13 Yanvar 2024 09:10
5188
CƏMİYYƏT
A- A+
Paytaxtın mərkəzi necə dəyişəcək?

Paytaxtın mərkəzi necə dəyişəcək?

 

Bakı qədimliyi və müasirliyi özündə birləşdirən unikal məkandır. Bu günümüzə qədər qorunub saxlanılan qalaların, tarixi binaların, abidələrin ünvanı olmaqla müasirliyin rəmzi sayılır paytaxtımız. 
Şəhərimizi gəzərkən bunun aydın şəkildə şahidi olmaq mümkündür. Mərkəzdə XII əsrin yadigarı olan Qız qalası, onun ətrafında İçərişəhərin qədim küçələri, digər tərəfdə Xəzərin sahili boyunca uzanan müasir Dənizkənarı Milli Park, başqa bir səmtdə isə modern memarlığı özündə əks etdirən Alov qüllələri və s. Belə nümunələrin sayını artırmaq da olar. 
Xüsusi ilə qeyd edilməlidir ki, Bakıda tarixi və mədəni abidələrin qorunması, restavrasiyası, şəhərimizin qədim memarlıq nümunələrinin qorunub saxlanması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bunu son illərdə yenidən bərpa edilən bir çox abidədən də görmək mümkündür.  Heydər Əliyev Fondu indiyədək bu istiqamətdə çoxsaylı layihə həyata keçirib.
Bakının baş planı çərçivəsində gələcəkdə inşa olunacaq və şəhərin memarlıq simvolu rolunu oynayacaq binaların inkişafı üzrə konsepsiya və prinsiplər müəyyən edilib. Bu konsepsiya və prinsiplər sözügedən binaların məqsədyönlü inkişafını istiqamətləndirməyə, onların ərazi üzrə düzgün şəkildə təşkili yolu ilə mövcud bina və tikililərə özünəməxsusluq qatmağa, Bakının müxtəlif yerlərinə əlverişli şəhər mühiti qazandırmağa və bu yönümlü layihələndirmə həllərinin tarazlaşdırılmasına imkan verir. Bakının baş planının hazırlanması prosesində şəhərin keçmiş və hazırkı inkişaf dinamikası təhlil edilib. 

 

Dənizkənarı ərazilər daha əlçatan olacaq

 

Sənəddə Bakının Alov qüllələri, Port Baku ərazisində Aypara kompleksi və Heydər Əliyev Mərkəzi kimi memarlıq simvollarını tamamlayacaq yeni binaların inşası üçün bir sıra ərazilər də təklif olunur. Onlar arasında yeni mərkəzi parkın şərq hüdudundakı yamaclı ərazilər, 28 May Mərkəzi Stansiyası yer alır. 
Ümumiyyətlə, Mərkəzi Bakının dənizkənarı əraziləri üzrə layihələndirmə yanaşmalarının daha da şaxələndirilməsi nəzərdə tutulur. Şəhərlə dənizkənarı ərazilər arasında daha yüksək əlçatanlığın təmin edilməsi ilə çoxşaxəli funksionallığa malik sahilyanı ərazilər sakinlər və qonaqların əsas istirahət yeri olmağa davam edəcək.
Baş plan çərçivəsində paytaxtda memarlıq abidələrinin və irsinin qorunmasına dair qaydaların, habelə ayrı-ayrı binalar və bina ansamblları üçün qiymətləndirmə meyarlarının tətbiqinə dair təkliflər müəyyən edilib. Bu baxımdan Bakının mərkəzi hissəsinin şəhər simasının qorunaraq inkişaf etdirilməsi üçün Bakının mərkəzi planlaşdırma rayonunun yaradılması da təkliflər sırasındadır. Mərkəzi planlaşdırma rayonu paytaxtın bənzərsiz və unikal ərazisini əhatə edir. Şəhərin spesifik planlaşdırma yanaşması onun tarixi inkişafına uyğun formalaşdırılıb. 
Mühüm əhəmiyyətə malik mərkəzi ərazinin, yəni şəhər nüvəsini əhatə edən Bakının mərkəzi planlaşdırma rayonunun konkret sərhədləri müəyyən edilib. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə mərkəzi planlaşdırma rayonunun hüdudları daxilində yerləşən ərazilərdə aparılacaq gələcək inkişaf tədbirləri üzrə müəyyən qaydaların tətbiqi nəzərdə tutulur.
Qeyd edilən rayonun ərazisinə İçərişəhər, onun mühafizə zonası, şəhərin memarlıq abidələrinin əksəriyyətinin yerləşdiyi ərazi daxildir. 
Bakının mərkəzi planlaşdırma rayonu tarixi bina və abidələrlə müasir memarlığa malik tikililərin ahəngi ilə səciyyələnir. Rayon daxilində yeni inkişaf əraziləri (nöqtəvi inkişaf imkanları və ya köhnə sənaye əraziləri), habelə mədəni və tarixi irsin qorunması imkanları (konservasiya və ya bərpa) şəhərin tarixi simasının və canlılığının qorunaraq həyata keçirilməsi baxımından əsas rol oynayır. Bakının mərkəzi planlaşdırma rayonunun yaradılmasında məqsəd təklif olunan ərazi üzrə konkret tikinti norma və qaydalarının tətbiq edilməsi ilə mərkəzi Bakının özünün tarixi hüdudları daxilində ahəngdar inkişafının təmin edilməsidir. Bu ərazidə Bakının simasını və mədəni irsini təcəssüm etdirən çoxlu sayda qeydiyyata alınmış abidələr və tarixi binalar yerləşir.

