01 İyul 2026 09:00
290
Mədəniyyət
A- A+
O taylı-bu taylı Azərbaycanın şairi

O taylı-bu taylı Azərbaycanın şairi


O taylı-bu taylı Azərbaycanda aşıq poeziyasının xalqın estetik tərbiyəsində nə qədər böyük bir rol oynadığını və ümumiyyətlə, siyasi-ictimai vəzifələri yerinə yetirdiyi tarixdən yaxşı məlumdur. Bu baxımdan xalq şeiri formalarında dəyərli nümunələr meydana gətirən şairlərdən biri də o taylı-bu taylı Azərbaycanda çox məşhur olan, əsərləri məna tutumunun sanbalı ilə seçilən Aşıq Hüseyn Cavandır.

Həyatı boyu Azərbaycanın güneyi ilə quzeyi arasında mənəvi körpü salmağa çalışan Hüseyn Cavan Azərbaycan aşıq ədəbiyyatının həmişəcavan, barlı-bərəkətli budaqlarından biridir. Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanda Qaradağın Gərməduz mahalının Uti kəndində yoxsul bir ailədə anadan olub. Erkən yaşlarında atası Mikayıl kişi qəfil dünyasını dəyişir, anası Zöhrə maddi-mənəvi ehtiyaclara tab gətirə bilmədiyindən oğlu və üç qızı ilə birlikdə Arazın şimal səmtinə pənah gətirir, Goranboyun Dəlməmmədli kəndində (indi şəhərdir) məskunlaşır. Hüseyn kənddə varlıların təsərrüfatında çalışaraq anasını və bacılarını dolandırmalı olur. Bu zaman Hüseyn aşıq məclislərinə, aşıq toylarına böyük maraq göstərir, ara-sıra qonum-qonşu, dost-tanış yığıncaqlarında oxuyurdu. 

Hüseynin gözəl səsi, yaxşı hafizəsi, özündən söz qoşmaq qabiliyyətini görən dostları və tanışları çox istəyirdilər ki, o, aşıq olsun. Dəlməmmədlidə xeyirxah əməllər, xoş niyyətlər sahibi kimi tanınan Məşədi Adıgözəl onun avazındakı şirinliyi, səsindəki qeyri-adiliyi eşidib günlərin birində onu qədim Göyçə mahalına - ozan-aşıq sənətinin qüdrətli istedad sahibi Dədə Ələsgərin qardaşı oğlu, yaxından tanıdığı Aşıq Musanın yanına aparır. Adıgözəl kişi "Aşıq, bu uşaq həsrətindən göynədiyimiz Təbriz elindəndir. Əlacsızlıqdan biz tərəfə gəliblər. Olduqca dadlı-duzlu səsi var. Onun həsrətli avazını eşidəndə, vallah, kövrəlirəm. Buna görə də yanınıza gətirmişəm ki, sənətin incəliyindən onu bir az da agah edəsiniz" deyir.

Hüseyn bu müqəddəs ocaqda saz çalmağı, söz qoşmağı daha mükəmməl öyrənməyə başlayır. Çox keçmir ki, nəyə qadir olduğu üzə çıxır, ustadı ilə birgə el məclislərində ad-san qazanır. Sazda ifa etdiyi "Yanıq Kərəmi", "Dilqəmi", "Baş sarıtel" havaları dinləyicilərin böyük marağına səbəb olur. Hüseyn Cavan ürəyindəki sözləri sinəsindəki telli saza pıçıldayır. O, 1934-cü ildən şeir yazmağa başlayır. "Gül, Azərbaycan", "Oyan, vətəndaşım, oyan", "Ana vətən" kimi şeirləri Arazın o tayında, Təbrizdə "Vətən yolu" qəzetində dərc edilərək dillər əzbəri olur.

