12 İyul 2025 08:40
1259
Mədəniyyət
A- A+
Özünə və sözünə sadiq

Özünə və sözünə sadiq


Qəzet üçün yazı yazmaq, sadəcə, hansısa xəbəri, məlumatı oxucuya ötürmək deyil, həm də cəmiyyətin gündəmindəki vacib məsələlərə işıq tutmaqdır. Bu, informasiya toplayan, onu araşdıran və ictimaiyyətə təqdim edən jurnalistin ana işidir.

Bir də var qəzetin katibliyi. Əgər qəzetin yaradıcı işçiləri yazıların məzmununa, operativliyinə, faktların doğru-düzgünlüyünə cavabdehdirlərsə, katibliyin əməkdaşları həmin yazıların məzmunlarına görə necə və hansı səhifədə verilməsinə, təqdimat formasına, eləcə də rəsmi materialların seçilib səhifələrdə yerləşdirilməsinə məsuliyyət daşıyırlar. 

Daşdəmir Əjdəroğlu (Tağıyev) məhz qəzetimizin belə məsul əməkdaşlarındandır.  O yaxşı dərk edir ki, katiblikdə çalışmaq məsuliyyət deməkdir, o da ola məsul katibin müavini. Bu zaman həmin məsuliyyət birə beş artır. Çünki işin gedişatından dolayı müavinin "ağrı-acısı" daha çox olur, iş prosesində məsuliyyəti ikiqat artır. O, həm öz üzərinə düşən vəzifələri icra etməli, həm də katibliyin işinin fasiləsiz və səmərəli təşkilində məsul  katibin sağ əli olmalıdır. 

Daşdəmir Əjdəroğlu deyir ki, o bu işi görməklə həm də müxbir kimi hadisələrin araşdırılmasını və oxucuya dolğun məlumat çatdırılmasını təmin edir. Bu ikiqat vəzifə onun boynuna əlavə məsuliyyət qoysa da, biz onun peşəkar jurnalist olduğundan həmin işin öhdəsindən gələ biləcəyinə heç vaxt şübhə etməmişik. "Azərbaycan"  qəzetində uzun illər çalışması, bundan öncə bir çox qəzetlərdə müxbir işləməsi, ən əsası, qəzetimizdə topladığı təcrübə bu prosesdə öz işini görür. Çünki o, peşəsi ilə şəxsiyyətini birləşdirməyi bacaran jurnalistdir. Tanıyanlar bilirlər ki, jurnalistika onun üçün təkcə peşə deyil, həm də həqiqəti tapmaq, qorumaq və cəmiyyətə çatdırmaq missiyasında "Azərbaycan"çıların sırasında ləyaqətlə dayanmaqdır. 

Bəlkə də bu günə kimi saysız məqalələrə imza qoyması məhz bu sadalananların sayəsində baş verib. Bir sıra qəzetlərin çapına dəstək verən, onların fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəməyən, 3 kitabın müəllifi olan Daşdəmir həm də xeyli sayda kitabın işıq üzü görməsində redaktor kimi yaxından iştirak edib və peşəkar fəaliyyətinə görə bir sıra media mükafatlarına layiq görülüb. 

Bunlar onun "ömür kitabı"nın sətirləri arasında iz salmış zəhmətinin, düşüncəsinin və peşəkarlığının nümunələridir. Bu "kitab"ı vərəqlədikcə Daşdəmir Əjdəroğlunun zəhmətsevərliyini, xeyirxahlığını aydın görmək olur. "Azərbaycan" qəzetinin hər sayının məsuliyyətini öz üzərində hiss edərək materialların təqdimatına diqqətlə yanaşdığı kimi, oturuşunda, duruşunda, davranışında da səliqəli, ədəb-ərkanlı və ağayanadır. Qəzet səhifələrinin düzgün tərtibində necə dəqiq və ardıcıl olmağa çalışırsa, insanlarla münasibətində də səmimiliyi, mehribanlığı, böyük-kiçikliyi qoruyur. Onunla ünsiyyət qurmaq asan, birgə çalışmaq maraqlıdır. Sadə və təvazökar, bəzən də sadəlövh təsiri bağışlayır. Özünü başqalarından üstün tutmaq kimi bir  xasiyyəti yoxdur. Elə bu insani keyfiyyətləri də onu həm peşəkar mühitdə, həm də şəxsi münasibətlərdə sevilən və dəyər verilən həmkara, dosta  çevirib. 

Bu gün 60 illik ömrünün 18 ilini qəzetimizə həsr edən Daşdəmir Tağıyev də digər həmkarları kimi bir jurnalist ömrü yaşayır. Onu yaxından tanıyanlar, əzizləri, doğmaları, lap elə biz - iş yoldaşları, hamımız bilirik ki, o, bu ömürdən yorulmayıb, bezməyib. Çünki  özünün də dönə-dönə etiraf etdiyi kimi, illər öncə seçdiyi sevimli peşəsi ilə məşğuldur.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Efiopiya Xalq Nümayəndələri Palatasının rəhbəri ilə görüşüb

22:14
28 İyul

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd edilib

21:18
28 İyul

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!