27 Yanvar 2024 09:55
516
İQTİSADİYYAT
A- A+
Ölkəmizin dünyada 200 ticarət tərəfdaşı var

Ölkəmizin dünyada 200 ticarət tərəfdaşı var

 

Son illərin statistik rəqəmləri göstərir ki, ölkəmizin xarici ticarətdə də reytinqi yüksəkdir. Belə ki, bu sahədə saldo ölkəmizin xeyrinədir, yəni ixrac etdiyimiz məhsulların dəyəri idxal mallarının dəyərindən çoxdur. 
Sirr deyil ki, həyata keçirilən iqtisadi islahatlar sayəsində xüsusən qeyri-neft sektorunun inkişafında sanballı nəticələr əldə olunmuşdur. Faktlara müraciət edək: 2003-cü ildə ölkə üzrə qeyri-neft-qaz sahəsində istehsalın dəyəri 2 milyard manat olduğu halda, 2022-ci ildə 17,7 milyard manata çatmışdır ki, bu da 4,1 dəfə artım deməkdir. Həmin dövrdə xarici ticarət dövriyyəsinin dəyəri isə 5,2 milyard dollardan 51,2 milyard dollara yüksəlmiş, o cümlədən ixracın dəyəri 2,6 milyard dollardan 38,6 milyard dollara qədər artmışdır.
Qeyri-neft sektorunun inkişafı yola saldığımız ildə də davam edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumata görə, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə 2023-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən 1564 müraciət daxil olub, 3607 sertifikat (2038 fitosanitar sertifikatı, 1373 mənşə sertifikatı, 144 CİTES sertifikatı, 52 baytarlıq sertifikatı) verilib. İl ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 242,9 milyon dollar dəyərində ixrac həyata keçirilib. Mərkəz üzərindən qeyri-neft məhsullarının aylıq ixracında ən yüksək göstərici (42 milyon dollar) noyabr ayında qeydə alınıb. Üstəlik, "Azexport"un xətti ilə 46 adda məhsula birillik "Sərbəst satış" sertifikatı verilib. 
Ümumilikdə ölkənin xarici ticarət sahəsi üzrə açıqlanan son rəqəmlərə gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan dünyanın 200 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir, 120 ölkəyə mal ixrac, 190 ölkədən idxal olunmuşdur.
Həmin dövrdə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla xarici ticarət dövriyyəsinin dəyəri 41 milyard 187 milyon, o cümlədən ixracın dəyəri 25 milyard 374,3 milyon, idxalın dəyəri 15 milyard 812,7 milyon dollar olmuşdur. Nəticədə 9 milyard 561,6 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2022-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,7, real ifadədə 4,8 faiz azalmış, o cümlədən idxal real ifadədə 5,1 faiz artmış, ixrac isə 8,2 faiz azalmışdır. Sözügedən dövr xarici ticarət dövriyyəsində 90,8 paya malik olan əsas tərəfdaşlarımız İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, Yunanıstan, Hindistan, ABŞ, Gürcüstan, İspaniya, Çexiya, Birləşmiş Krallıq, Türkmənistan, Rumıniya, Xorvatiya, Fransa, Vyetnam, Bolqarıstan, İran, Yaponiya, İrlandiya və Koreya olmuşdur.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, mineral məhsullarının, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil etmişdir. 
İxracın strukturunda isə xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə-tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının dəyəri daha çox olmuşdur. 
Bir məsələni də qeyd edək ki, həmin dövr bir çox mühüm ərzaq məhsullarının idxalı xeyli azalmışdır. Səbəb isə təbii ki, daxildə həmin məhsulların istehsalının artmasıdır. Məsələn, ötən ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı - meyvənin 22, meyvə və tərəvəz şirələrinin 38,7, meyvə və tərəvəz konservlərinin 23, təbii üzüm şərabları və üzüm suslosunun 13,7, marqarin, qida üçün yararlı digər qarışıqların 40,3 faiz, artmışdır.  
Ümumilikdə ötən ilin 11 ayında qeyri-neft-qaz məhsulları ixracının dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,5, real ifadədə 5,2 faiz artaraq 3 milyard 33,7 milyon dollara çatmışdır. 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!