17 May 2025 08:40
628
İQTİSADİYYAT
A- A+
Orta dəhliz üzərindən nəql olunan neft və neft məhsullarının həcmi artacaq

Orta dəhliz üzərindən nəql olunan neft və neft məhsullarının həcmi artacaq


Yeni dünya düzəni uğrunda gedən siyasi qarşıdurmalar ənənəvi qlobal ticarət marşrutlarının fəaliyyətini demək olar ki, iflic vəziyyətə salıb. Nə vaxtacan davam edəcəyi bilinməyən Rusiya-Ukrayna müharibəsi Çindən Avropaya qədər uzanan ticarət marşrutunun fəaliyyətinin dayanmasına səbəb olub. 

Digər tərəfdən, Yəməndəki husilərin Qırmızı dənizdə apardığı hərbi əməliyyatlar dünyanın önəmli ticarət marşrutunun fəaliyyətini ən aşağı səviyyəyə endirib.

Hər iki hadisə dünya ticarətinə xeyli mənfi təsir göstərib. İlk növbədə uzaq marşrutlardan məcburən istifadə daşınma xərclərini və zamanını artırdığından məhsulların maya dəyərinin yüksəlməsindən dolayı baha qiymətə satılması dünya ticarətinin zəifləməsinə gətirib çıxarıb. Odur ki, indi çıxış yolu kimi Orta dəhlizə üstünlük verilir. Bu marşrutun istehsalçı ilə sifarişçi üçün sərfəli olması isə ölkəmizin təşəbbüsü ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta dəhliz) üzrə bir sıra mühüm razılaşmaların imzalanmasıdır. Belə ki, TBNM-nin təsisçisi olan üç ölkə - Qazaxıstan, Azərbaycan və Gürcüstan yüklərin vahid tərəf üzrə daşınması barədə razılığa gəliblər. Bu fakt qlobal ticarət dəhlizlərdən istifadə edən tərəflər üçün çox önəmlidir. O səbəbdən ki, istehsalçı ilə sifarişçi yüklərin daşınması üçün onlara nə qədər vəsait lazım olduğunu dəqiq bilirlər. İkinci isə dəhlizdə yüklərin daşınması üçün heç bir risk yoxdur və sığorta şirkətləri göndərilən malları tərəddüd etmədən sığortalayırlar, özü də aşağı qiymətə. Çünki Orta dəhlizdə nə husilər var, nə də onların hücumları. Ən nəhayət, Orta dəhlizlə yüklərin Asiyadan Avropaya və ya geri daşınması qısa zamanda həyata keçirilir ki, bu da qlobal ticarətdə vacib şərtdir.

Amma bu da hələ hamısı deyil. Dünya ticarəti üçün son dərəcə əhəmiyyətli olan Orta dəhlizin fəaliyyətinin daha da genişləndirilməsi məsələsi Prezident İlham Əliyevin Çinə son səfərində geniş müzakirə olunub. Bu isə dolayısı ilə onu göstərir ki, getdikcə Avropada da bu qlobal marşruta maraq artır. Yeri gəlmişkən, qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində "Azərbaycan: "Yaşıl artım" və əlaqəliyin formalaşan qapısı" adlı panel müzakirəsi zamanı çıxışında bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) ilə neft və neft məhsullarının nəqlinin həcmi artacaq. Nazir həmçinin vurğulayıb ki, Orta dəhliz ənənəvi olaraq ticarət və mal daşınmasına yönəlmiş qeyri-enerji nəqliyyat marşrutu kimi nəzərdən keçirilsə də, o, əhəmiyyətli enerji potensialına da malikdir. M.Cabbarov ölkəmizin tranzit potensialından danışarkən Azərbaycanın yüklərin fasiləsiz hərəkətinin təmin edilməsinə böyük əhəmiyyət verdiyini bildirib. "Bu, həm daxili, həm də xarici səviyyədə müvafiq qurumlar - gömrük, sərhəd xidmətləri və digərləri arasında koordinasiya tələb edir. Baxmayaraq ki, ayrı-ayrı çağırışlar mövcuddur - məsələn, Xəzər dənizində su səviyyəsinin azalması, bu da quru yük və konteyner daşıyan gəmilərin yükqaldırma qabiliyyətini məhdudlaşdırır. Biz bu riskləri dərk edirik və onların həlli üçün regional səviyyədə işləyirik", - deyə o, qeyd edib.

Bundan başqa, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays arasında da Azərbaycan və Dünya Bankının Orta dəhlizin inkişafı və tranzit potensialının artırılması müzakirə edilib. Müzakirə edilən digər mövzu Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibindəki qurumlarla birgə layihələrin həyata keçirilməsi, eləcə də Orta dəhlizin inkişafı və tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın genişləndirilməsi olub. 

Son dövrlər düyanın nüfuzlu təşkilatları Orta dəhlizlə bağlı müxtəlif hesabatlar dərc edirlər. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Regional iqtisadi perspektivlər" adlı hesabatının may buraxılışında TBNM-in Azərbaycan üçün strateji əhəmiyyəti vurğulanır. Hesabatda bildirilir ki, ortamüddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta dəhliz üzrə ticarət Azərbaycanın nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər, çünki sülhün gücləndirilməsi üzrə səylər yeni ticarət yollarına və investisiya axınına çıxışı aça bilər.

Orta dəhlizlə yüklərin daşınması ildən-ilə sürətlə artır. Keçən il TBNM ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Cari il onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!