Tale yenidən Hüseyn Cavanın üzünə gülür: 1938-ci ildə həsrətini çəkdiyi Təbrizə qayıdır. Onu alqışlarla qarşılayırlar. Təxminən 8 il orada yaşayır. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırır. Ona inananları, dinləyicilərini tərəqqiyə səsləyir. Aşıq Hüseyn Cavan düşmənlə üz-üzə, süngü-süngüyə, səngər-səngərə vuruşan xalq sənətkarı idi. Başqa sözlə desək, Aşıq Hüseynin bu dövr yaradıcılığı həm də siyasi mübarizəni əks etdirən lirika olmuşdur. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaranan zaman Aşıq Hüseyn bu təşkilata ilk üzv olanlardan və öz alovlu şeirlərilə onun yaradılmasını alqışlayanlardan biri olmuşdur.

1945-ci ilin qış ayları yaxınlaşır, əsl sınaq günləri gəlirdi. Ələ silah götürmüş vətən oğulları kəndləri, qəsəbələri və şəhərləri bir-bir irtica qüvvələrindən azad edirdilər. Artıq fədai dəstələri sel kimi axışaraq, Təbriz şəhərini mühasirəyə almışdı. Bu günlər Aşıq Hüseyn sədəfli sazını çiyninə salaraq fədai dəstələrinin içərisinə gedir və fədailərin igidliklərindən və qəhrəmanlıqlarından yazdığı yeni şeirlərini onlara oxuyurdu. 1945-ci ildə Cənubi Azərbaycanda milli hökumət qurulur. El məhəbbəti qazanmış haqq aşığı xalq qarşısında xidmətlərinə görə "21 Azər" medalı ilə təltif olunur.

O, radioda və mətbuatda öz şeirləri ilə çıxış etməkdən əlavə, 1946-cı ilin martında Təbrizdə Dövlət Dram Teatrı təşkil olunanda direktor müavini vəzifəsində çalışır, inqilabi ruhlu nəğmələri ilə çıxış edir. Teatrda aşıqlar ansamblı yaradır. Ürəyi Vətən həsrəti, qəlbi məhəbbətlə, işıqla dolu olan Hüseyn Cavanın yaradıcılığında məhəbbət şeirlərinin də öz yeri var. Bu illərdə o, ən gözəl şeirlərini qələmə alır.

1946-cı ildə Cənubi Azərbaycanda milli hökumət süqut edir. Tale onu yenidən Arazın bu tayına gətirir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərir. Böyük səhnədə çıxışı hərarətlə qarşılanır. Respublika özfəaliyyət incəsənət festivalının laureatı olur, birinci dərəcəli diplom alır. 12 dastanı dillər əzbəri olan aşığın 10 kitabı işıq üzü görür.   

Aşıq Hüseyn Cavanın yaradıcılığı olduqca əhatəlidir. Vətənpərvərlik, xəlqilik, milli dəyərlərə, ana torpağa bağlılıq onun yaradıcılığının ana xəttini təşkil edir. Xalq şeirinin hər formasında mükəmməl əsərlər yaradan şair şeirlərində  hikmətli ifadələrə geniş meydan ayırıb və ibrətamiz kəlamlarla poeziya xəzinəsinə misilsiz naxışlar vurub.

Şair aşıq olduğu üçün xalq yaradıcılığı ənənələrinin forma xüsusiyyətlərinə peşəkarcasına bələd idi. Təsadüfi deyil ki, şair öz yaradıcılığında çox az işlənən divani, dodaqdəyməz divani, ustadnamə formalarından da məharətlə istifadə edib. Aşıq Hüseyn Cavan özünə ustad saydığı, aşıq sənətində misilsiz töhfələr yaratmış Aşıq Ələsgər kimi aşıq poeziyasının çərçivələrini xeyli genişləndirərək, klassik poeziyamıza daha da yaxınlaşdırıb, aşıq poeziyasının gözəl, mütərəqqi ənənələrini inkişaf etdirib.

