12 Noyabr 2025 17:45
467
DÜNYA
A- A+
Prezident Ərdoğan qəzaya uğrayan təyyarənin “qara qutu”sunun tapıldığını bildirib  

Prezident Ərdoğan qəzaya uğrayan təyyarənin “qara qutu”sunun tapıldığını bildirib  


Prezident Rəcəb Tayyib Ərdoğan dünən Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”sunun çıxarıldığını elan edib.

AZƏRTAC xəbər verir ki, Ankarada hakim Ədalət və İnkişaf Partiyasının rəsmiləri ilə danışan Türkiyə lideri təyyarənin Azərbaycanda keçirilən hərbi paradda iştirak edən hərbçiləri daşıdığını bildirib.

“Türkiyəyə uçan hərbi-nəqliyyat təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı Siqnaxi bölgəsində qəzaya uğrayıb. Ölkəmizin 20 oğlunun itkisini böyük kədər hissi ilə elan edirəm. Şəhidlərin ailələrinə və yaxınlarına, həmçinin bütün 86 milyonluq xalqa dərin hüznlə başsağlığı verirəm”, - deyə Prezident Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin Milli Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirlikləri dərhal faciənin araşdırılmasına qoşulub, aktiv axtarış-xilasetmə əməliyyatına başlanılıb. Fəlakət bölgəsinə dronlar göndərilib.

“Təyyarənin qalıqları yerli vaxtla saat 17:00-da aşkar edilib və ərazi mühasirəyə alınıb. Təhqiqat üçün Gürcüstana 46 mütəxəssisdən ibarət qrup göndərilib”, - deyən Prezident faciənin baş verdiyi yerdə 19 hərbçinin nəşlərinin tapıldığını və daha bir əsgərin axtarışının davam etdiyini qeyd edib.

Türkiyənin dövlət başçısı hərbi təyyarə qəzasını Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla müzakirə etdiyini bildirib.

“Bu faciə təkcə türk xalqına deyil, həm də Azərbaycandakı qardaşlarımıza və Gürcüstandan olan dostlarımıza kədər gətirdi. Gürcüstan hakimiyyəti sıx əməkdaşlıq edir və bu prosesdə bizə bütün mümkün dəstəyi göstərir. Eyni şey hər cür töhfə verməyə hazır olan Azərbaycandakı qardaşlarımıza da aiddir”, - deyə Türkiyə Prezidenti bildirib.

Siyasətçi vurğulayıb ki, Ankara qəza zonasındakı bütün fəaliyyətləri yaxından izləyir. “Bu hadisənin bütün səbəblərini müəyyən etmək üçün lazımi ətraflı işləri aparacağıq”, - deyə o əmin edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

Donald Tramp Britaniya Baş nazirinin İranla bağlı mövqeyini tənqid edib  

16:22
03 Mart

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

15:58
03 Mart

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!