yaşıl ölkə"yə çeviririk

 

Hazırda dünyanın müxtəlif yerlərindən olan bəzi dairələr neftlə və qazla zəngin ölkələrin üstünə "hücum çəkirlər" ki, atmosferi çirkləndirən, ekologiyanı korlayan sizsiniz. Azərbaycan da karbohidrogen ehtiyatları bol olan, onları hasil və ixrac edən ölkələr sırasında dayandığı üçün Prezident İlham Əliyev bir sıra mötəbər tədbirlərdə həmin dairələrə tutarlı cavab vermişdir.
Əvvəla, neft və qaz ehtiyatlarına sahib olduğu üçün hər hansı bir ölkəni heç kəs səbəbsiz günahlandıra bilməz. Çünki əsas məsələ onlardan necə istifadə etməkdir. Ölkəmizdən söz gedərsə, deməliyik ki, bizdə bu sərvət müxtəlif vasitələrlə cəmiyyətə yönəldilib, inklüziv cəmiyyət qurulub, yoxsulluq 50 faizdən 5 faizə endirilib. Xarici borc təxminən 100 faizdən 7,7 faizə düşüb. Üstəlik də enerji keçidi məsələsində irəlidəyik, "yaşıl gündəliyimiz" artıq hamıya bəllidir.
Son illər ərzində Azərbaycan neft kapitalını insan kapitalına çevirə bildi. O cümlədən vaxtilə erməni vandalları  tərəfindən yurd-yuvasından didərgin salınmış minlərlə soydaşımıza sahib çıxan dövlətimiz neftdən əldə olunan gəlirlərlə ilk növbədə onlar üçün 100-dən çox qəsəbələr tikdirdi. Bircə çadır şəhərciyi belə qalmadı. Oğuz, Qəbələ bölgələrindən paytaxtacan su kəməri çəkdi, Abşeron yarımadasının sakinlərini əsl bulaq suyu ilə təmin etdi. Neçə-neçə azərbaycanlı  gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsilini dəstəklədi. Yeni yollar çəkdi, körpülər saldı... 
"Əsrin müqaviləsi" neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına  yönəldilməsinə imkan verdi. Kənd təsərrüfatı, unudulmuş, tənəzzülə uğramış digər sahələr dirçəldildi.                             
"Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox Olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır". Prezidentimiz bu sözləri yeddi il əvvəl, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi üzrə sazişin müddəti 2050-ci ilin əvvəlinədək uzadılarkən - "Yeni əsrin müqaviləsi" imzalanarkən deyib. Ondan sonrakı nailiyyətlərimizi isə saymaqla bitməz.    
Ən başlıcası, Azərbaycan 30 illik işğala son qoyub, düşməni qovaraq əzəli-əbədi torpaqlarına qayıdıb. Belə ki, neftdən əldə olunan gəlirlər o cümlədən Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Prezident İlham Əliyevin bu barədə dediklərinə də diqqət yetirək: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".
Görək "Əsrin müqaviləsi"nin gətirdiyi misilsiz bəhrələri mütəxəssis necə dəyərləndirir? BP-nin Xəzər regionunda xarici işlər və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli yazır: "Bu müqavilə dünyanın əsasən bütün iri neft və qaz şirkətlərinin iştirakı ilə bağlanmış 30-dan çox digər hasilatın pay bölgüsü sazişinin imzalanmasına yol açdı. Güclü və davamlı şəkildə artan iqtisadiyyatın yaranmasına töhfə verdi. Azərbaycan dövləti üçün bu iqtisadi artımı dəstəkləyən yeni əhəmiyyətli gəlir mənbəyi təmin etdi. Ölkənin beynəlxalq aləmlə qurduğu yeni ticarət əlaqələrinə əhəmiyyətli dəstək göstərdi. Dünya səviyyəli dəniz karbohidrogen hasilatı sektorunu yenidən dirçəltdi və quruda da etibarlı, təhlükəsiz və ətraf mühitə təsiri minimum olan neft ixrac sisteminin - Xəzər neftini birbaşa dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin yaradılmasına imkan verdi. Xəzərin sahillərində dünyanın ən müasir neft və qaz emalı obyektlərindən birini yaratdı. Nəhəng "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin uğurla həyata keçirilməsinə investorlarda inam yaratdı ki, bunun nəticəsində Xəzərin tarixində ilk dəfə olaraq Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazilərindən keçərək İtaliyaya qədər uzanan nəhəng qaz dəyər zənciri vasitəsilə birbaşa Avropa bazarlarına nəql edildi. Dünya səviyyəli istehsal, təlim və təhsil obyektlərinin yaradılmasına imkan verdi və ümumilikdə ölkədə peşə və bacarıq bazasını gücləndirdi. Rəqabətqabiliyyətli yerli təchizat zəncirinin formalaşmasını stimullaşdırdı. Yüksək təhsilli yerli mühəndislərin və dünya səviyyəli digər peşəkar kadrların yetişməsinə imkan yaratdı. Yerli tikinti sektorunda on minlərlə iş yeri açdı. Bacarıqların inkişafı, infrastruktur, təhsil və gəlirli biznes imkanları yaratmaqla yüzlərlə kənd icmasının davamlı inkişafına dəstək verdi".
BP-dən (AÇG-nin əməliyyatçısı) söz düşmüşkən: "Əsrin müqaviləsi"ndən başlayaraq Azərbaycan möhkəm, etibarlı əməkdaşlıq və tərəfdaşlıq platforması yaratdı. Prezidentimizin dediyi kimi: "Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir".
20-ci əsrin 94-cü ilində imzalanmış "Əsrin müqaviləsi"nin 21-ci əsrin ortasınadək uzadılması göstərir ki, bu, Ulu Öndər Heydər Əliyev dühası ilə  həqiqətən də yüzilliklərə hesablanmış bir layihədir. İndi biz bu ilin aprelindən həm də "Yeni əsrin müqaviləsi" çərçivəsində  neft çıxarır və gəlir əldə edirik. AÇG-nin bir "vədi" də var. Yaxın zamanlarda dərin laylarından qaz da verəcək.
Ümumilikdə isə Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Ən azı 100 il özümüzə  də,  bir sıra digər ölkələrə  də yetər. Prezidentimiz  çox gözəl ifadə edib ki, bütün bunlar bizə Allahın bəxşişidir.  
Dövlətimiz də, xalqımız da bu nemətin qədrini yaxşı bilir. Biz yenə də tikib qururuq. Vəhşi düşmənin caynağından azad etdiyimiz Qarabağımızda, Şərqi Zəngəzurumuzda şəhərlərimizi, kəndlərimizi yenidən abad məkana, yamyaşıl bağa, hətta "yaşıl enerji" zonasına çeviririk. Buna bir kimsənin sözü, iradı ola bilməz! 