 

Yeni şəhər fasadı 

 

Bakının dəniz fasadı onu iki tərəfdən hüdudlayan iki müasir tikili - Alov qüllələri və Aypara kompleksi və mərkəzdə yerləşən, qədim Bakının ürəyi hesab edilən İçərişəhər və Qız qalası ilə xarakterizə olunur. Alov qüllələri və Aypara kompleksinin arasında uzanan Dənizkənarı Milli Parkın ərazisi bir-birindən müəyyən məsafədə yerləşən tikililərlə təmsil olunur. Bu tikililər dənizkənarı ərazilərin ümumi fonunu formalaşdıran mərkəzi planlaşdırma rayonunun bir hissəsidir. Bakının baş planı çərçivəsində bu ərazi ilə bağlı xüsusi təlimatların tətbiqi yolu ilə şəhərin bu simasının qorunması nəzərdə tutulur.
Bu mənzərənin daha nəzərəçarpan edilməsi üçün baş plana əsasən, perspektivdə  şəhərin dənizkənarı ərazilərlə əlaqəsinin gücləndirilməsi, yəni yeni 28 May dəhlizinin formalaşdırılması mərkəzi planlaşdırma rayonunun şimal sərhədi olaraq Qış parkının və əlamətdar binalar üçün iki sahənin (yeni Mərkəzi Park) müəyyən edilməsi ilə onun şərq uzantısının inkişafı, Mərkəzi Parkın şərq hüdudunun yamaclarında yeni əlamətdar binaların inşası və 28 May stansiyasında meydan ərazisinin transformasiyası təklif olunur. Bu yanaşma mərkəzi planlaşdırma rayonunun dörd künc nöqtəsini müəyyən edəcək. Hər bir künc nöqtə şəhərətrafı ərazilərdən mərkəzə yaxınlaşma zamanı mayak rolunu oynayacaq. Bakı göllərinin ətrafının inkişafı baş planın planlaşdırma strategiyasının əsas hədəflərindəndir. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər Bakı üçün yeni şəhər fasadının yaradılmasını və göl sahilləri boyu yeni çoxmərtəbəli binaların inşası imkanını təmin edəcək. 
Sənəddə tarixi memarlıq irsinin qorunması məqsədilə tarixçilər, memarlar, sənətkarlar, şəhərsalma və daşınmaz əmlak mütəxəssislərindən ibarət ekspert komissiyasının təsis olunması tövsiyə olunur.
Komissiya sözügedən ərazi daxilində müəyyən olunmuş abidələrin yaxınlığında və tarixi ərazilərdə aparılan işlər zamanı müvafiq qurumların və sərmayədarların məlumatlandırılması və istiqamətləndirilməsi vəzifəsini yerinə yetirəcək. Ekspertlər maraqlı tərəflərin ərazidə həyata keçirilən və ya keçirilməsi nəzərdə tutulan tədbirlərin potensial mənfi təsirləri barədə məlumatlandırıb, alternativ planlaşdırma həlləri müəyyən etmək üçün tarixi binaların yaxınlığında yeni təklif olunan inkişaf təşəbbüsləri ilə bağlı tövsiyələrin verilməsini təmin etməlidirlər.
Ümumilikdə, Bakının baş planı çərçivəsində 20 illik dövrdə şəhərin memarlıq siması və tarixi irsinin qorunub saxlanması istiqamətində  şəhərdaxili və şəhərətrafı mədəni landşaft ərazilərinin mühafizə zonalarını yaradılması nəzərdə tutulur. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!