17 Yanvar 2026 08:30
638
İQTİSADİYYAT
A- A+
Ötən il Azərbaycan üzərindən yüklərin daşınmasında rekord göstərici qeydə alınıb

Ötən il Azərbaycan üzərindən yüklərin daşınmasında rekord göstərici qeydə alınıb


Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə daha yüksək göstəricilərin əldə edilməsinə imkan yaranacaq


Dəfələrlə təkrar olunduğu kimi, Azərbaycan dünyanın mühüm ticarət marşrutlarından olan Orta dəhlizdə açar ölkə statusundadır. Dünya ticarətinin önəmli marşrutunun partnyorlar üçün cəlbedici və səmərəli olmasında ölkəmiz aktiv rol oynayır. Xüsusən marşrutun rəqəmsallaşdırılması və vahid tarifin tətbiqi üçün Azərbaycanın tərəfdaşları ilə apardığı danışıqlar və qəbul etdiyi qərarlar dəhliz üzrə yükdaşımaların həcminin sürətlə artmasını təmin edir. 

Ötən il Orta dəhlizlə Azərbaycan üzərindən aşırılan yüklərin həcmində 2024-cü illə müqayisədə yüksək artım qeydə alınıb. AZCON Holding şirkətlərindən biri olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb. ADY-dən verilən məlumata görə, 2024-cü illə müqayisədə limanın quruma inteqrasiya edildiyi 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım olub.

Ötən il həmçinin Qazaxıstanın "KazMunayQaz" milli şirkətinin (KMQ) törəməsi "Kazmortransflot" Aktau-Bakı-Aktau fider xətti üzrə 20 futluq ekvivalentdə (TEU) 59,4 min konteyner daşınıb. Məlumata görə, daşımaların həcmi 2024-cü illə müqayisədə 15 faizdən çox (51,4 min TEU)  artıb. Müsbət dinamika Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə daşımalarına tələbin artması ilə şərtlənir.

Ölkəmiz üzərindən daşımaların həcminin ardıcıl şəkildə artması tərəfdaşımız olan "Kazmortransflot" şirkətinin etibarlı dəniz logistikasını təmin etməsi, ixrac-tranzit marşrutlarını şaxələndirməsi və Asiya ilə Avropa arasında multimodal daşımaların inkişafında önəmli rol oynayır.

"Azərbaycan Dəmir Yolları" QSC 2025-ci ildə 392 blok-qatar, o cümlədən 137 tranzit qatar qəbul edib ki, bu da 2024-cü ilin göstəricisi (287 blok-qatar) ilə müqayisədə 37 faiz artım deməkdir. Ötən il ümumilikdə 135300 TEU konteyner yük daşınıb. Bu isə 2024-cü ilin göstəricisindən (114000 TEU) təxminən 19 faiz çoxdur.

Söz düşmüşkən onu da bildirək ki, Azərbaycan ərazisində Orta dəhlizin inşası ilə bağlı əsas hissələrdən biri olan Horadiz-Ağbənd layihəsi artıq 69 faiz icra edilib, avtomobil yolunun icrası isə 95 faizə çatıb. Hər iki yolun bu ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında da nəqliyyat infrastrukturunun modern dəstək edilməsi işlərinə başlanılıb. Xatırladaq ki, Qars-Naxçıvan arasında və Türkiyə ərazisində başlanan işlər, o cümlədən dəmir yolunun inşası Zəngəzur dəhlizinin (TRIPP) imkanlarının tam gücü ilə istifadəsinə şərait yaradacaq.

Ermənistanda da bu məsələyə ciddi yanaşılır və müvafiq addımlar atılır. Xəbər verildiyi kimi, bu günlər Ermənistanla ABŞ arasında Tramp yolu (TRIPP) layihəsinin icrası barədə iki ölkə arasında sənəd imzalanıb. Artıq Ermənistan və Azərbaycan arasında birgə iş görmək üçün mütəxəssislər səviyyəsində görüşlər təşkil olunur. Xəbər verildiyi kimi, yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib. Baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlığının qiymətləndirilməsi olub. Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!