Flora SADIQLI,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

19:12
19 Sentyabr

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib YENİLƏNİB

19:06
19 Sentyabr

Livanda peycerlərlə bağlı qadağa tətbiq edildi

18:57
19 Sentyabr

Gürcüstan parlamentinin Sədri ABŞ-nin sanksiyalarını ölkəyə hücum kimi qiymətləndirib

18:57
19 Sentyabr

Türkiyə Ukrayna ilə bağlı danışıqların gündəliyini açıqlayıb

18:55
19 Sentyabr

Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb

18:50
19 Sentyabr

Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub  

18:49
19 Sentyabr

Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib

18:47
19 Sentyabr

Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər

18:46
19 Sentyabr

Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur

18:44
19 Sentyabr

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

18:43
19 Sentyabr

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB

18:42
19 Sentyabr

Yutubda bir neçə yeni funksiya əlavə olunub

18:41
19 Sentyabr

Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB

18:40
19 Sentyabr

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

18:19
19 Sentyabr

Sabiq “Arsenal”lı həbs edildi

18:15
19 Sentyabr

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

18:02
19 Sentyabr

 Təcili qanı artıq dronlar çatdıracaq

17:51
19 Sentyabr

EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında

17:50
19 Sentyabr

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

17:30
19 Sentyabr

Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu

17:02
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!