Aşıq Hüseyn Cavanın qoşmaları formaca oynaq, ahəngdar və estetik gözəllik nümunəsidir. O, aşıq poeziyasının bütün növlərində ən kamil nümunələr yaradıb. Adətən xalq arasında qıfılbəndlərə hikmətamiz qoşmalar da deyilir. Aşıq Hüseyn Cavan sələflərindən mükəmməl dərslər aldığı üçün xalq şeirinin ən çətin formalarında belə heyrətamiz sənət nümunələri ərsəyə gətirib. 

Aylar-illər ötüb keçsə də, 110 illik yubiley günlərində ustad sənətkar  daha böyük sevgiylə, istəklə, məhəbbətlə yad edilir, saysız-hesabsız şagirdləri onun sənətini layiqincə yaşadırlar.  Qaraçıoğlu Aşıq Paşa Mehdiyevdən bir gün xəbər alırlar: "Ay ustad, kimə qulluq eləmisən? Gözləri yaşarır, yadına ustadı Hüseyn Cavan düşür, babası Aşıq İbrahimi xatırlayır. Deyir ki, babam Qaraçıoğlu Aşıq İbrahim 103 yaşında idi. Bir gün dedim, ay baba, sazı mənə də öyrət, yaman həvəsim var. Qaraçıoğlu Aşıq İbrahim dedi ki, mənim yaşım az deyil, qocalmışam, daha o gücüm yoxdu, get, gör aşıq Hüseyn Cavan səni özünə şəyird götürərmi? Götürsə, ondan öyrən, zəmanənin Ələsgəridi. Babamın məsləhəti ilə Hüseyn Cavanı tapdım. O gündən düz 13 il ona qulluq elədim, çəkməsinə qədər təmizlədim. Əvəzində isə sazı-sənəti öyrəndim. Bu da ən böyük qazancımdı. Ustadım məni toylara da aparırdı, sonra halallığın aldım".

 Hüseyn Cavanın yaradıcılığı haqqında məqalələr, kitablar yazılıb. Belə topludan biri ustadın şərəfinə özünə "Cavan" təxəllüsü götürmüş Adil Cavana məxsusdur. Onun "Azadlıq pərvanəsi" bədii-publisistik kitabına ön söz yazan tanınmış qələm sahibi, Əməkdar jurnalist Əhməd İsayevin fikirlərindən: "...Adil gözünü açandan evlərində, ocaqlarının başında ürəyi nisgilli Aşıq Hüseyn Cavanı görüb, onun sazını, sözünü eşidib. Bu ünsiyyətin bəhrəsi olaraq Adil Cavan həyatdan narahat, nigaran gedən Hüseyn Cavan haqqında müxtəlif xatirələri toplayıb oxuculara çatdırıb".

Aşıq Hüseyn Cavan Azərbaycan incəsənətinin, o cümlədən milli aşıq poeziyasının inkişafında xidmətlərinə görə " Şərəf nişanı" ordeninə, Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, böyük Səməd Vurğunun təklif və tövsiyəsi ilə AYB-yə üzv qəbul olunmuş, fəxri fərman və mükafatlarla təltif edilmişdi.

Güney və Quzey Azərbaycanda səsi, sazı-sözü ilə dolaşan Hüseyn Cavan 1985-ci il noyabrın 14-də 69 yaşında dünyasını dəyişib. Goranboy rayonunda torpağa tapşırılıb. Məzarı üstündəki abidə üzü doğma yurda - Təbriz səmtinə qoyulub.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:19
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB 

23:12
01 İyul

DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb

22:47
01 İyul

Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib  

22:46
01 İyul

Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb

21:55
01 İyul

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib 

21:45
01 İyul

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib 

21:04
01 İyul

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər

21:03
01 İyul

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

20:54
01 İyul

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq 

20:53
01 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar  

20:48
01 İyul

Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib 

20:23
01 İyul

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır 

20:16
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir

20:11
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Prezident İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür 

20:01
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!