12 İyul 2024 08:40
1052
Mədəniyyət
A- A+
Oğru ermənilər indi də "Qarabağ" mahnısına göz dikiblər

Oğru ermənilər indi də "Qarabağ" mahnısına göz dikiblər

 

Ermənilər köhnə vərdişlərindən əl çəkmirlər. Qədim tarixə malik mədəniyyət abidələrini, musiqi alətlərimizi, folklor nümunələrini, milli mətbəximizin bəzi ləziz təamlarını "özəlləşdirməyə"çalışan "hay"lar arabir müəllif əsərlərinə də əl uzatmaqdan çəkinmirlər. 
Utanmaq hissindən məhrum olan "qonşularımız" bu dəfə  sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan, ilk dəfə 1972-ci ildə Xalq artisti Arif Babayev tərəfindən ifa edilən "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") əsərinə tamah salıblar. Erməni ifaçısı Gor Yepremyan məşhur mahnının sözlərini dəyişərək "Armenian Folk", yəni "erməni xalq mahnısı" "Sirun jan" adı altında, "Yutub" platformasına yerləşdirib. Təbii ki, bu, ermənilərin müsiqi numunələrimizi oğurlamaları haqqında ilk fakt olmadığı kimi heç sonuncu da olmayacaq. Məsələ burasındadır ki, dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərini mənimsəyən ermənilər cəmiyyətin sərt reksiyası ilə qarşılaşsalar da, bədnam əməllərindən əl çəkə bilmədiklərini davamlı şəkildə nümayiş etdirməkdədirlər. 
Faktla bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi birgə bəyanat verərək məsələyə aydınlıq gətiriblər. Bəyanatda qeyd edilir ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" əsəri XX əsrdə yaradılmış və ilk dəfə Xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmişdir. Əsər 1972-ci il iyunun 2-də SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində qeydə alınmışdır. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən bu əsəri 2004-cü il iyulun 14-də Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara agentlik tərəfindən əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.
Xatırladaq ki, Bəhram Nəsibovun ən məşhur mahnılarından olan "Qarabağ"  dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilmiş, həmin ifaların çoxlu sayda video və audioyazıları mövcuddur.
Bəyanatda vurğulanır ki, "Sirun jan" videosu oxşarlığın müəyyən edilməsi məqsədi ilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilib. Ekspert qismində Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov apardıqları araşdırmanın nəticəsi olaraq müəyyənləşdiriblər ki, erməni ifaçının səsləndirdiyi "Sirun jan" adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın "Çahargah" ladında yazdığı "Qarabağ" əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal "Qarabağ" adı "Sirun jan" adına, "Anadır arzulara hər zaman Qarabağ" cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək əsər təhrif edilmişdir. Beləliklə, mahnı təhrifə məruz qalmış, onun tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq törədilmişdir. 
Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Ermənistan Respublikasının müvafiq strukturlarından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə "Sirun jan" adı altında erməni xalq mahnısı kimi kütləvi ifasını, təqdim edilməsini və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraq pozuntunu törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini və görülmüş tədbirlər barədə Azərbaycan tərəfinə məlumat verilməsini tələb ediblər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!